Yeni tədris ilinin açılması münasibətilə Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Bilik Gününü seçilmiş olduğu Salyan rayonunun Qardili kəndində məktəblilərlə birgə qeyd etmişdir. F. Ağamalı şagirdlərə dərslərində uğurlar arzulamış, müəllim və valideynlərlə söhbət edərək onların arzuları, problemləri və şikayətlərini dinləmişdir. Tədbirin sonunda Qardili kəndindən olan 24 məktəbli uşağa çanta və məktəb ləvazimatları hədiyyə edilmişdir. Göstərmiş olduğu diqqətə görə müəllimlər və valideynlər Fəzail Ağamalıya öz təşəkkürlərini bildirmişlər.
Eyni zamanda Fəzail Ağamalı tərəfindən Salyan rayonunun Kürsəngi, I Varlı, II Varlı, Peyk, Düzənlik və Yeni Uluxanlı kəndlərində birinci sinfə gedən 152 şagirdə çanta və bir sıra zəruri məktəb ləvazimatları hədiyyə edilmişdir. Hədiyyələri şagirdlərə Ana Vətən Partiyasının fəalları çatdırmışlar.