“Müdafiə haqqında qanunda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri göstərilməyib”
Oxunub: 6863
14 Aug 2020 | 18:27
“Müdafiə haqqında qanunda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri göstərilməyib”
Qarabağ savaşının ilk  ən qaynar illərində Azərbaycanın yenicə formalaşan Müdafiə Nazirliyinin rəhbərlərindən olmuş general-mayor Tacəddin Mehdiyev Moderator.az-a müsahibəsində Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən, qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi perspektivlərindən, torpaqlarımızın tezliklə azad edilməsi üçün görülməli olan digər həyati vacib işlərdən bəhs edib. 


-Tacəddin müəllim, torpaqlarını işğaldan azad etməli ölkə genişmiqyaslı hərbi əməliyyatlara başlamamışdan  öncə hansı tədbirləri görməlidir?

-Ötən söhbətimizdən birində Qarabağın azad edilməsi ilə bağlı konsepsiyamı Prezident Administrasiyasıına göndərməyimdən bəhs etmişdim. Təəssüf ki, bu günədək həmin konsepsiya barədə mənə heç  bir cavab verilməyib...

Sizə müharibədən öncə  səfərbərlik resurslarının hazırlanması barədə danışmışdım.  Həmin konsepsiyada bir sıra digər maddələr də irəli sürmüşdüm. Əgər nəzərdə tutduğum işlər dövlətimiz tərəfindən görülübsə, lap yaxşı. Görülməyibsə, mən hərb sənətini bilən bir vətəndaş kimi  onları bir daha xatırlatmağı özümə borc bilirəm... 

Mən hələ neçə illər öncə hərbi doktrinanın Azərbaycana uyğun variantını yazıb hazırlamışam... Savaşı udmaq üçün ilk növbədə dövlətin uğurlu hərb siyasəti olmalıdır. Və həmin siyasətin əsasında hərbi doktrina və Müdafiə haqqında qanun  qəbul olunmalıdır. Əfsuslar olsun ki, bizim bu günkü Müdafiə haqqında qanun bir sıra tələblərə cavab vermir. Həmin qanun əsasən Rusiyanın eyni qanunundan köçürmədir. Amma maraqlı odur ki, Rusiyanın Müdafiə haqqındakı qanununda hərbi məsələlərlə bağlı  Prezidentin – Ali Baş Komandanın, Müdafiə nazirinin və Baş Qərargah rəisinin, eləcə də digər güc və təhlükəsizlik strukturları rəhbərlərinin vəzifə və səlahiyyətləri aydın şəkildə göstərilib. Təəssüf ki, bizim Müdafiə haqqında qanunda Baş Qərargah rəisinin heç bir vəzifə və səlahiyyəti göstərilməyib. Belə çıxır ki, Baş Qərargah rəisi hansısa  müdafiə və ya hücum əməliyyatına görə heç bir məsuliyyət daşımır. Bu, nə cür ola bilər ki?.. Halbuki rusların eyni qanununda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri nazirinkilərdən iki dəfə artıqdır... 

Müharibəni  başlamaq üçün dövlətin və onun güc strukturlarının müharibəni aparmaq konsepsiyası olmalıdır. Prezident Administrasiyasına yolladığım konsepsiyada bu haqda geniş yazılıb...  

Səfərbərlik ehtiyatları barədə qısa danışmışdıq. Ehtiyatda olan zabit, çavuş və əsgərlərdən ibarət ehtiyat tabor, alay və briqadalar yaradılmalı, onlar  mütəmadi olaraq toplantı-təlimlərə çağırılmalıdır. Hər bir əsgər konkret hansı silaha, yaxud texikaya sahib olduğunu bilməli və onlardan döyüş şəraitində düzgün davranmağı bacarmalı, öz kiçik və böyük komandirlərini tanımalı və gərək olan kimi döyüşə hazır vəziyyətdə sırada dayanmalıdır...

Digər məsələ ehtiyat hərbi birləşmələrin işğal altındakı ərazilərimizin adlarına və relyeflərinə uyğun adlandırılması və təşkil olunmasıdır.  Məsələn, Laçın dağ-atıcı briqadası, Füzuli piyada briqadası,  Kəlbəcər dağ-atıcı briqadası, Ağdam, Qubadlı, Zəngilan və s. briqadaları... Və həmin briqadaları 1-ci Qarabağ savaşında adları çəkilən və çəkilməyən bölgələrimizdə döyüş əməliyyatlarında iştirak etmiş keçmiş hərbçilərdən (xüsusən həmin bölgələrin sakinləri) və son zamanlar ordudan təxris olunmuş eyni bölgə sakinlərindən təşkil olunmalıdır. Belə təcrübədən İkinci Dünya müharibəsi zamanı Sovet ordusu da yararlanıb. Məsələn, o zaman Ukrayna cəbhəsi, Belarus cəbhəsi, Taqanroq diviziyası və s. var idi... 

Bizdə məsələn, Laçın briqadası yaradılsa, Laçında Arif Paşayev kimi bütün rayon camaatı arasında nüfuzu olan polkovniki həmin briqadaya komandir təyin etmək və dediyim kimi, həmin hərbi birləşmə onun rəhbərliyi ilə əsasən regional prinsiplə - yerli hərbçilərdən və o ərazilərdə döyüşlərdə olmuş keçmiç  döyüşçülərdən təşkil olunmalıdır. Yaxud eyni cür briqada Tovuzda məşhur döyüşçü bozqurd  Etibar Əmiraslanovun rəhbərliyi ilə yaradılmalıdır.   Ona görə ki, işğal altındakı  və yaxud müdafiə olunmalı sərhədyanı  bölgələr yerli adamların öz vətənidir və onlar həmin torpaqlar uğrunda canla-başla vuruşacaqlar. İkincisi, onların ata-babalarının, qohum-əqrəbalarının məzarları o torpaqlardadır. Və üçüncüsü, həmin insanlar o əraziləri yaxşı tanıyırlar...

Canlı qüvvədən əlavə texnika və avadanlıqların da səfərbərlik ehtiyatı olmalıdır. Məsələn, döyüşdə irəlidə gedən tank, yaxud PDM vurulursa, artilleriya qurğusu sıradan çıxırsa, onlar vaxt itirmədən yenisi ilə əvəzlənməlidir. Odur ki, uzunmüddətli əməliyyatlar üçün hərbi texnika,  tanklar, zirehli maşınlar, aviasiya, artilleriya qurğuları, rabitə, kəşfiyyat və mühəndis  qurğuları, tibbi texnika və ləvazimatlar və s. mütləq hazırlanmalıdır. Bundan əlavə bütün texnikaların ehtiyat hissələrinin rezervi də təşkil olunmalıdır. Döyüş zamanı vurulan texnikaların ərazidən təxliyyə olunması və onların təmiri mexanizmləri də dəqiq işlənib hazırlanmalıdır...  

Hərbi əməliyyatlar zamanı ən vacib məsələlərdən biri də ehtiyat silah-sursatın ayrıca əsgərdən tutmuş alaya, briqadaya, korpusadək lazımi və düzgün miqdarda bölüşdürülməsi və çatdırılması mexanizmlərinin işlənib- azırlanmasıdır. Məsələn, hər hansı yük maşınına müxtəlif markalı güllə və ya mərmidən neçə yeşik yükləmək mümkün olduğu, hər bir standart silah-sursat yeşiyinin çəkisi öncədən hesablanmalıdır...

Müharibə zamanı həlledici amillərdən  biri də müvafiq ərzaq ehtiyatlarının toplanması və müxtəlif ölçülü və təyinatlı hərbi birləşmələr arasında öncədən bölüşdürülməsidir...

Eyni zamanda informasiya müharibəsinə ciddi hazırlaşmaq gərəkdir. Bu, müasir  müharibədə qələbə qazanmaqda həlledici rol oynayır. İşğalçı Ermənistanın 1990-cı illərdən bəri necə davrandığı gözümüz önündədir. Məsələn, özləri hücum edir, amma dünyaya car çəkirlər ki, Azərbaycan bizə hücum edir... Odur ki,  informasiya savaşını biz mütləq udmalıyıq. Bütün dünya bizim haqq olduğumuzu bilməlidir... Təəssüflər olsun ki, bizim diaspor təşkilatları bu sahədə çox zəif işləyir... Sadəcə, xaricdə  Vətəni, dövləti, Qarabağı sevən insanlar xaricdə ermənilərə qarşı müxtəlif tədbirlər təşkil edirlər...

Müharibəni udmağın əsas şərtlərindən biri də düşmənin mövcud və ehtiyatda olan canlı qüvvəsi və texnikası haqda məlumatlı olmaqdır. Yəni kəşfiyyat məsələsi... Nə qədər texniki və texnoloji vasitələr olsa da, ən dəqiq məlumatı düşmən ərazisində kəşfiyyat məqsədilə atılan canlı qüvvədir...

Digər ən vacib məsələlərdən biri də rabitədir. Döyüşdə rabitə yoxdursa, deməli, idarəetmə yoxdur. İdarəetmə yoxdursa, pərakəndəlik, özbaşınalıq, xaos və sonda məğlubiyyət baş verir. Odur ki, rabitə sisteminin sıradan çıxacağı təqdirdə bizim ehtiyat rabitə sistemi olmalıdır ki, əlaqələr itməsin...
 
Genişmiqyaslı hərbi əməliyyatlara zamanı yaralıların döyüş meydanından çıxarılması, onların daşınması, müxtəlif növlərə bölünməsi(yüngül yaralı, orta yaralı, ağır yaralı) də böyük əhəmiyyət kəsb edir. Məsələn, sual olunur ki,  döyüş gedə-gedə ilk növbədə hansı yaralıya yardım göstərilməlidir: ağır yaralıya, yoxsa yüngül... Çoxları elə  bilir ki, öncə ağır yaralıya yardım edilməlidir. Amma insani baxımdan nə qədər ağır olsa da, müharibə gerçəkliyi ilk növbədə yüngül yaralıya yardım olunmasını tələb edir. Çünki onun tezliklə sağalıb döyüşə qayıtması vacibdir. 1-ci Qarabağ savaşında belə şeyləri çox görmüşük, bir nəfər cüzi də olsa, yaralanan kimi, 5-10 döyüşçü atılırdı, ona yardım etməyə  və təbii ki, onların arasında bunu bəhanə edib döyüşdən kənarlaşmağa çalışan qorxaqlar da olurdu. Bu minvalla, deməli, 5 nəfər yaralananda artıq 25 nəfər döyüş də iştirak edə bilmirdi...

-Bəs atəşkəsdən bəri ötən bu 26 il ərzində  torpaqların azad edilməsini tezləşdirmək üçün  düşmənə qarşı hansı digər yardımçı əməliyyatlar aparıla bilərdi?

-Bəli, biz  müharibəni başlamaq üçün, azı, 15-20 il gecikmişik. Biz çoxdan öz ərazimizdə antiterror və kəşfiyyat-diversiya əməliyyatları aparmalıydıq... Bəziləri deyir ki, Qarabağda partizan hərəkatı başlatmaq lazımdır. Ancaq onlar bilmir ki, partizan hərəkatı aparmaq üçün işğal altındakı ərazilərdə yerli əhali qalmalıdır. Hazırda Qarabağda bir nəfər azərbaycanlı qalıbmı? Odur ki, biz mümkün olanı etməliyik... Antiterror əməliyyatları apara bilməsək də, son 15-20 ildə bizim orada kəşfiyyat-diversiya qruplarımız işləməliydi. Qeyd edim ki, həmin qrupların da özəyi o ərazilərdən döyüşlərdə olmuş, yerli insanlardan təşkil olunmalıdır. Əgər həmin qruplar işləsəydi, ermənilər gecə-gündüz məcbur olub öz qoşunları ilə onlara qarşı mübarizə aparacaqdı, bu da düşmən ordusunun qüvvələrini parçalayacaq, onu əldən salacaqdı... İkincisi, heç kəs cürət edib orada nə məskunlaşmaz və ya hansısa yaşayış binası, obyekt və s. tikdirməzdi... Heç  bir xarici ölkə sahibkarı, hətta Ermənistanın özü də Qarabağa sərmayə qoymazdı.  Biz  həmin hərbi əməliyyatları öz ərazimizdə apardığımız üçün heç bir beynəlxalq təşkilat və ya dövlət də buna görə bizi qınaya bilməzdi... Və əgər indi də biz torpaqlarımızı azad etmək üçün müharibəyə hazırlaşırıqsa, öncədən kəşfiyyat-diversiya qrupları mütləq  düşmənin olduğu ərazilərdə işləməlidir. Dəqiq məlumat verməlidir: canlı qüvvələr hansı istiqamətdə, nə qədər toplanıb, artilleriyası, zirehli texnikası haradadır. Və silah-sursat anbarları, eləcə də Ermənistandan Qarabağa gələn körpülər partladılmalı, yollar sıradan çıxarılmalıdır... 

Hazırda  bütün bu sadalanan işlərin hamısını Baş Qərargah rəisi hazırlamalıdır, bunlara o, cavabdehdir. Amma öncədən dediyim kimi, bizim qanunda Baş Qərargah rəisinin vəzifə və səlahiyyətləri göstərilməyib.  Hələ sovet dövründə biz hərbi akademiyada təhsil alanda hərbi qərargahlar haqqında təlimatı da öyrənirdik. Orada Baş Qərargahdan tutmuş, tabor hərbi qərargahınadak hər kəsin vəzifəsi dəqiqliklə göstərilirdi. Əgər hər hansı birləşmənin komandiri cəzalandırılırdısa, qərargah rəisi də onunla burgə cəzalandırılmalıydı. Bizdə belə çıxır ki, hansısa uğursuzluq baş versə, yalnız Müdafiə naziri günahkar olacaq, onu azad etmək, yaxud həbs etmək olsa da,  Baş Qərargah rəisi heç bir məsuliyyət daşımayacaq.... 

Belə olmaz axı... Özü də müharibə dövrünün ən əsas şərtlərindən biri  doğru-dürüst qanunların qəbul olunması və onların gərəyincə icra olunmasıdır... 

Sultan Laçın

Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
28 Mar 2024 | 08:21
Xəbərdarlıq alan TV kanallar bu verilişlərlərlə bağlı TƏDBİR görməyə başladı - VİDEO