Hökumət nəinki müsəlman baş örtüklərini, hətta yəhudi başlıqlarını və xaçları da qadağan edib
Moderator.az xəbər verir ki, Kanadanın Monreal şəhərində bir neçə min müsəlman bir araya gələrək Kvebek hökumətinə qarşı etiraz aksiyası keçirib. Etirazçılar hiddətə gətirən Kvebek administrasiyasının müsəlmanlara qarşı parlamentə təklif etdiyi qanun layihəsi olub. Qanun layihəsində, dövlət sektorunda çalışan işçilərin dini geyimlər, o cümlədən müsəlmanlara məxsus baş örtükləri, üz örtükləri, yəhudilərə məxsus kipah başlıqları və xristianlara məxsus iri xaçlar taxmasına qadağa qoyulması nəzərdə tutulur.
İş yerində tətbiq olunacaq məhdudiyyətlərin dövlət qulluqçularına, polis zabitlərinə və müəllimlərə şamil olunması təklif olunub. İslamafobiyaya qarşı Kvebek Assosiasiyasının lideri-dünənki etirazda iştirak edən müsəlmanlara, Milli Assambleyanın qanun layihəsini qəbul edəcəyi təqdirdə, hökuməti məhkəməyə verməyə söz verib. “Qiyamət günü” dini bayramını qeyd etmələri ilə əlaqədar, yəhudi icması aksiyada iştirak etməkdən imtina edib.
Kvebek dəyərlər nizamnaməsi adlı qanun layihəsi ilə müstəqil yönümlü vilayət hökuməti fransız dilli sakinlərin üstünlük təşkil etdiyi Kvebeki digər vilayətlərdən fərqli etməyə və qanunlarda dünyəvilik prinsiplərini qorumağa çalışır. Kanadanın 3 aparıcı federal partiyası da müsəlman icmalar kimi bu qanun layihəsinə qarşı çıxır.