"Bizim üçün çox çətin matç olacaq. Hazırda mövsümə istədiyimiz kimi başlaya bilmədik. Ancaq Çempionlar Liqası fərqli turnirdir. "Real" (Madrid) çox yaxşı klubdur.
Qaret Beyli transfer etdilər. Eyni zamanda keçmiş baş məşqçim bu klubu çalışdırır. Onu yenidən görmək mənim üçün gözəl olacaq. Onunla çox yaxşı uğurlar əldə etmişik. Ançelottinin Madrid gözəl işlər görəcəyinə əminəm. Ancaq sabah yaxşı nəticə əldə edəcəyimi düşünürəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Qalatasaray"ın futbolçusu Didye Droqba klubun televeziya kanalına açıqlamasında deyib.
Fildişi Sahili millisinin hücumçusu ötən mövsümdə olduğu kimi çox böyük dəstəyə ehtiyacı olduqlarını bildirib: "Əsas məqsədimiz qələbə qazanmaqdır. Üç həftədir istədiyimizi əldə etməsək də, bu qarşılaşmada daha yaxşı olacağıq. Bunun üçün isə azarkeşlərə ehtiyacımız var. Ötən mövsüm "Real"lı futbolçular stadionda olan atmosferi görəndə təəccüblənmişdilər. Bu dəfə də eyni dəstəyi gözləyirik. Futbolda hər şey ola bilər. Mən komandama inanıram və növbəti tura keçəcəyimizi düşünürəm".