Rüstəm İbrahimbəyov siyasətdən getdi -MÜSAHİBƏ
Oxunub: 7083
15 Sep 2013 | 10:37
Rüstəm İbrahimbəyov siyasətdən getdi -MÜSAHİBƏ

Milli Şuranın sədri APA-nın Moskva müxbirinə müsahibə verib.  Moderator.az həmin müsahibəni olduğu kimi təqdim edir: 


- Sizin Londona səfərdən imtina etməyinizin səhhətinizdə, konkret olaraq böyrəyinizdə yaranmış problemlə bağlı olduğu bildirilir. Bu nə qədər doğru xəbərdir?

- Londona getməməyim böyrəyimdə olan problemlə bağlı deyil. Mənim böyrəyimdə çoxdandır ki, daşlar var. Bunu orda Eldəniz Quliyev bilir, elə bu məlumatı da mətbuata o verib. Lakin mənim səfərə buna görə getməməyim həqiqət deyil. Mən indi çox məşğulam, Moskvada vacib işlərim çoxdur. Ona görə Londona gedə bilmədim.

- Bilmək olarmı bu gün sizin üçün Milli Şuradan daha vacib iş nə ola bilər?

- Milli Şuranın əsas vacib işi təkcə Londona getmək deyil. Bizim Milli Şura ilə bağlı çox vacib işlərimiz var. O ki qaldı London səfərinə, bu səfər barəsində qərar veriləndə Milli Şuranın vahid namizədi mən idim. Lakin sonra Cəmil Həsənli vahid namizəd oldu. Londonda keçirilən görüşlər vahid namizədlədir. Ona görə də Londona Cəmil Həsənli getdi. Mən isə Londona səfərimi daha sonraya, təxminən gələn aya planlaşdırıram. Bir də onu da qeyd edim ki, Cəmil Həsənli və Eldar Namazovun Londonda görüşəcəyi adamlarla mənim görüşmək istədiyim adamlar başqa-başqa adamlardır. Ona görə də mən səfərimi daha sonra edəcəm.

- Sonuncu dəfə İsa Qəmbər və Əli Kərimli ilə nə vaxt danışmısınız?

- Sonuncu dəfə İsa Qəmbər və Əli Kərimli ilə Cəmil Həsənli vahid namizəd seçiləndə telefon danışığım olub. Ondan sonra heç bir əlaqəmiz olmayıb. Lakin Cəmil Həsənli və Eldar Namazovla demək olar ki, hər gün danışıram.

- Sizin prezidentliyə namizədliyinizlə bağlı müxalifətin mübarizə aparmamasına necə baxırsınız?

- Deyə bilmərəm ki, mənim namizədliyim uğrunda mübarizə aparılmayıb. Namizədliyimin qeydə alınmaması qanunsuz idi. Müxalifət də qanunları bilmirdi və bilmədiyi şeyə qarışmırdı. Mən onları başa düşürəm. Mərkəzi Seçki Komissiyasının mənim namizədliyimlə bağlı çıxardığı qərardan görürəm ki, onlar da qanunları bilmirlər. MSK “ikili vətəndaşlıq” ilə “ikinci vətəndaşlıq” terminini qarışdırır. Bunlar tamamilə fərqli terminlərdir. Mənim ikili vətəndaşlığım yoxdur, ikinci vətəndaşlığım var. Mən Azərbaycan vətəndaşıyam, bununla bərabər həm də Rusiya vətəndaşıyam. Bütün bu hüquqi məsələləri Azərbaycanda bilən yoxdur. Mənim də ki, bunlarla məşğul olmağa nə vaxtım var, nə də hövsələm...
Mən Rusiya vətəndaşlığından çıxmaqla bağlı ərizə yazmışam. Bir ay ərzində vətəndaşlıqdan çıxmaq üçün lazım olan sənədləri yığdım. İyul ayının əvvəlində təklif olundu ki, Milli Şuranın vahid namizədi olum. Lakin vətəndaşlıqdan çıxmaqla bağlı sənədləri isə bir ay sonra məndən qəbul elədilər. Milli Şura mənim vahid namizədliyimlə bağlı qərara gəldikdən bir gün sonra mən ərizə yazdım. Lakin məndən çoxlu sənədlər tələb olundu. Həmin sənədləri yığmaq xeyli müddət çəkdi. Bu sənədlər vergidən, polisdən və s. yerlərdən idi. Avqustun 12-13-də ərizəm qəbul olundu. Ərizəm qəbul olunanda təsdiq olundu ki, mənim Rusiya dövləti qarşısında öhdəliklərim yoxdur. Həmin sənədlərin bir nüsxəsin Bakıya da göndərdim.
İş ondadır ki, mənim heç fikrimdə də deyildi ki, prezidentliyə vahid namizəd olum. Məni məcbur elədilər. Milli Şuranın yaradılması mənim təşəbbüsüm idi. Fevral ayında yaranan bu təşəbbüs üç ay çəkdi. İyunda Milli Şura yarananda məni sədr seçdilər. Mən rolumun bundan ibarət olduğunu düşünürdüm. Lakin təkid elədilər ki, prezidentliyə vahid namizəd olum. Gördüm ki, Milli Şurada olanlar bir-biriləri ilə dil tapa bilməyəcəklər. Ona görə də bu qərara gəldim.

- Kimlər sizi vahid namizəd olmağa məcbur elədilər?

- Konkret olaraq ad çəkə bilməyəcəm. Milli Şuraya çox partiyalar, təşkilatlar daxildi. Mən vahid namizədliyə üç-dörd adamın, onların sırasında da Cəmil Həsənlinin adını çəkdim. Lakin mənə dedilər ki, yox! Konkret deyə bilərəm ki, Rəsul Quliyev buna qarşı çıxdı. O, mənim namizədliyimin irəli sürülməsini dəstəkliyirdi. Deyirdi ki, Cəmil Həsənlinin şansı yoxdur. Rəsul Quliyev və Eldar Namazov deyirdilər ki, vahid namizəd mən olmalıyam.

- Milli Şuranın digər üzvləri necə, sizin namizədliyinizin verilməsini istəmirdilər?

- Xeyr! İsa Qəmbər də, digərləri də mənim namizədliyimi dəstəkləyirdilər. Əvvəldən məsələ belə qoyulmuşdu ki, Milli Şuranın prezidentliyə namizədi siyasətçi olmasın. Namizəd ziyalılardan biri olmalıdır. Məsələ belə qoyulanda bir neçə şəxs irəli çıxdı. Mən, Cəmil Həsənli, Rafiq Əliyev və Mehman Əliyev. Bu dörd adamın adı çəkildi. Lalə Şövkət, Rəsul Quliyev və “El” hərəkatı mənim tərəfdarım olduqlarını bildirdilər. O birilər də bununla razılaşdılar. Mən razılıq verməsəydim, həmin adamlar deyəcəkdilər ki, başqa adamın namizəd olmasına razı deyillər. İstəmirdim ki, Milli Şurada belə ayrı-seçkilik olsun və təfriqəli vəziyyət yaransın, məcbur oldum razılıq verəm.
Mən heç vaxt Rusiya vətəndaşlığımı bu seçkilərlə bağlamırdım. Çünki mən bu qanunları bilirəm. Qanunda da yazılıb ki, başqa ölkə qarşısında öhdəliyi olan şəxslər... Mənim Rusiya qarşısında heç bir öhdəliyim yoxdur. Rusiya ərazisində nə biznesim, nə də mülküm var. Ona görə də mən rahat idim. Rusiya vətəndaşlığından çıxmaq altı ay çəkir. Amma fikirləşirdim ki, şəxsən Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romodanovskidən xahiş etsəm, o bu məsələni bir ay ərzində həll edə bilər. Tanışlarım Romodanovski ilə əlaqə saxlamışdılar, vəziyyəti ona başa salmışdılar. O da demişdi ki, çalışarıq kömək edək. İstisna hal kimi mənə kömək edə biləcəklərini demişdi. Mən onlardan bunu tələb edə bilməzdim, çünki normal prosedur altı aydır. Putinin Bakıya səfərindən sonra prosesin ləngidiyini gördüm və daha bunun üstünə düşmədim. Lakin bu məsələ bir həftənin içində həll oluna bilərdi. Əgər Putin Bakıya getməsəydi, mən Rusiya vətəndaşlığından çıxmağımla bağlı sənədi alacaqdım. Bunu məsuliyyətlə deyirəm. Qeydiyyatdan keçməməyimə və Cəmil Həsənlinin qeydiyyata alınmasına görə heç də təəssüf eləmirəm.

- Sizi Rusiya vətəndaşlığınız olduğunu bilə-bilə vahid namizədliyi qəbul etməyinizə görə ittiham edirlər. Bu barədə nə deyə bilərsiz?

- Bunu ya qəsdən deyirlər, ya da ki, başa düşmürlər. İş ondadır ki, mənim namizədliyik problemim iyulun 12-dən başlanıb. O vaxta kimi mən qarışıq heç kəs bu haqda bilmirdi. Ümumiyyətlə, vahid namizəd problemi yox idi. İyunun 2-də ancaq Milli Şura yarandı. Kim bilirdi ki, Milli Şuranın sədri mən olacam? Kim bilirdi ki, vahid namizəd mən olacam? Bunu heç kəs bilmirdi. Bunları bilməyə-bilməyə Rusiya vətəndaşlığından çıxmaq üçün niyə ərizə verməliydim? Vahid namizəd məsələsi dəqiq deyə bilmərəm, iyulun 2-də, ya 8-də yarandı. O vaxta qədər bu haqda bilmirdim, heç bunu istəmirdim də... Bunu hamı bilirdi ki, mən siyasətlə məşqul olmaq istəmirəm. Məcbur oldum bunu qəbul eləməyə. Mənim üçün əsas Ziyalılar Forumu idi. Mən bu təşkilatda fəaliyyətimi davam etdirəcəyəm. Milli Şuranın seçkilərdən sonra fəaliyyət göstərib-göstərməyəcəyi bilinmir. Bunu tarix göstərəcək. Çalışacam ki, bu qalsın və fəaliyyətini davam etdirsin. Amma Ziyalılar Forumu mütləq fəaliyyət göstərəcək. İki il bundan qabaq Ziyalılar Forumunu yaratdıqda deyirdik ki, biz siyasətlə məşğul olmaq istəmirik, sadəcə istəyirdik ki, iqtidar bizi saysın. Amma bizə hücum elədilər, biabır elədilər. Ondan sonra məcbur oldum ki, seçkiqabağı müxalifəti birləşdirim. Ondan qabaq mən heç vaxt müxalifətllə yaxın olmamışam. Hərdən bir onlara kömək eləmişəm. Bu da 90-cı illərin əvvəllərində olub.

- Vətəndaşlıqla bağlı müraciətinizi geri götürəcəksizmi?

- Bu, Bakıda mən qarşı olan münasibətdən asılı olacaq.

- Siz artıq namizəd deyilsiz. Yenə də vətəndaşlıqdan çıxmağı düşünürsünüzmü?

- Əgər vahid namizəd deyiləmsə, seçkilərdə iştirak eləmirəmsə, bəlkə heç çıxmadım.

- Yəqin ki, bundan sonra sizə tək Azərbaycan vətəndaşı olmaq, Rusiya vətəndaşlığını itirmək sərf eləməz.

- Bəli. Mən Rusiyada adi şəxs deyiləm. Bu ölkənin ictimai həyatında fəal şəxs kimi iştirak edirəm. Əgər vətəndaşlıqdan çıxsam, Rusiyanın ictimai həyatında iştirak edə bilməyəcəm. Burda müxtəlif ictimai təşkilatlar var. Mən onların tərkibindəyəm. Oktyabrın 12-də Polşa-Rusiya Ziyalılar Forumunda iştirak edəcəm. İndi gözləyirəm ki, Azərbaycanda seçkilər baş tutsun. Sonra qərarımı verəcəm. Vətəndaşlığımdan çıxıb-çıxmayacağımla bağlı qərarım seçkilərin nəticəsindən asılı olacaq. Cəmil Həsənli və ya başqa namizəd seçkilərdə qalib gəlməsə, mənim Azərbaycanda yaşamağım çətin olacaq. Ona görə də, hər şeyi götür-qoy etdikdən sonra qərarı verəcəm. Yəni vətəndaşlıqdan çıxmaqla bağlı yazdığım ərizəni geri götürmək ehtimalım var.

- Bundan sonra da siyasətlə məşğul olacaqsınızmı?

- Mən artıq siyasətlə məşğul olmuram və olmayacağam. Sadəcə, seçki prosesinə qarışdım. Buna da ki məcburiyyət qarşısında qaldım. Lakin ictimai həyatda hər zaman fəal olmuşam, bundan sonra da olacam. Heç bir vəzifə hərisi deyiləm. Sabah Azərbaycanda mən gözlədiyim islahatlar başlasa, ictimai rəy yaransa deyərəm ki, məqsədimə çatmışam.

- “Milyaderlər İttifaqı” məsələsi necə oldu? Həmin ittifaqda sizin namizədliyinizin qeydiyyata alınmaması ilə bağlı nə deyirlər?

- “Milyaderlər ittifaqı” bir əfsanə idi. Bu əfsanəni kim yaradıb, bilmirəm! Burda toplaşanlar iş adamlarıdır. Onlar öz işləri ilə məşğul olan insanlardır. Abbas Abbasov burda bizim diasporla ciddi iş aparır. O, həmin millayderləri, Ramazan Abdulatipovu və məni cəlb elədi ki, biz ona bu işdə kömək edək. Lakin bunu Bakıda düz başa düşmədilər. Abbas Abbasov özü mənə dedi ki, Bakıda əvvəl razılıq verilib bu təşkilatın yaradılmasına, sonradan “yox” deyiblər. Həmin milyarderlər bu günə kimi nə mənim seçki prosesində iştirakımla maraqlanıb, nə də ki, bu prosesə pul ayırıb. Hərdən bir Abbas Abbasovla görüşürük. Çünki onunla köhnə dostam. Ramazan Abdulatipovla da bir-iki dəfə görüşmüşəm. Bu görüş də Dağıstanda Rəsul Həmzətov barəsində film çəkilişləri ilə bağlı olub. Lakin milyaderlərin heç biri ilə indiyə qədər görüşməmişəm. Onların seçki ilə bağlı heç bir söhbətləri olmayıb. Məncə, onlar bu barədə heç danışmaq da istəməzlər.

- Hazırda nə ilə məşğulsuz?

- Bu saat ömrümün elə bir çağındayam ki, yaradıcılıq işlərimi gərək yekunlaşdıram. “Günəş nöqtəsi” romanını bitirirəm, dörd hissəli romandır. Bu romanda Bakıda yaşayan dörd-beş nəfərin 1952-ci ildən əsrin axırınadək həyatından bəhs edilir. Film də çəkirəm.

- Ümumrusiya Dövlət Kinomatoqrafiya İnstitunda yenə dərs deyirsiz?

- Bəli, həmin ali məktəbdə, qiyabi fakültədə ssenari emalatxanam var. Lakin orada ştada olan işçi deyiləm, müqavilə əsasında fəaliyyət göstərirəm.
Oxşar xəbərlər
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
16:08, Bu gün
Əli Əsədov qərar imzaladı
16:05, Bu gün
“Crocus City Hall”un analoqunun tikintisi neçəyə başa gələcək?
16:03, Bu gün
Küçəni zibilləyənlərə qarşı nə tədbir görüləcək? - Gəncədə zibilxanaya çevrilən ərazi + VİDEO
15:59, Bu gün
Bakıda əl qumbarası və UZRQM partladıcısı aşkarlandı - VİDEO
15:56, Bu gün
İranda ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var - FOTO
15:53, Bu gün
Fransa şəhərləri Makrona qarşı: Miqrantları “təmizləmə” siyasətinə etirazlar artır - ŞƏRH + FOTO
15:48, Bu gün
Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - VİDEO
15:44, Bu gün
COP29 karbohidrogenlər və yaşıl maliyyələşdirmə ilə bağlı iqlim gündəliyinə təsir edəcək
15:40, Bu gün
Fransa Cənubi Qafqazda müharibə qapılarını döyür - TƏHLİL
15:36, Bu gün
Bu bank AMB-nin tələblərini pozub
15:32, Bu gün
İranda qadın fəallara ümumilikdə 60 il həbs cəzası verildi - FOTO
15:28, Bu gün
Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ
15:24, Bu gün
Vilayət Eyvazov Şamaxıda qəbul və sıra baxışı keçirdi - FOTO/VİDEO
15:20, Bu gün
Bakı sakininin telefon və çantasını talayan şəxs tutuldu - VİDEO
15:17, Bu gün
“Polad Bülbüloğlunu özüm qucağıma alıb səhnəyə çıxardım...”
15:15, Bu gün
Ana-bacılarını ortalığa qoyurlar - VİDEO
15:11, Bu gün
Qazaxıstanda çay daşdı: Sakinlər küçədə balıq tutdular - VİDEO
15:07, Bu gün
Burun dolğusunun “ölümcül” zərərləri: Kosmetoloqdan AÇIQLAMA
15:03, Bu gün
Elzanın meyxana barədə qalmaqallı sözlərinə Samirədən reaksiya: “Məcburdurlar...”
15:00, Bu gün
GRE General Test imtahanı keçirilib
14:58, Bu gün
Bakı Kənar Dairəvi yolunda qəza sıxlığa səbəb oldu
14:55, Bu gün
Azərbaycanda “Avtomobil yolları haqqında” qanun dəyişdi
14:53, Bu gün
“Qarabağ” sabah çempion ola bilər
14:51, Bu gün
Azərbaycanda olay: Gənc oğlan sahə rəisini güllələdi — TƏFƏRRÜAT
14:47, Bu gün
Qəzzada ölənlərin sayı 32 min 552-yə yüksəlib
14:45, Bu gün
İranda ötən tədris ilində yüzlərlə şagird məktəbi tərk edib - FOTO
14:42, Bu gün
Yeni Kaledoniyada Fransaya qarşı etiraz aksiyası: Azərbaycan bayrağı qaldırıldı - FOTO/VİDEO
14:37, Bu gün
Gənc oğlan məktəbli qızı evinə apardı: "O, yanıma keçəndə anası yatmışdı..." – ŞOK
14:35, Bu gün
Krokus terrorçularını gözləyən dəhşətli aqibət: Tabut kimi yer, ölümü arzulamaq...
14:33, Bu gün
ABŞ, Aİ və Ermənistanın müzakirə edəcəkləri hərbi pakt Rusiya, Türkiyə və Azərbaycana qarşı yönəlib - RƏY + FOTO
14:30, Bu gün
Elza qəzəbləndi: "Küçə sözlərinə əl atırlar" - VİDEO
14:28, Bu gün
Naxçıvanda nəqliyyat problemi necə həll ediləcək? - VİDEO
14:25, Bu gün
Ermənilərin Qazaxda müharibə hazırlığı: Əskiparada səngər qazırlar - VİDEO
14:20, Bu gün
Qaraciyəri qardaşına köçürülən Nərmin Kərimbəyova: “Səhhətimdə problemlər var” - VİDEO
14:15, Bu gün
Bakıda metrosunda “Wİ-Fİ" olacaqmı?
14:14, Bu gün
Bolqarıstanlı futbolçu: "Təəssüf ki, Azərbaycan üzərində qələbə hesabını qoruya bilmədik"
14:10, Bu gün
"Dövlət Təhlükəsizlik Xidməti olduqca mürəkkəb sınaqdan uğurla çıxmağı bacardı"
14:10, Bu gün
Paşinyan qaçıb bu ölkədə gizlənəcək: "Ölüm və həbs gözləyir" - ŞOK
14:05, Bu gün
Paşinyan hökuməti separatçıları küncə sıxışdırır: Bütün ofisləri bağlanacaq
14:01, Bu gün
“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEO
13:59, Bu gün
“Ombudsmanın ermənilərlə görüşü dövlətimizin humanizminin təzahürüdür”
13:55, Bu gün
Le Pen Fransa hakimiyyətini fırıldaqçılıqda ittiham edib
13:51, Bu gün
Sovetlər dövründən qalma liftlərin taleyi necə olacaq?
13:50, Bu gün
Avroviziya təmsilçimizlə bağlı maraqlı fakt üzə çıxdı - VİDEO
13:45, Bu gün
Rusiyalı aktyor Yuri Vaksman vəfat etdi - FOTO
13:40, Bu gün
Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti dərc olunub
13:35, Bu gün
Köhnə güclər və prinsiplər: Vudronun reallaşmayan Ermənistan ideyası dəbdədir - ŞƏRH + FOTO
13:30, Bu gün
Azərbaycan minifutbol millisinin Avropa çempionatında potensial rəqibləri müəyyənləşib
13:25, Bu gün
Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü
13:20, Bu gün
Rusiya Ermənistan-Aİ-ABŞ görüşündən niyə narahatdır? – Zaxarova AÇIQLADI
13:15, Bu gün
“Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verildi
13:12, Bu gün
Son bir həftədə 38 terrorçu zərərsizləşdirilib
13:09, Bu gün
Viktor Çobanu: “Moldovada Qaqauziyanın muxtariyyətini heç nə təhdid etmir” - MÜSAHİBƏ
13:05, Bu gün
Əqli Mülkiyyət Agentliyi ötən il 2 milyon manata yaxın gəlir əldə edib
13:00, Bu gün
Amerikalı ekspert: "ABŞ-nin məqsədi Rusiyanın Ermənistanı ələ keçirməsinin qarşısını almaqdır" - FOTO
12:55, Bu gün
Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olundu
12:50, Bu gün
Azərbaycan gimnastları Fransada Qran-pri turnirinə qatılacaqlar
12:45, Bu gün
KTMT 2024-cü ildə yeddi təlim keçirəcək: Ermənistan iştirak edəcəkmi?
12:40, Bu gün
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
12:38, Bu gün
Azərbaycanda dəhşətli qəza - ata və oğlu öldü - FOTOLAR
12:34, Bu gün
SSRİ-də “OMON” rejimini yaradan general – o, məşhur azərbaycanlı naziri də vəzifəsindən uzaqlaşdırıb
12:31, Bu gün
Ağdərədə odlu silah-sursat aşkar edildi
12:28, Bu gün
Rusiyalı sənətçilər “Crocus City Hall” qurbanlarını Müslüm Maqomayevin mahnıları ilə andılar - VİDEO
12:24, Bu gün
Sabahın hava proqnozu açıqlandı
12:20, Bu gün
Məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
12:16, Bu gün
Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb
12:12, Bu gün
Sumqayıtda qanunsuz tikili söküldü - FOTO/VİDEO
12:08, Bu gün
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
12:04, Bu gün
Fazil Mustafa ilk dəfə açıqladı: "Sui-qəsd baş verəndən sonra..." - ŞOK DETALLAR
12:02, Bu gün
“Azneft”in baş direktoru vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
12:00, Bu gün
Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilətullantısız gələcək - FOTO
11:58, Bu gün
“Güneşi söndürmem gerek” romantik dramı “CineMastercard” kinoteatrında - VİDEO
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
11:55, Bu gün
Elşən Orucov: “Türkiyədən çoxlu təkliflər var, deyirlər, ən yaxşı azərbaycanlı aktyorsan” - MÜSAHİBƏ + FOTO
11:50, Bu gün
“Xocalı özü böyüklüyündə soyqırım abidəsinə, milli-tarixi yaddaş yerinə çevrilməlidir”
11:50, Bu gün
Qazaxda tanışını öldürən şəxsin məhkəməsi başlayır
11:45, Bu gün
Azərbaycanda qadın döyüşçülərin qədim məzarlığı aşkar edilib: Amazonların mövcudluğunun daha bir sübutu - FOTO
11:40, Bu gün
Sözçü: Ermənistan hökuməti qayıtmağımıza imkan yaratmaqla yanaşı, vurduğu zərərləri kompensasiya etməlidir
11:37, Bu gün
"Kəskin ağrı zamanı bunu etmək qətiyyən olmaz"
11:36, Bu gün
Nikol Paşinyan Qarabağ separatçılarına xəbərdarlıq edib
11:30, Bu gün
11-ci sinif şagirdinin ana olduğu məktəbin direktoru işdən çıxarıldı
11:26, Bu gün
Azərbaycan millisinin futbolçusu: "Öz üzərimizdə çox işləməliyik"
11:25, Bu gün
Ukrayna rus və erməni dillərini qaraçı dili ilə eyniləşdirdi...-RƏSMİ
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 18:29
Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib - FOTO
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
27 Mar 2024 | 11:21
Azərbaycanın Milli Qəhrəmanı DTX əməkdaşlarının peşə bayramını təbrik edib
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 17:42
“Crocus”da baş verənlər bu ölkədə sevinclə qarşılanıb” - ŞOK!
27 Mar 2024 | 20:54
Abituriyentlərə ŞAD XƏBƏR: Keçid balları bu qədər aşağı DÜŞƏCƏK
27 Mar 2024 | 22:37
Pensiya, maaş və müavinətlər yenidən artırıla bilər
27 Mar 2024 | 18:44
Sumqayıtda xəstəxananın həyətində 33-36 həftəlik döl tapılıb, araşdırma aparılır - YENİLƏNİB-2
27 Mar 2024 | 19:52
Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir
27 Mar 2024 | 17:37
Vladimir Slovyov ermənipərəst mövqeyi ilə növbəti dəfə Azərbaycanı hədəfə aldı
27 Mar 2024 | 17:50
İsrail nümayəndə heyətinin ABŞ-a səfəri təxirə salınıb
27 Mar 2024 | 21:28
Xoruldamaq bu xəstəliklərin XƏBƏRÇİSİDİR
27 Mar 2024 | 18:29
Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib - FOTO