Xəbər lenti
20/09/2020 [17:53]:
Qubanın kəndində ikinci yanğın başlayıb - FOTO
20/09/2020 [17:25]:
Rövnəq Abdullayev Neftçilər günündə Fəxri Xiyabanda... - FOTOLAR
20/09/2020 [17:11]:
Dünyada koronavirus pandemiyasının təhlükəsi artır
20/09/2020 [16:59]:
Üç uşaq anası olan müğənni üçüncü dəfə ailə hayatı qurdu - FOTO
20/09/2020 [16:36]:
“Rusiyanın Azərbaycan və Türkiyəyə qarşı bizi müdafiə edəcəyinə əmin deyilik” – erməni mediası
20/09/2020 [16:33]:
Prezident İlham Əliyev: "Neftçilərin əməyi əsl qəhrəmanlıqdır" FOTO
20/09/2020 [16:31]:
Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - Bakıda dəhşətli ailə faciəsi YENİLƏNİB
20/09/2020 [15:46]:
“Eurasia Review” nəşrində Ermənistan-Azərbaycan münaqişəsi barədə məqalə dərc olunub
20/09/2020 [15:40]:
"Der Spiegel": Yer kürəsini gözləyən fəlakət artıq uzaqda deyil (FOTO)
20/09/2020 [15:39]:
Səudiyyə Ərəbistanı BMT və ÜST-yə 100 milyon dollar yardım edib
20/09/2020 [15:36]:
Britaniyada bir gündə koronavirusa 4 mindən çox yoluxma qeydə alınıb
20/09/2020 [15:32]:
Azərbaycanda daha bir vəzifəli şəxs işdən uzaqlaşdırıldı - SƏRƏNCAM
20/09/2020 [15:27]:
Türkiyə mediası Prezident İlham Əliyevin yerli televiziyalara müsahibəsindən yazır - FOTO
20/09/2020 [15:25]:
Asim Xudiyev Avropa Liqasının oyununda hakim-inspektor olacaq
20/09/2020 [15:22]:
Özbəkistanın Baş nazirinin müavini koronavirusdan vəfat edib
20/09/2020 [15:20]:
Bu gün Azərbaycanda 146 nəfər COVID-19-a yoluxub, bir nəfər vəfat edib
20/09/2020 [15:09]:
Maksim Musayev Siyavuş Novruzov haqda NƏ DEDİ?..
20/09/2020 [14:23]:
"Melorasiya və Su Təsərrüfatı" Dilqəm Əsgərovun oğluna 149 min maddi ziyan ödəyəcək...
20/09/2020 [14:18]:
"Son 26 ildə “Əsrin müqaviləsi”nin Azərbaycana qazandırdığı uğurlar bugünkü reallıqlarımızdır"
20/09/2020 [14:15]:
SOCAR neftçiləri mənzillə təmin edir - FOTO
20/09/2020 [14:12]:
"Son müsahibəsi ilə dövlət başçımız növbəti dəfə tarix yazdı"
20/09/2020 [14:04]:
Donald Tramp: “Elə fərman imzalayaram ki, Bayden prezident ola bilməz”
20/09/2020 [14:00]:
İraqda İŞİD rəhbərlərindən biri yaxalandı
20/09/2020 [13:41]:
Dənizkənarı Milli Parkda özünü dənizə atan şəxs xilas edilib
20/09/2020 [13:40]:
Azərbaycanda nazir müavini tarixi hamamda təmizlik işləri apardı - FOTO
20/09/2020 [13:38]:
Bakcell neftçiləri təbrik etdi
20/09/2020 [13:09]:
Stalindən İrana təklif: "Azərbaycanlılara nəsə vermək lazımdır, muxtariyyət təhlükə yaratmır”
20/09/2020 [13:03]:
İnsanları yandırıb külünü ailələrinə göndərən general - Hitleri qorxuya salan "Praqa qəssabı" kimdir?
20/09/2020 [12:31]:
Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyət dərk etmir”
20/09/2020 [12:28]:
51 yaşlı Cenifer Lopezin təəccübləndirən FOTOSU
20/09/2020 [12:23]:
Azərbaycanda şortik qalmaqalları...
20/09/2020 [12:12]:
Rusiyada koronavirusa yoluxanların sayı 1 milyon 100 min nəfəri ötüb
20/09/2020 [12:09]:
ABŞ-da iki azərbaycanlı koronavirusdan vəfat etdi
20/09/2020 [12:06]:
Qurbanlarına işgəncə verdikdən sonra başlarını kəsiblər – Qatil cütlüyün qorxunc cinayətləri
20/09/2020 [11:52]:
Sevgilisinin iki uşağına təcavüz etdikdən sonra öldürən şəxs həsb edildi- FOTOLAR
20/09/2020 [11:37]:
Bir şəklin tarixçəsi - Azərbaycanın 3 prezidenti və Ramiz Mehdiyev...
20/09/2020 [11:22]:
Ermənistanda koronavirusa yoluxanların sayı 47 431 nəfərə çatıb
20/09/2020 [11:16]:
Ekzoplanetlərdə almaz tapıla bilər
20/09/2020 [11:12]:
Bu gün “Qarabağ” və “Neftçi” üz-üzə gələcək
20/09/2020 [11:09]:
Yerdə uzanan döyüşçü rəqibini nokaut etdi - VİDEO
20/09/2020 [10:37]:
Yeni gömrük limiti qüvvəyə minir - Kompüter və telefonlar bahalaşacaq...
20/09/2020 [10:35]:
“Villalarını kluba çeviriblər” - Müğənni Daxili İşlər Nazirliyinə müraciət etdi...
20/09/2020 [10:31]:
ÜST 3-cü mərhələ sınağı aparılan 5 peyvəndin təcili istifadəsinə İCAZƏ VERDİ...
20/09/2020 [10:30]:
İxtisas seçimi bu gün başa çatır
20/09/2020 [10:25]:
Nazirlər Kabinetinin qalmaqallı qərarı QÜVVƏYƏ MİNİR
20/09/2020 [10:24]:
"Niyə bəzi məmurlar rüşvət alırlar?.." - ƏSAS SƏBƏB...
20/09/2020 [10:16]:
“Niyə Qərb üçün Assanj cunayətkar, Navalnı isə qəhrəmandır?..” -Almaniya deputatı...
20/09/2020 [09:59]:
Nəsrullah gizləndiyi yerdən çıxarsa... - İsrailli general
20/09/2020 [09:56]:
Rusiya nəşrindən şok iddia: “Lavrov yaxın günlərdə istefaya gedir...”
20/09/2020 [09:49]:
Navalnı komadan sonrakı bərpa prosesindən danışdı: “Sözləri necə seçəcəyimi anlamırdım”
20/09/2020 [09:47]:
Ermənilər mövqelərimizi atəşə tutub
20/09/2020 [09:45]:
Azərbaycanda Neftçilər Günü qeyd edilir
20/09/2020 [00:06]:
Bakıda taksi sürücüsü üç bıçaq zərbəsi aldı
19/09/2020 [23:29]:
Qubanın Dəlləkli kəndinin girişində polis postları qurulub: Nə baş verir?
19/09/2020 [23:23]:
Ermənilərin “Kayusa döyüşçüləri”ndən gizlənəcək yerləri olmayacaq
19/09/2020 [23:22]:
"Sevdiyim insan olsa, rayona da ərə gedərəm"
19/09/2020 [23:07]:
BDU professorun universitetə buraxılmaması ilə bağlı məsələyə aydınlıq gətirdi
19/09/2020 [23:03]:
Azərbaycan Prezidenti: “Bizim Türkiyə ilə sıx əlaqələrimiz bundan sonra da inkişaf edəcək”
19/09/2020 [22:59]:
Koronavirusun müalicəsində istifadə olunan dərmanın ölümcül təhlükəsi aşkarlanıb
19/09/2020 [22:40]:
Amur çayı daşdı: balıqlar şəhərdə üzür – VİDEO
19/09/2020 [22:33]:
“Faşizmə qarşı mübarizə aparan soydaşlarımızla bağlı komissiya yaradılmalıdır”
19/09/2020 [22:27]:
Prezident: “Bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik”
19/09/2020 [22:15]:
İlk dəfə idi ki, başqa bir kənd mənə kəndimizi bu qədər xatırladırdı...
19/09/2020 [21:55]:
Rusiya kəşfiyyatını maraqlandıran 76 azərbaycanlı adı sızdırıldı-...MANİPULYASİYA?..
19/09/2020 [21:52]:
Qərbi Kaspi Universitetinin tələbələri Virtual Tələbə Uğur Forumuna qatılıb
19/09/2020 [21:21]:
Ermənistan PKK terrorçularını işğal altındakı Dağlıq Qarabağa yerləşdirir - VİDEO
19/09/2020 [21:19]:
Qənirə Paşayeva şair-publisist Güləmail Muradı 70 illik yubileyi münasibətilə təbrik edib
19/09/2020 [21:17]:
SOCAR Qaraçuxur qəsəbəsində neftçilərə yeni mənzillərin orderlərini təqdim etdi - FOTO
19/09/2020 [21:05]:
Prezident: “Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir”
19/09/2020 [20:55]:
Tural Gəncəliyev: “Ermənistan qəsdən regionda gərginliyi artırmaqda maraqlıdır”
19/09/2020 [20:51]:
İsraildəki ermənilərdən Rusiyaya və rus dilinə hörmətsizlik
19/09/2020 [20:44]:
Vilayət Eyvazov polis kapitanını rəis təyin etdi
19/09/2020 [20:41]:
Eynək taxan şəxslər koronavirusa 5 qat daha az yoluxur - MARAQLI ARAŞDIRMA
19/09/2020 [20:10]:
“Ermənistan yeni müharibəyə hazırlaşır” – Prezidentdən kritik açıqlama
19/09/2020 [20:07]:
Sosial mediada diqqət çəkmək üçün canını bu cür heçə saydı - VİDEO
19/09/2020 [19:59]:
Türkiyənin keçmiş baş nazir Məsut Yılmaz həyatını itirdi - DOSYE
19/09/2020 [19:55]:
"Döşlərim sayəsində ayda 12 min dollar qazanıram" - FOTOLAR
19/09/2020 [19:54]:
“Ölkə başçısının son bəyanatı həm Ermənistana, həm də bütün dünyaya mesajdır”
19/09/2020 [19:37]:
Oğurluq edən 3 şəxsə ağır cəza: Barmaqları kəsildi...
19/09/2020 [19:33]:
"Bunu Ali Baş Komandanın Vətəninə misilsiz xidmətləri kimi qiymətləndirirəm" - BƏYANAT
Bütün arxiv bir sırada
11/08/2020 [19:59] - Cəmiyyət - ( 980 dəfə baxılıb)

Dünyanın sonuncu tənha adamı - Kamal Abdullanın romanları haqda...



Moderator.az Pərvanə Bəkirqızının “Bilməz idim, bilmək ağzın sirrini düşvar imiş” adlı yazısını təqdim edir.

Kamal Abdullanın romanlarının sirr qatı və mif ornamentallığı

XX əsrin əvvəllərində ədəbiyyatşünas və linqvist Ovcyaniko-Kulikovski “Bədii yaradıcılığın əsasları haqqında” məqaləsində yazırdı: “Bədii əsəri anlamaq, bu əsəri yaradan sənətkarı anlamaq” ifadəsinin sadəcə qısaldılmış şəklidir. Yazıçı kimi Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanı da eynilə bu əsəri yaradan sənətkarı anlamaq imtahanıdır. Müəllifin “Yarımçıq əlyazma”, “Sehirbazlar dərəsi”, “Unutmağa kimsə yox…” romanlarının, qorqudşünaslıqla bağlı “Gizli Dədə Qorqud”, “Sirriçində dastan və yaxud “Gizli Dədə Qorqud – 2” kimi elmi araşdırmalarının, həmçinin “Sirri-zəmanə”, “Kölgə”, “Hacı Mir Həsən ağa səyyah” hekayələrinin intertekstual zəmində verilməsi də anlatmaq cəhdidir. Maraqlısı budur ki, Kamal müəllim adları çəkilən mətnlər arasındakı əlaqəni gizli deyil, açıq şəkildə təqdim edir. “Düma ilə Coys arasında” kitabında müəllifin: “Sizcə, bir mətn başqa bir mətnə öz içindən radio dalğaları kimi gözəgörünməz siqnallar göndərə bilərmi?! Və mətnlər bir-birilə bu sayaq “danışa” bilirlərmi?! Bəlkə onlar bizdən xəbərsiz bunu edirlər?!” sualı “Sirlərin sərgüzəşti”ndə özünün tam həllini tapır. Bəs elə isə, sirr olan nədir? Bəlkə insanların “həm düzənə, həm də düzənsizliyə doğru eyni zamanda, eyni coşğunluqla, eyni əzmlə yol getməsi” idi. Kamal Abdullanın kahin ədası ilə “Roman və hekayə, şeir və pyes mətnlərinin içində azıb qalacaqsan, ya da Mətn haqqında mətn yazmaqla məşğul olacaqsan” deyib dolaşdırdığı kələfin ucunu tapmağa çalışdıqca tədqiqatçı qırxıncı otağa doğru yol almağa məhkumdur.

Ad - 00:30
Azmedia24

Roman “Sirlərin sərgüzəşti” adı ilə ilkin intriqanı başlatmış olur, ta başlanğıcda müəllif sirləri sadalamadan öncə əsas sirri faş edir, “Həsən müəllim, yəni Hacı Mir Həsən ağa Səyyah” deyə ilk daşları yerinə qoyur. Hacı Mir Həsən ağa Səyyah sirlərin növlərini də sadalayır: Sirri-əzəm, sirri-Xuda, sirri-ali və məqsədini açıqlayır: “... hər şəxs öz sirrinə, ən vacibi isə bu sirrin səbəb və nəticəsinə vaqif olsun”. Bu, ciddi bir bəyandır. Kamal Abdulla “Sirri-Zəmanə” hekayəsində yazır: “Təbrizi sirrə qovuşubdur. Amma o, bunu xələflərindən gizlin tutmaq istəyibdir. Xələfləri həmişə bu sirrin axtarışında olmalıdırlar. Çünki əbəs bildiyin bir şeyin uğrunda həyatını qoymadınsa, yaşamağın mənası itər. Yeni sirrdostu, sirr qoruyan peyda olmalıdır. Oyun davam etməlidir. Sirr yenə də axtarışların burulğanında itməlidir. Sirr var kimi olmalıdır”. Hacı Mir Həsən ağa Səyyah adının sirri “Unutmağa kimsə yox…” (Bəhram kişi, Mirzə Pirqulu), “Sirlərin sərgüzəşti” (Həsən müəllim), “Uçuş” (ləqəbi Səyyah olan Dünyamalı kişi), “Korneliusun ölümü” (Kornelius), “Hacı Mir Həsən ağa Səyyah”, “Sirri-Zəmanə” (Hacı Mir Həsən ağa Səyyahın yazdığı “Sirlərin sərgüzəşti” risaləsi və Xeybər baba) kimi mətnlərdə müxtəlif zamanlarda, amma eyni funksiyalarda yer alır. Bəzi mətnlərdə Hacı Mir Həsən ağa Səyyahın funksiyaları bir neçə obraz arasında paylaşılır. Bu paylaşma“Unutmağa kimsə yox…” romanında Bəhram kişi, Mirzə Pirqulu, “Uçuş” hekayəsində isə Dünyamalı kişi ilə Dərviş Dərdəçarə arasındadır. Araşdırdığımız mətnlər içərisində hər hansı birinin Ana mətn kimi qəbul edib, şaxələnmənin gedişatını izləmək mümkün deyil. Səbəb mətnlərdən birinin digərinin davamı və təkrarı olmaması, funksiyanınsa davamlılığı və dövr etməsidir. Amma Kamal Abdullanın bütün bədii mətnlərinin invariantını (ya da müəllifin dediyi anavariantı) “Kitabi Dədə-Qorqud” başda olmaqla bütünlükdə dastan mədəniyyəti təşkil edir. Dastan poetikasında yer alan mağara, ağac, qurd, yuxu, işıq, övliya motivlərinin Kamal Abdulla romanlarında yaratdığı ornamentallıq qətiyyən ötəri element xarakteri daşımır, əksinə, bədii mətnin bütün qatlarında şəbəkəyə çevrilir. Müəllifin romanlarında izlədiyimiz struktur dastan strukturunun müasir ədəbiyyata keçididir. Dastanlardakı variantlılıq Kamal Abdullanın mətnləri arasındakı intertekstuallıqda qərar tutur.

“Sirlərin sərgüzəşti”ndə “həm düzənə, həm də düzənsizliyə doğru” gedişat, “Unutmağa kimsə yox…” romanında “möhtəşəm Ahəng” ilə mifin harmoniya yaratmaq funksiyası eynilik təşkil edir. “Dünyanın harmoniya çağı” nın yaratdığı mətnlərin XXI yüzildə yazılı ədəbiyyata keçidi bütün transformasiyaları, dekonstruksiyaları ilə birlikdə əsas başlanğıcları davam etdirir. Eynən yunan mifologiyasında Harmoniyanın (gözəllik və məhəbbət ilahəsi Afroditanın və müharibə tanrısı Areyin qızı) fərqli başlanğıcları gözəllik, məhəbbət və müharibəni özündə cəmləşdirdiyi kimi.

Kamal müəllimin elmi mətnində oxuyuruq: “...mifoloji təfəkkürü əsas etibarilə xaotik mənzərənin özü yox, xaosdan kosmosa keçid maraqlandırıb. Bax, məsələnin bu tərəfi ən müxtəlif qədim dünya dastanlarında, həm də ən müxtəlif variant və yozumlarda, ifadə üsullarında mümkün qədər bədiiləşmiş şəkildə özünü göstərir” (Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2. 1999). Xaosdan kosmosa, düzənsizlikdən düzənə doğru gedişatda Kamal Abdullanın bədii yaradıcılığında dastan mətninin fərqli yozumları və ya sirr qatı ilə qarşılaşırıq. “Yarımçıq əlyazma”nın əsas qatı iki müxtəlif, amma bir-birini tamamlayan istiqamətlərin paralel, yanaşı gedişidir” fikri Kamal Abdullanın mətnlərinin sirrlərini ilmə-ilmə açmasıdır. Kamal müəllim bədii mətnin içərisində dastan mətni və “Yarımçıq əlyazma” arasında fərqi belə görür: “Dastan yazılışının mifopoetik qanunlarına uyğun olaraq bir növ heykəl kimi yaradılmış bir çox cansız obrazlar bu “Yarımçıq əlyazma”da birdən-birə silkələnib canlanır, yaşayıb sevməyə, nifrət etməyə, sədaqətli olmağa, kələk gəlməyə, aldatmağa, gülməyə, ağlamağa, bir sözlə, yaşamağa başlayırlar” (“Yarımçıq əlyazma”. 2004). Bu mətnin labirinti mif, dastan və yazılı ədəbiyyatın bütün konfiqurasiyalarının məcmusuna çevrilir. Üçlü kompleksdə (torpaq, insan, kosmos) labirint haqqında məlum mif mətninin yaddaşlarda yer alması və gəzəri süjetlər misalı XX əsr mədəniyyətində, ədəbiyyatında canlanması yenə də mifin dövrəviliyi ilə bir araya gəlir.

Kamal Abdulla mətnlərində labirint effekti süjetlər arasındakı növbələşmədə özünü göstərir. İlk baxışda bu növbələşmənin xaotik düzülüşü bir qədər irəlilədikcə vahid ritm altında, sistemli şəkildə verilməsinə şahid oluruq. Təbii ki, bu yanaşma təhtəlşüur hadisəsi deyil, XXI əsrin intellektual yazarının qurduğu oyunun, mətn texnologiyasının təzahürüdür. Bu baxımdan həm “Yarımçıq əlyazma”, həm də “Sirlərin sərgüzəşti”ndə “hər bir cəhətin, detalın bir-biri ilə sıx, qarşılıqlı əlaqəsi birinin digərini şərtləndirməsi hər hansı bir dastan üçün, onun müəyyən zaman ardıcıllığı ilə yaşanması”nın şahidi oluruq. (Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2. 1999). Bu sistem daxilində Kamal Abdullanın bədii yaradıcılığının varoluşu elmi araşdırmalarında ortaya çıxan suallara axtardığı cavablarda gizlənir. “Kitabi Dədə-Qorqud”da Beyrəyin ölümünün qəhrəmanlıq dastanlarına xas olmaması haqda fikirləri və sualları müəllifin pyeslərində və romanlarında yenidən gündəmə gəlir, yeni improvizasiyalara məruz qalır. Dastanda “gizli motivlər sistemi burada əslində əsas bədiilik planıdır” fikri Kamal Abdulla yaradıcılığının alt qatındakı bütöv bir sistemi aydınlaşdırır.

Kamal Abdullanın “Yarımçıq əlyazma”dakı yazı texnologiyası, mətnin sirr qatı “Sehirbazlar dərəsi”ində də oxşar modellə davam edir. “Sirlərin sərgüzəşti”ndə risalənin iki fərqli başlıqla təqdimi “bir-birini tamamlayan istiqamətlərin paralel, yanaşı gedişidir”. “Sirlərin sərgüzəşti”ndə Hacı Mir Həsən ağanın yazdığı mətndə hərflər hərəkətə gəlir: “...fırlanmağa, rəqs etməyə başladılar. Onlardan hansısa yerini dəyişdi, hansısa yox oldu və öz yerini yenisinə verdi. Bəzi sözlər itdi, əvəzinə yeni sözlər üzə çıxdı. Birdə baxıb gördü ki, yeni mətnin başlanğıcı bir başqa şəkildə yazılmışdır, əvvəlki ilə həm eyni cür idi, həm də eyni cür deyildi”. Kamal Abdulla ayrı-ayrı vaxtlarda yazdığı mətnlərin yenidən bir məcraya gəlməsini, onlara yeni yozumlar verilməsini, “həm eyni cür, həm də eyni cür olmaması”ndan bəhs edərkən əsərin yaranma texnologiyasını, sirrini pıçıldayır, amma bunu yüksək səslə etmir. Ədibin bütün romanlarında başlanğıcları birləşdirən xətt var: Sirr xətti. Həm “Yarımçıq əlyazma”da, həm “Unutmağa kimsə yox...”, həm də “Sirlərin sərgüzəºti”ndə niqab altda gizlin olan “... sirrlər donmuş, yatmış halətdə gözümüzə görükmürlər, onlar daima hərəkətdə, daima fəaliyyətdədirlər. Biz bilməliyik ki, onların öz macərası, sərgüzəşti vardır”. “Sirrlərin sərgüzəşti”ndə bütün digər sirləri bir yana qoyub, qonşu Həzrətqulunun sirrindən başlamağın səbəbi nə idi? Qonşu Həzrətqulunun sirri dedikdə “Hacı Mir Həsən ağa səyyah” hekayəsindəki qonşu Həsənəlinin sirri və əsl adını yalnız Hacı Mir Həsən ağaya deməsi yada düşür nədənsə. K. Abdullanın fikrincə, “...Bizim öz içimizdə çoxdan unutduğumuz, çoxdan tərpədilməyən elə genetik kodlar var ki, onlar Mifin bizdə qoyub getdiyi xatirə nöqtələri kimi daim bizdən də xəbərsiz həmişə oyanmağa hazır vəziyyətdə olublar...” (Mifdən Yazıya və yaxud Gizli Dədə Qorqud. 2009). Müəllifin genetik kodlar deyə söz açdığı yaddaşdır əslində Hacı Mir Həsən ağa səyyahın sirri. Bu yaddaş sabaha, gələcəyə istiqamət götürməyib, onun çözmək istədiyi düyünlər dünənlə, keçmişlə bağlıdır. Bu günlə gələcək arasındansa Stiks çayı axırdı. Hacı Mir Həsən ağa səyyah, Həsən müəllim mifopoetik məkanda hər ikisinin gözləri qarşısında hərəkət edən, yerini dəyişən sözlər kimi, səmazənlərin cəzə tutulmaları kimi dövr edirlər. Bitib-tükənməmək, bir şəkildən başqa bir şəklə keçmək, ölüb-dirilmək, dövrəvilik mifin bu təbiətini əks etdirir.

Kamal Abdulla dilçi kimi hər hansı problemdən bəhs edirkən nə qədər aydın və anlaşıqlıdırsa, yazar kimliyi ilə daha mürəkkəb və Gizlidir. O, müəllif kimi mətninin sirlərini dərin qatlarda hifz etməyi və əsərin məsumiyyətini hər hansı interpretasiyalardan uzaq tutmağı bacarır. Diqqət etsək, Kamal Abdullanın “Yarımçıq əlyazma”, “Sehrbazlar dərəsi”, “Unutmağa kimsə yox…” romanlarının, hekayə və şeirlərinin bir sirr qatı mövcuddur. Ədəbiyyat hər zaman sirlər və onların yaratdığı cazibə ilə varoluşunu sürdürür desək, zənnimizcə, yanılmarıq. Bu, Prometeyin odun sirrini açmasından bu yana beləcə davam etməkdədir. Ədəbiyyat tarixinin bütün dönəmlərində sözün, fikrin gizli, qapalı və sirr olanı çəkicidir.

Deyilənlərin deyiləcəkləri işarə etdiyi bir zamanın içərisində Kamal Abdulla bir sirr deyil, sirlərdən söz açır. Bu, müəllifin öncədən qələmə aldığı əsərlərinin açılmayan qatıdır, yoxsa yeni oxunuşda təqdimidir? Axı, “Sirlərin sərgüzəşti” həm yeni bir mətndir, həm də müəllifin fərqli vaxtlarda qələmə aldığı dram, roman, hekayələri və şeirlərindən tanış olduğumuz mətləbləri, obrazları yada salır. Və tam da Rolan Bartın təyin etdiyi kimi, “mətn çoxsaylı başqa mətnlərin, sonsuz və ya daha doğrusu, itirilmiş kodların təcəssümüdür” (R. Барт. 1994) fikri “Sirlərin sərgüzəşti”nin texnologiyasına işıq salır. Bu texnologiyada yeni cəsədlərlə köhnə skeletlər eyni döyüş meydanına gətirilir, bəzən Həsən müəllimin“ ruhu Hacı Mir Həsən ağa Səyyahın hücrəsinə sığınıb” qalır, bəzən də həyat onu təkləyir.

Bəlkə izinə düşüb getdiyimiz bu sirlərdən biri də elə təklənənlər və təkcənəlik vaxtı ilə bağlıdır. Həsən müəllim, yəni Hacı Mir Həsən ağa Səyyah, Novruzəli, Həlimə, hardasa elə Beyrək və Təpəgöz də təklənmənin ağrısını yaşayır və darıxanlar cərgəsinə qoşulurlar. Darıxan tənha adam Kamal Abdulla yaradıcılığının aparıcı xətlərindən birini təşkil edir:

Dünyanın sonuncu tənha adamı,
elə sevinər ki, tənhalığına,
hərdən nəysə xatırlamaq istəyir,
Xatırlamağa da çatmır gücü. (Qəribədi, deyilmi?! 1998).

Xatırlamamaq, unutmaq, təklənmək, tənha qalmaq. “Sirlərin sərgüzəştində Həsən müəllimin, yəni Hacı Mir Həsən ağa Səyyahın ilmə-ilmə sökülən, dolaşıq düşən yaddaşı ilk baxışda zamanlar arasında variasya edir. Kainatda bir an öncəsinin təkrarı deyil, zamansa dəyişməzdir. “Səyyahın gələcəyə baxmağa xüsusi bir həvəsi yox idi. O, çox-çox uzaqlardakı keçmişi diriltmək istəyirdi” (“Sirlərin sərgüzəşti”. 2019). Hacı Mir Həsən ağa Səyyah yuxarıda söz açdığımız labirintin, zamanın dövrəviliyi içərisində səyahət edir. Keçmişi diriltmək həvəsi ilə Kamal Abdullanın mətnləri içərisində müəlliflə birlikdə addımlayan Hacı Mir Həsən ağa Səyyah adının bütün tərəfləri ilə, olduğu mifopoetik məkanları və funksiyaları ilə birlikdə yeni mifyaradıcılığının təcəssümüdür. “Sirlərin sərgüzəşti”ni Hüngür mağarasına sığınaraq yazması Səyyahın mediator funksiyasını bəlli edir. Kamal Abdullanın “Məkanın adı məkanı anlamaq üçün bizə nə verir?” sualından yol alaraq müəllifin əksər mətnlərində qarşılaşdığımız mağara mifoloji təfəkkürdə qaranlığa və yalnızlığa bürünməsi ilə xaosu da təcəssüm etdirmişdir. Mifoloji məkan olaraq mağaranın şər ruhların sığınaq yeri olmasıyla bərabər qəhrəmanın inisiasiya mərhələsini keçdiyi, yenidən doğulma aktının məkanı kimi də qəbul olunur. Mağara türk dastanlarında yer alan əsas motivlərdəndir. “Alp Ər Tonqa” dastanında qəhrəmanın mağaraya sığınması, “Boz qurd” dastanında düşmənlərin əli-ayağını kəsdikləri körpəni bir dişi qurdun mağarada gizlətməsi və ondan törəməsi məkan olaraq mağaranı kultlaşdırır. “Müqəddəs mağaralar” yalnız şamanların tapınaq yeri deyildi, həmçinin “bütün dövlət təşkilatının sayğı” göstərməsi və ayinlərə hökmdarın rəhbərlik etməsi bu mədəniyyətdə mağaranın ata məbədi kimi qavranılması prototürklərdə mağara kültunun var olmasını təsdiqləyir (B. Ögel. 2010). “Mağaralar yeraltı dünyanı yer üzünə bağlayan qapı kimidir” (B. Ögel. 2010) fikri də mifoloji təsəvvürdə mağaranın yerini müəyyənləşdirmiş olur. Şaman mətnlərində şamanların yeraltı dünyaya keçidi mağaralarda baş verir. Mifik təfəkkürdə yer alan bu görüşləri bir araya gətirərək Kamal Abdulla romanlarındakı mağaranın mifopoetik məkan kimi anlamlarına diqqət etdikdə müəllifin “mağaraçı “oyunun” (davranışın) qanun-qaydası”nın sirri çözülməyə başlayır. “Unutmağa kimsə yox...” romanında Mirzə Pirqulunun yuxusuna girən qoca canavar mifik təfəkkürdən gələn, mətnin bütün arxitektonikası ilə bütünləşən “haman mağaranı özünə məskən seçən, qanı axa-axa ora sığınan canavar idi”.

Mirzə Pirqulunun “ruhum hara, cismim ora” deyib “canavarın gözlərinin deşiyindən keçib o tərəfə (içəriyə)” daxil olması samanların o biri dünyaya səyahət zamanı mağara, quyu, ağac və yerdəki oyuqdan keçməsini xatırladır. Hacı Mir Həsən ağanın Sehirbazların xəzinəsinin yerini bilməsi yenə də xalq inanışlarında mağaraların xəzinələrin gizlədildiyi məkan olaraq bilinməsini xatırladır. Bu funksiyada mağara öz sirrini və ya tilsimini “əql və mərifət sahibi” olan kişilərə açar, amma xəzinənin faş edilməsi qadağandır. Bu baxımdan Hacı Mir Həsən ağa mağaraya düşmənlərdən qaçıb pənah gətirə bilər, sirlərlə dolu risaləsini yazıb bitirə bilər, Bəhram kişinin mağaraçı oyunu ilə ora yenidən qayıda bilər, amma mağaranın əsas sirrini aça bilməz. Adı mətndən mətnə dəyişən Hüngür və Vəng dağında çıçəkli mağara da olsa, burada zaman bizim bildiyimiz zaman deyil... Zamansızlıq var Kamal Abdullanın mətnlərində. Bu mətnlərə keçidsə elə o mağaradan yol alır, həm düzənə, həm də düzənsizliyə doğru irəliləyir.

Hacı Mir Həsən ağa Səyyahın zamanlar arasında dövr etməsi həm inisiasiya, həm də ölüb-dirilmə aktını xatırladır. Skandinav xalqlarının mifologiyasında Hel ölüm ilahəsidir, cəhənnəm və qaranlığın sahibidir. “Hellir” sözünün skandinav xalqlarının dilində “mağara” mənası da vardır. Türk mifoloji təfəkküründə mağara Ulu Ana kompleksinin verilmlilik statusu ilə bütünləşir. Həmçinin bu dünya ilə o biri dünya arasında əlaqələndici xüsusiyyəti yer alır. Türk xalqlarının mifik təfəkküründə mağara yeraltı dünya və inisiasiya mərhələsi funksiyasını daşıyır, eyni zamanda dünya modeli kimi çıxış edir. Bu anlamda Kamal Abdullanın mətnlərində mağara mifoloji məkan kimi ilkin funksiyasında çıxış edir. Hacı Mir Həsən ağa Səyyahın insanlardan qaçıb mağaraya sığınması və gizli mətni qapalı məkanda yazması mifin qanuna uyğunluqları ilə əsla ziddiyyət təşkil etmir. Türk mifoloji düyagörüşü sistemində qəhrəmanların mağarada doğulması və ya mağarada dəfn edilməsi motivlərinə rast gəlinir. Bu baxımdan Hacı Mir Həsən ağa Səyyah” hekayəsində Hüngür mağarası “qorxulu ruhların gizləndiyi” yer və divarlarındakı “çiçəyə oxşar ləkələrin” qorxulu yazıları ilə yenidəndoğulma və inisiasiya aktını özündə təcəssüm etdirir. Kamal Abdulla mağara mifologemini “Unutmağa kimsə yox...” (2011) romanında daha müfəssəl şəkildə izah edir və əslində mətnin sirlərini elə özü açıqlayır. Hətta buna izahda “Hüngür mağarasının mətni iki dildə idi – qədim Azərbaycan (türk) dilində və qədim yunan dilində” olması ilə işarə edilir. Bu işarə bədii mətnin alt qatını təşkil edən mifoloji təfəkkürün həm türk, həm də yunan mifiinin arxitektonikası ilə çevrələnməsini açıqlayır.

Kamal Abdullanın əksər mətnlərində qədim mədəniyyətlərin yaratdığı mifik təfəkkürün qarşılıqlı əlaqəsini izləmək mümkündür. Odisseyin mifoloji funksiyasını Oğuzda Basat və Beyrəyin yerinə yetirməsini vurğulayan Kamal Abdulla bədii mətnlərində bu bənzər xüsusiyyətlərdən məharətlə istifadə edir. Yunan və Türk mifologiyasından gələn süjetlərin yeni dünyaya transformasiyası dastan mətnlərində də dekonstruksiyaya yön verir. Mifopoetik məkan kimi Hüngür mağarası, Vəng dağındakı mağara, Görünməz təpə və Sehirbazlar dərəsi arasında paralellər var və Səyyah “təhcənəlik vaxtının içinə girib” bu paralellərdə dolaşır. Hacı Mir Həsənağa da, Mirzə Pirqulu da, Səyyah da, Həsən müəllim də unutmağa başlayanda bir fazadan digərinə keçid edir və... yeni hekayə yaranır.

Kamal Abdullanın qəhrəmanlarında müşahidə etdiyimiz yaddaşsızlığın, unutqanlığın səbəbi yenə öz izahını mifdə tapır: “Stiks çayını keçən ruhlar – ölmüş adamların ruhları çayın ortasında yaddaşlarını itirirlər”. Hüngür mağarasında “Sirlərin sərgüzəşti”ni tamamlayan Hacı Mir Həsənağanın, müasirimiz Həsən müəllimim yaddaşsızlığın dumanında azması da onların Stiksin ortasına çatmalarına işarə idi. Mifin təbiətindən gəlir dövrəvilik və Hüngür mağarasında közərən, sönməyə hazır olan tonqal misalı Hacı Mir Həsəna ağa bir sonrakı mətndə yenidən zühur edir, həmin “Sirlərin sərgüzəşti”nin yeni variantını təqdim edir. “Unutmağa kimsə yox...” romanında müəllifin Stiks çayı ilə bağlı mifoloji mətni xatırlaması (“Stiks, bu dünya ilə Aidin səltənəti arasında çox ciddi... çox etibarlı bir sərhəd cızır” ) mifin tarix deyil, təfəkkür hadisəsi olduğuna işarətdir. Beləcə, Kamal Abdullanın mətnlərini tədqiq etdikcə bir daha əmin oluruq ki, “...poetik təfəkkürün genetik qaynaqlarından biri və çox vacibi məhz mifoloji təsəvvürdür”

(Sirr içində dastan və yaxud Gizli Dədə Qorqud – 2. 1999).

loading...
Eynək taxan şəxslər koronavirusa 5 qat daha az yoluxur - MARAQLI ARAŞDIRMA
Sosial mediada diqqət çəkmək üçün canını bu cür heçə saydı - VİDEO
"Döşlərim sayəsində ayda 12 min dollar qazanıram" - FOTOLAR
Zibil toplayarkən baxın nə tapdı - FOTO
60 nəfərin qatıldığı toyun bədəli ağır oldu - FOTO
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Sevgilisinin iki uşağına təcavüz etdikdən sonra öldürən şəxs həsb edildi- FOTOLAR
Dünya
Rusiya nəşrindən şok iddia: “Lavrov yaxın günlərdə istefaya gedir...”
Dünya
Oğurluq edən 3 şəxsə ağır cəza: Barmaqları kəsildi...
Cəmiyyət
Daha bir küçəyə Polad Həşimovun adı verildi - FOTOLAR
Siyasət
Rəsul Quliyevin işğalçı Ermənistan spikeri ilə birgə görüntüləri yayıldı...- FOTOLAR

Yazar
İlham İsmayıl
Bir gün Zaman, ya da Amerika prezidenti bizi də yaxalayacaq...
Sultan Laçın
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Həftənin ən çox oxunanları
Tanınmış gitaraçını oğlu qəsdən öldürüb? – SENSASİON İDDİA
"Bu adam indiyə kimi heç bir təhsil naziri ilə yola getməyib, bilirsiniz niyə..?"
Nofəl Süleymanov Bəturə Hüseynovayla sevgili olub? - "İki ildir ki..." - AÇIQLAMA
“Torpaqları azad etmək istəyən bir nömrəli adam İlham Əliyevdir, çünki o, bilir ki...”
"Bu şəhərdə" bu dəfə Siyavuş Novruzovu parodiya etdi - VİDEO
Ermənistana Gəncə mesajı: “Başınıza od yağdıracağıq!”
"Azərbaycanda qardaş Türkiyənin bayraqlarını endirənlər  “PKK”-çıdır, yoxsa!.."
Dubay şeyxinə ərə getmiş Zeynəb Cavadlının mübhəm aqibəti... - FOTO + VİDEO
Bill Qeyts də o dünyaya köçdü...- FOTOLAR
Separatçı liderdən Ağdamdakı üzüm və nar bağından həyasız bəyanat - FOTOLAR
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247