Bu barədə məlumatı "Qafqazinfo"ya Elman Abbasov bildirib. Onlar polis bölməsində bir saata yaxın saxlandıqdan sonra sərbəst buraxılıblar.
Bu gün seçki qərargahının, partiya üzvlərinin və gənclərin partiyanın prezidentliyə namizədi İqbal Ağazadənin təbliğat kampaniyasını necə apardıqlarını müşahidə etmək üçün 28 may metro stansiyasının önündə dayanmışdıq. Polis nəfəri təbliğat aparan gənclərə yaxınlaşaraq onlardan ərazini tərk etməyi, namizədin təbliğat materialını paylamağı dayandırmağı tələb etdi. Biz ona namizədlərin təbliğat kampaniyası dövrü olduğunu, qanunsuz hərəkətə yol verilmədiyini, bütün hərəkətlərin Seçki Məcəlləsinə uyğun aparıldığını izah etməyə çalışsaq da, o bizdən polis şöbəsinə getməyi tələb etdi”, - deyə E. Abbasov bildirib.
E. Abbasov əlavə olaraq qeyd edib ki, onlarında izahat almaq istəyiblər.
FOTO" src="//old.moderator.az/fotobaza/original/569.jpg">FOTO" src="//old.moderator.az/fotobaza/original/570.jpg">