Böyük müharibə qapıda: “İmkan verilməməlidir ki, cəmiyyətimizdə Rusiya xofu yaradılsın”
Oxunub: 7326
17 Aug 2020 | 14:00
Böyük müharibə qapıda:  “İmkan verilməməlidir ki, cəmiyyətimizdə Rusiya xofu yaradılsın”
“Elmar Məmmədyarovun getməsindən sonra danışıqların imitasiyası prosesi tam dağılıb”

İyulun 12-16-da Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribatdan bir ay ötür. Amma bu müddətdə ATƏT-in Minsk Qrupunun hər hansı bir ciddi fəaliyyəti müşahidə edilməyib. Vasitəçilər həmişəki kimi, yalnız bəyanat səsləndirməklə məşğul olduğu halda, münaqişə tərəflərinin əsas döyüşə hazırlaşmasının əlamətləri müşahidə olunmaqdadır.

Moderator.az xəbər verir ki, “AzPolitika.info” bu mövzuyla bağlı sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla söhbətləşib:

- Tofiq müəllim, Ermənistan ordusunun Tovuz istiqamətində həyata keçirdiyi təxribatın başa çatmasından bir ay müddət keçir. Bu müddətdə baş verənləri və xüsusilə həmsədrlərin prosesə münasibətini necə qiymətləndirirsiniz?

- Tovuz hadisələrindən sonra yaranan yeni vəziyyət, daha doğrusu, siyasi tendensiya davam edir. Biz indiki mərhələdə bu hadisələrin ilkin yekunları barəsində danışa bilərik. Hərbi baxımdan biz görürük ki, burada toqquşmalar geniş miqyaslı olmayıb, ciddi mövqe dəyişiklikləri baş verməyib. Amma bunun hərbi-siyasi nəticələri çox ciddi olub. Birincisi, Ermənistan istənilən dəstəyi almayıb. Həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Rusiyadan. Hiss edilir ki, ermənilər vəziyyətin bu şəkil almasından narazıdır. Sözsüz ki, təbliğat naminə məlumatlar verilir ki, orada təyyarələr uçurdu və s. Amma təyyarələrin uçuşu və göndərilən silahlar ciddi qəbul edilməməlidir. Çünki təyyarə ilə gətirilən silahların miqdarı və təsiredici imkanları nisbidir. Bu baxımdan Ermənistan lazımi dəstək almadı. Ermənistandan fərqli olaraq, Azərbaycan ciddi hərbi-siyasi dəstək alıb. Biz görürük ki, Azərbaycanın mövqeyini dəstəkləyən bir sıra beynəlxalq təşkilatlar var. Ən əhəmiyyətlisi odur ki, Türkiyə tərəfindən verilən hərbi-siyasi dəstək güclü amil kimi özünü göstədi. Üstəlik, Azərbaycan və Türkiyə planlaşdırılan hərbi təlimlər keçirib. Naxçıvanda baş tutan təlimlərlə Türkiyə göstərmək istəyib ki, Moskva sazişi əsasında Azərbaycanın Naxçıvan hissəsinin təhlükəsizliyini təmin etməkdə israrlıdır. Eyni zamanda, təlimlərdə F-16 qırıcılarının istifadə olunması göstərir ki, Türkiyənin bu məsələ ilə bağlı qəti iradəsi mövcuddur.

Mən, xüsusilə F-16 qırıcılarının üzərində dayanmaq istərdim. Bu, heç də təzə təyyarə deyil, amma modernizasiyası səbəbindən “4+” kimi qiymətləndirilə bilər. Bu model təyyarələr zamanında İsrail tərəfindən Livanda istifadə olunub. Bu baxımdan F-16-lar təsirli silah hesab oluna bilər. Həm də bu cür silahın ABŞ-ın razılığı olmadan NATO sərhədlərindən kənarda istifadəsi mümkün deyil.

Digər tərəfdən, Türkiyənin bu cür çıxış etməsi istisna etmirəm ki, Rusiya ilə razılaşdırılan addımdır. Bilirik ki, Qarabağ mövzusunda Ankara-Moskva müzakirəsi təcrübəsi artıq bir neçə ildir mövcuddur. İndi cəsarətli addım atılaraq belə böyük hərbi təlimlərin keçirilməsi ola bilsin ki, hansısa razılaşmanın nəticəsində baş verir. İlkin nəticələr hər halda bu formada görünür.

Həmçinin, bu müddət ərzində biz gördük ki, vasitəçilərin bir institut kimi fəaliyyətinin iflası baş verib. Məsələn, Tovuz hadisələrinin üzərindən bir ay keçməsinə baxmayaraq, biz hər hansı bir təşəbbüs görmürük. Bir neçə ay əvvəl verdiyimiz “ermənilərlə üz-üzə dayanacağıq” kimi proqnoz artıq özünü doğrultdu. Ermənistan tərəfinin siyasətində hansısa dəyişikliklərin baş verəcəyinə inanmıram. İndiki erməni rəhbərliyinin siyasətdə əsas üslubu populizmdir. Bunun da nəticəsində görünən odur ki, Ermənistan və Azərbaycan irimiqyaslı müharibəyə daha da yaxınlaşır, bu proses dayanmadan gedir.

- Normalda həmsədrlər son bir ay ərzində təcili regiona səfər etməli, tərəflərlə görüşməli, hansısa təşəbbüslərlə çıxış etməli, gərginliyi müəyyən mənada yumşaltmağa çalışmalı idilər. Nədən bu baş vermədi?

- Hər hansı bir prosesin vasitəçiliyinin əsasında məntiq dayanmalıdır. Məntiq də ondan ibarətdir ki, deyiləsi söz yoxdur. Ermənistanın mövqeyini nəzərə alsaq görəcəyik ki, deyiləcək söz qalmayıb. Onların təkidləri atəşkəs rejimini gücləndirməkdir. Yaxşı, sən indiki vəziyyəti dondurursan, amma bu, problemlərin həlli deyil axı. Danışıqların başlanması üçün məntiqi əsas yoxdur. Rəsmi İrəvan deyir ki, işğal etdiyim torpaqlar Ermənistanın bir hissəsidir. Bu halda nə danışıqlar ola bilər? Artıq həmsədrlərin də deyəcək sözü yoxdur.

- Yəni vasitəçilərin səyi ilə tərəflər arasında siyasi təmasların bərpasını gözləməyə dəyməz?

- Siyasi təmaslar media vasitəsilə baş verir. Ermənistanın hökumət başçısı Paşinyan yeddi şərt irəli sürüb və bunları elan edib. Bizim Prezidentimiz də bir şərt irəli sürüb ki, torpaqları azad edin. Danışıqların bu modeli baş verib. Paşinyan yeddi şərt deyir, biz də bir şərt irəli sürürük. Bununla da söhbət qurtardı. Danışıqlarda “fokus” göstərilmir ki... Belə məntiqi çərçivənin içərisində hansı diplomatik bacarıq göstərə bilərsən? Torpaqlarımı azad et! İstəyirsən sənin 15 şərtin olsun. Faktiki danışıqlar bu şəkildə baş verib. Nəticədən belə çıxır ki, daha realı hərbi əməliyyatdır.

Məsələn, təlim zamanı hərbi təyyarələrin uçması döyüş teatrının öyrənilməsidir. Biz buna təlim deyirik, amma sadə məntiqlə hərbi təyyarələr öyrənir ki, döyüş zamanı hansı addımlar atılacaq. Buna hərbi əməliyyatların teatrı demək olar. Təbii ki, bu təyyarələr təmas xəttinə yaxın uçduqda ermənilər radiolokasiya sistemini işə salır, təyyarələrimiz də siqnalın haradan gəldiyini öyrənir, bunu necə məhv etməyin lazım olduğu haqda düşünülür. Demək olar ki, müharibə atəşsiz baş verir. Bizimkilər də, onlar da uçurlar. Ermənilərə ciddi şəkildə təzyiq və təsir göstərilir. Biz görürük ki, bunun qarşısında ruslar onlara yardım edəsi deyil. Düzdür, bizim təlimlərdən əvvəl onların təlimi olub. Amma orada təlimlərə cəmi bir neçə yüz adam cəlb edilib və onların da əksəriyyəti ermənilər olub. Ciddi təlimlər olmayıb. Sadəcə, bir alay səviyyəsində təlim keçiblər. Söhbət balaca birləşmədən gedir.

- Bəs, vasitəçilik missiyasında iştirak edən ABŞ və Fransanın mövqeyini necə qiymətləndirirsiniz?

- Onların da deyiləsi sözü yoxdur. Sən vasitəçisən və gəlmisən danışıqlara, üstəlik nəsə deməlisən. Paşinyanın yaratdığı çərçivədə danışıqlar baş verə bilməz. Vasitəçi bizə deyə bilməz ki, bu tələbləri qəbul edin. Onlar bunu demədən cavabın nə olacağını bilirlər. Ümid varmı ki, Ermənistan müharibəsiz öz mövqeyini dəyişsin? Biz görürük ki, belə ümid heç vasitəçilərdə də yoxdur. Siyasi proseslərin sadə məntiqi var. Hər iki tərəfdə maraqlar var. Vasitəçi, siyasətçi və ya diplomat olsun, bu maraqlar arasında təmas xətləri olmalıdır ki, nəticədə nəsə əldə edilsin. Amma biz vəziyyətə baxanda görürük ki, ortaq məxrəcə gəlmək üçün heç bir məsələ yoxdur. Həm də 1990-cı illərin əvvəli ilə müqayisədə vəziyyət əsaslı şəkildə dəyişib. Azərbaycan Ermənistandan hərbi-siyasi baxımdan qat-qat güclüdür. Üstəlik, Türkiyə Azərbaycanın yanındadır və qətiyyətlə elan edir ki, hərbi-siyasi dəstək verəcək. Rusiya təbii ki, Ermənistana dəstəkdən çəkinir. Ermənistan rəhbərliyi də sanki real vəziyyəti dərk etmək, Rusiyanı başa düşmək istəmir. Ermənilər diasporu işə cəlb ediblər və görüblər ki, heç bir nəticəsi olmayıb. ABŞ-da bir neçə ermənini tutublar və hazırda onların məhkəməsi gedir. Rusiyada onların qarşısını alıblar. Avropada da həmçinin. Hətta ermənilər gördü ki, Azərbaycan dövləti və diasporu onlara lazımı səviyyədə cavab verib. Onların əlində olan kartlar artıq bitib.

Bir sözlə, real danışıqlar çoxdandır ki, yoxdur. Elmar Məmmədyarovun getməsindən sonra artıq danışıqların imitasiyası prosesi tam dağılıb. Məmmədyarov imitasiya prosesində iştirak edirdi. Elə mənzərə yaradırdı ki, guya danışıqlar var və müharibə yolu ilə məsələləri həll etməyə ehtiyac yoxdur. İndi imitasiya aradan götürüldükdən sonra onu yenidən bərpa etmək mümkün deyil. Məntiq odur ki, Azərbaycan öz torpaqlarını azad etməkdə israrlıdır, bunun üçün iradəsi, imkanı, hərbi və beynəlxalq dəstəyi də var.

- Sizcə, müharibənin başlaması üçün hansı faktorlar çatmır?

- Müharibə aparmaq üçün çox şey lazımdır. Sözsüz ki, mən hərbi məsələlər haqqında danışa bilmərəm. Nəzərə alın ki, müharibə yalnız güllə atmaqdan ibarət deyil. Müharibənin təbliğati, gücün nümayiş etdirilməsi kimi tərəfləri var. Yuxarıda qeyd etdim ki, təyyarələr təmas xəttində uçur və s. Bu, həm də təzyiqdir.

Mən bir məqama da toxunmaq istərdim. Bir qədər təəccüb doğuran məsələ var. Guya Ermənistana silah köməkliyi edilir. Biz görmüşük ki, 2016-cı ilin aprel döyüşlərindən sonra da belə təcrübədən istifadə olunub. Guya ruslar Ermənistana “İsgəndər” kompleksi verib. Hiss edilir ki, real köməkdən daha çox təbliğati köməyə hesablanan addımlar atılır. İndi də deyirlər ki, təyyarə ilə silah gətiriblər və s. Fikrimcə, Rusiyadakı ermənipərəst qüvvələr belə addımlara əl atmaqla göstərmək istəyirlər ki, Rusiya Ermənistanın yanındadır. Hesab edirəm ki, bu istiqamətdə ciddi təhlillər aparılmalı, imkan verilməməlidir ki, ermənilər tərəfindən bizim ictimaiyyətimizdə Rusiya xofu yaradılsın. Tovuz hadisələri zamanı həmrəylik yürüşündən sonra Azərbaycan ictimaiyyətinin torpaqları işğaldan azad etmək iradəsi açıq və ciddi şəkildə nümayiş etdirilib. Bunun qarşısını almaq üçün müxtəlif üsullara əl atılır. İndiki mərhələdə bu üsullardan biri təbliğatdır və məqsəd Rusiya xofunu yaratmaqdır. Buna heç cür yol vermək olmaz.
Oxşar xəbərlər
18:04, Bu gün
Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi
18:02, Bu gün
Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
17:58, Bu gün
Ayxan Hacızadədən 4 kəndin qaytarılmasına REAKSİYA
17:56, Bu gün
Azərbaycan və Ermənistan öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər
17:54, Bu gün
ABŞ-nin idmançılarına şokoladlı qızıl medal verilib
17:49, Bu gün
Fransa iqtisadiyyatı dünyanı bu cür ALDADIR
17:34, Bu gün
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
17:33, Bu gün
Sərhəddə növbəti görüş: Ermənistan və Azərbaycan razılığa GƏLDİ
17:27, Bu gün
"Sülhməramlıların Qarabağdan çıxarılması haqqında birgə qərar onu deməyə əsas verir ki..."- Millət vəkili
17:18, Bu gün
Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib
17:13, Bu gün
Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər
17:08, Bu gün
Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlanıb - FOTO
17:03, Bu gün
"Rusiya qanunu" Gürcüstanı "ukraynalaşdırmadan" qoruyacaq" - İrakli Koxabidze
17:03, Bu gün
Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib
17:00, Bu gün
Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə hökm oxunub
16:58, Bu gün
BDU-nun "Gənc istedadlar" liseyinin şagirdləri "Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında
16:55, Bu gün
Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi qaydası müəyyənləşib
16:53, Bu gün
Qızı ilə birgə Kürdə batan atanın meyitinin sudan çıxarılma ANI – VİDEO
16:45, Bu gün
Naməlum şəxs Parisdə İran Konsulluğunda özünü partladacağını bildirib
16:38, Bu gün
Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb
16:36, Bu gün
Rəqibin gözünə lazer işığı salan futbolçu 11 oyunluq diskvalifikasiya olunub
16:25, Bu gün
Zülfiyyə Xanbabayeva: “Səhnədə ölmək istəmirəm”
16:20, Bu gün
Bu məhsulun xaricə satışında 50 min tona yaxın artım olub, qiyməti ucuzlaşıb
16:19, Bu gün
Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik
16:17, Bu gün
109-cu “erməni soyqırımı” oyunlarında dönüş – ŞƏRH
16:14, Bu gün
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO
16:11, Bu gün
“Xəzər TV”nin məşhur verilişi bağlanacaq
16:07, Bu gün
BDU-da Beynəlxalq Yer Günü münasibətilə çiçəkəkmə aksiyası - FOTO
16:02, Bu gün
Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət aşkarlandı - FOTO
16:01, Bu gün
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
15:58, Bu gün
O, olmasaydı, həyatımla vidalaşardım - Flora Kərimova
15:56, Bu gün
Azərbaycanda faydalı qazıntılar üzrə mədən vergisinin hesablanması üçün əmsallar müəyyənləşib
15:49, Bu gün
Laləli çəmənlik görmək istəyənlər, tələsin! - FOTOVİDEO
15:47, Bu gün
Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
15:44, Bu gün
İranda hektarlarla əkin sahəsi sel sularının altında qaldı - VİDEO
15:40, Bu gün
“Bu halda respublikaşılar öz mövqelərini itirəcək...- Güclü İsrail lobbiçilərinin təzyiqi ilə...”
15:38, Bu gün
Putunin keçmiş həyat yoldaşının Fransadakı villasına həbs qoyulub
15:35, Bu gün
Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər - FOTOLAR
15:34, Bu gün
Pakistanda içərisində əcnəbilərin olduğu furqona hücum: Ölənlər var - FOTO
15:29, Bu gün
20 min manat borca görə qəssab həbs edildi
15:25, Bu gün
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib
15:20, Bu gün
"Olimpiakos"un qapıçısı Tzolakisin seyvlərinin təfərrüatları məlum oldu
15:17, Bu gün
Meteohəssas insanlar üçün PROQNOZ
15:16, Bu gün
Vüsalsız həsrət - Rafiq Əliyev mərhum xanımına YAZDI
15:15, Bu gün
Oxuduğu məktəbdə adı əbədiləşən ŞƏHİDİN ATASI: “Sanki atasını qarşılayır” - VİDEO
15:13, Bu gün
Tovuzda qadının üstünə benzin töküb yandırdı
15:13, Bu gün
Azərbaycan-Fransız Universiteti bağlanır? - RƏSMİ AÇIQLAMA
15:08, Bu gün
Murad Hüseynov BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbələri ilə görüşüb - FOTO
15:02, Bu gün
“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dan silib
14:55, Bu gün
1500-dən çox keçmiş məcburi köçkün üçün mina təhlükəsinə dair təlim keçirilib - FOTO
14:48, Bu gün
Türkiyə XİN İsraillə İrana çağırış edib
14:47, Bu gün
Azərbaycanda faydalı qazıntı yataqlarının pasportundakı göstəricilər müəyyənləşib
14:47, Bu gün
İnfarktdan əvvəl ürək necə ağrıyır? - ƏSAS ƏLAMƏTLƏR
14:43, Bu gün
Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən Fikrətlə bağlı dəhşətli fakt - 10 gün əvvəl...
14:42, Bu gün
Qərb cavab verməlidir: “Caliber”in araşdırmasının izi ilə - VİDEO
14:41, Bu gün
Azərbaycanda yer təkinin istifadəyə verilməsi üzrə hərraclarda iştirak haqqının məbləği müəyyən olunub
14:36, Bu gün
Rusiya sülhməramlıları Azərbaycanı tərk edirlər: Texnikanın ilk partiyası yolda - VİDEO
14:33, Bu gün
Füzuli şəhərində ikigünlük oftalmoloji səyyar müayinələr təşkil edilib
14:25, Bu gün
Hesablama Palatası: Ötən il 67 milyon manatdan çox vəsait bərpa edilib
14:21, Bu gün
İranda 11 yaşlı qız satıcı qadını ona güldüyü üçün öldürüb - FOTO
14:13, Bu gün
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
14:11, Bu gün
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
14:09, Bu gün
Deputat: Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb
14:01, Bu gün
Bərdədə ağır yol qəzası baş verib
13:58, Bu gün
BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir
13:51, Bu gün
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb
13:50, Bu gün
Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı yeni qanun layihəsi ilk oxunuşda təsdiqlənib
13:44, Bu gün
ANAMA sığortaçı seçir
13:43, Bu gün
MM-in komitə sədri uşaqların I sinfə müsahibə ilə qəbul olunmasından narazıdır
13:36, Bu gün
Sumqayıtda qanunsuz tikili sökülüb
13:27, Bu gün
Bakıda evdə partlayış: Ölən var
13:26, Bu gün
İpotekaya xitam verilən hallar genişlənir
13:24, Bu gün
Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıb
13:23, Bu gün
Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaq
13:12, Bu gün
Rusiya ordusunu da çıxarırıq: qaldı onun agenturası, "5-ci kalon”u...-Arxayınlaşmayaq...
13:10, Bu gün
“Filmdən sonra əsl adımı unudub mənə Zərifə dedilər”-“Sehrli xalat”-ın baş qəhrəmanı filmin ssenarisini hələ də saxlayır-ÖZƏL FOTOLAR
13:05, Bu gün
Leyla Əliyeva poeziya gecəsində - FOTO
13:05, Bu gün
Almaniyanın vitse-kansleri gecəni Kiyevdə bomba sığınacağında keçirib
13:03, Bu gün
Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ
13:02, Bu gün
"İran Qərb üçün təhlükəli nüvə savaşına hazırlaşır" - "The Telegraph"
13:00, Bu gün
“Qarşımızda duran əsas məsələ sülh müqaviləsinin imzalanmasıdır”
12:57, Bu gün
Sabah Bakıda 30 dərəcə isti olacaq - PROQNOZ
12:45, Bu gün
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
12:45, Bu gün
Vüqar Gülməmmədov: "Naxçıvanda 6 nəzarət tədbiri üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim edilib"
12:38, Bu gün
İrəvandakı Rusiya-Ermənistan Universitetində bomba həyəcanı
12:16, Bu gün
“Ali Məhkəmənin apardığı mütəmadi monitorinqlər ədalətli məhkəmə araşdırmasına şərait yaradır”
12:13, Bu gün
19 aprelin ən xoşbəxt bürcü: Qoçlar üçün elə fürsətlər yaranacaq ki...
12:10, Bu gün
Məşhur aktrisa 60 günə 20 kilo arıqladı
12:06, Bu gün
"Ukraynada sağ qalmaq uğrunda savaş gedir" - "Financial Times"
12:03, Bu gün
Deputat: Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması Prezidentin diplomatik məharətinin ən böyük uğurudur
12:02, Bu gün
“Xurşidbanu Natəvan” tamaşası növbəti dəfə nümayiş olunacaq
11:59, Bu gün
Bakıda yeniyetmə qız çoxmərtəbəli binadan yıxıldı
11:54, Bu gün
Onu şair kimi tanıyacaqlar...
11:46, Bu gün
Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına başlayıb
11:41, Bu gün
Məmləkətin dil pəhləvanları...
11:41, Bu gün
Komitə sədri: Rusiya ilə müharibəni bizim üzərimizdən apara bilməyənlər məğlub oldular
11:33, Bu gün
Deputat: Sülhməramlıların Qarabağdan çıxarılması iki ölkə liderinin yüksək əlaqələrinin göstəricisidir
11:28, Bu gün
Bu gün Tofiq Bayramın ANIM GÜNÜDÜR
11:20, Bu gün
Azərbaycan Hərbi Dəniz və Hərbi Hava qüvvələri Xəzər dənizində taktiki təlim keçirib
11:15, Bu gün
BDU-da elmi seminar keçirilib - FOTO
GÜNLÜK
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
12 Apr 2024 | 21:22
Yuri Qaqarin kosmosda əslində nə görmüşdü? - Uzun illərdir gizli saxlanılır
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
13 Apr 2024 | 09:11
“Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil”- ÖZƏL
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
16 Apr 2024 | 14:46
Taksilərin qiymətləri fantastik həddə çatacaq?
AYLIQ
18 Apr 2024 | 20:14
Ailənizdə problem yaradacaq 5 SƏHV
18 Apr 2024 | 20:58
Xoşqədəm Hidayətqızı ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı
18 Apr 2024 | 21:00
Bu ilin birinci rübündə xaricdən kakao alışında 8 milyon dollardan çox artım olub
18 Apr 2024 | 21:20
İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb - FOTO
18 Apr 2024 | 18:13
Vazgen Manukyandan Zatulinə açıq məktub: “..bunu ürək ağrısı ilə yazıram”
18 Apr 2024 | 22:55
Türkiyədə güclü zəlzələ olub, dağıntılar və xəsarət alan var - YENİLƏNİB
18 Apr 2024 | 23:33
Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu - VİDEO
18 Apr 2024 | 18:35
Mediasiyanın imkanları...
18 Apr 2024 | 21:06
Qarabağdan nə qədər sülhməramlı və texnika çıxarıldı? - Siyahı açıqlandı
18 Apr 2024 | 18:15
Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO