Xəbər lenti
25/10/2020 [09:58]:
Ölkə üzrə koronavirusa yoluxma statistikası açıqlanıb
25/10/2020 [09:55]:
“Samsung”un rəhbəri dünyasını dəyişdi
25/10/2020 [09:52]:
Erməni nazir CNN-in sualları qarşısında gözünü döyə-döyə qaldı... - VİDEO
25/10/2020 [09:48]:
Müdafiə Nazirliyi növbəti dəfə vətəndaşlara müraciət etdi
25/10/2020 [09:44]:
"Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da buna nail ola bilməyəcəklər"
25/10/2020 [09:32]:
"Ermənilər terroru özlərinə peşə seçmiş millətlərdəndir, ilk terror təşkilatlarını da onlar yaradıblar"
25/10/2020 [08:38]:
"Azərbaycan ordusu müxtəlif istiqamətlərdə yeni mövqelərə irəliləyib" - 25 oktyabr-RƏSMİ
25/10/2020 [08:29]:
“Xudafərin məğlubiyyətindən sonra Ermənistan təslim aktını imzalamalıydı...”
25/10/2020 [07:36]:
Müsəlman oğlu Həbib karyerasını məğlubedilməz kimi bitirdi...-VİDEO
25/10/2020 [07:17]:
Böyük cihadın 6 mərhələsi...
25/10/2020 [01:10]:
"Burda diqqəti çəkən “Mariott Abşeron” otelinin konkret hədəf kimi göstərilməsidir"
25/10/2020 [00:16]:
Hikmət Hacıyev: “15 yaşından kiçik uşaqların əsgər kimi hərbi xidmətə cəlb edilməsi qadağandır” - FOTO
24/10/2020 [23:37]:
Ərdoğan Fransa Prezidentinin psixi müalicəyə ehtiyac duyduğunu bildirdi
24/10/2020 [23:35]:
Ermənilər Bakıda terror aktları hazırlayır - Rəsmi Vaşinqtondan XƏBƏRDARLIQ...
24/10/2020 [23:31]:
Türkiyə Prezidenti Avropanın sonunun yaxınlaşdığını bildirdi
24/10/2020 [23:29]:
Hərbçilərimiz əhalimizə koronavirusla bağlı çağırış etdi - VİDEO
24/10/2020 [23:26]:
“Bayraktar” PUA-sının yaradıcısından Azərbaycana dəstək
24/10/2020 [23:10]:
Düşmənin burnunu ovdu əsgərim, iti qovan kimi qovdu əsgərim, qayıt Şuşamıza, qayıt, Şuşalım!
24/10/2020 [22:52]:
Ermənilər “Qarabağ Azərbaycanındır” deyən niderlandlı deputatı təhdid edir
24/10/2020 [22:50]:
"Əgər bu qiymət artımını durdura bilməsək, şirkət digər məhsullarını da bahalaşdıracaq"
24/10/2020 [22:31]:
"Bu çətin və faciəli zamanda biz Azərbaycan xalqının ağrısını öz dərdimiz kimi qəbul edirik"
24/10/2020 [22:26]:
Düşmənin döyüş texnikaları məhv edilib - VİDEO
24/10/2020 [22:21]:
Azərbaycanlı gənc Avropa İttifaqının saytında Paşinyanı ifşa etdi
24/10/2020 [22:18]:
"Ermənilərin iç üzünə bələd olan nə Avropa, nə də ABŞ onların göz yaşlarına inanmır"
24/10/2020 [22:01]:
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
24/10/2020 [21:46]:
"O qədər xəbis millətdir ki, başqa regiona məxsus başqa birisinin ağalığını yaxına buraxmır"
24/10/2020 [21:20]:
Tozundan, torpağından öpüb rahatlancağıq...
24/10/2020 [21:12]:
Hikmət Hacıyev: “Ermənilərin hədəfi kənd və mülki şəxslər idi”
24/10/2020 [21:08]:
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
24/10/2020 [21:07]:
Donald Tramp ABŞ prezidentinin seçkilərində erkən səs verib
24/10/2020 [21:04]:
Qarında köp, qaz və qıcqırmanın 7 səbəbi - Bu qaydalara əməl etmirsiniz...
24/10/2020 [21:02]:
Azərbaycan snayperi 19 düşmən hərbçisini məhv etdi - VİDEO
24/10/2020 [20:04]:
Beynəlxalq təşkilatlar Ermənistanın münaqişədə birbaşa iştirakı barədə məlumatlandırılıb
24/10/2020 [20:02]:
"Borçalı Cəmiyyəti" XII konfransını keçirdi - - Ali Bas Komandana dəstək verildi...
24/10/2020 [19:42]:
Bielefelddə Gəncə terroruna qarşı etiraz yürüşü keçirilib - FOTOLAR
24/10/2020 [19:39]:
Azərbaycan-Nyu-York Assosiasiyasının rəhbəri Amerika Nümayəndələr Palatasının üzvü ilə görüşüb
24/10/2020 [19:35]:
Azərbaycan-Ermənistan münaqişəsində Rusiyanın tarixi mövqeyi...
24/10/2020 [19:33]:
Azərbaycan HHQ-si düşmənin hərbi texnikası və infrastrukturunu məhv edib
24/10/2020 [19:21]:
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
24/10/2020 [19:16]:
“Həlak olan hərbçilərlə bağlı bu qərar, dövlətimizin şəhidlərimizə olan münasibətinin göstəricisidir”
24/10/2020 [19:12]:
Mnatsakanyan CNN-ə müsahibəsi zamanı çətin anlar yaşadı...
24/10/2020 [19:08]:
Andranikin qulağını kəsən bəyin nəticəsi döyüşdə – VİDEO
24/10/2020 [18:56]:
Düşmənin hücum cəhdinin qarşısı alınıb - Müdafiə Nazirliyi
24/10/2020 [18:43]:
Rusiya XİN-i Gəncə terrorunun rusiyalı qurbanı barədə paylaşım etdi - FOTO
24/10/2020 [18:28]:
Ordumun gücündən düşmən dardadır, Ağdamın, Şuşanın gözü yoldadır...
24/10/2020 [18:20]:
Azərbaycan ordusu düşmənin xeyli sayda hərbi texnikalarını məhv edib - VİDEO
24/10/2020 [18:10]:
"Türkiyənin öz torpaqlarından sonra ən çox Şəhidi olan ikinci torpaq Can Azərbaycandır"
24/10/2020 [18:05]:
Ermənilərin atəşi nəticəsində həlak olan mülki şəxslərin sayı 65-ə çatdı
24/10/2020 [18:02]:
Düşmənin aldadaraq gətirdiyi əsgər və könüllülərə silahı yerə qoymaq təklif edilib
24/10/2020 [17:55]:
Tərtərə düşən raket yarımtikilini dağıtdı – VİDEO
24/10/2020 [17:53]:
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
24/10/2020 [17:51]:
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
24/10/2020 [17:43]:
“Bakı hərbi qələbənin bir addımlığındadır, bəlkə də sayılı saatlar qalır” – Sergey Markov
24/10/2020 [17:41]:
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
24/10/2020 [17:41]:
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
24/10/2020 [17:21]:
Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir
24/10/2020 [17:17]:
Gülnarə Xəlilova Azərbaycan Ordusunun azad etmə missiyasının şərəfinə kolleksiya təqdim edib
24/10/2020 [17:13]:
Heydər Əliyevin vəsiyyəti: “Azərbaycan dövləti işğal olunmuş torpaqları mütləq azad edəcəkdir”
24/10/2020 [17:09]:
“Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı layihə həyata keçirilib
24/10/2020 [16:25]:
Azərbaycan əsgəri beynəlxalq hüquqla müəyyən edilmiş normalar çərçivəsində davranır - Müdafiə Nazirliyi
24/10/2020 [16:22]:
Ordu irəliləyir, Prezident müjdələr verir, üzümüz gülür...
24/10/2020 [16:20]:
“Ermənilərin etdiyi günahlar Allaha xoş getmədiyindən Qarabağa gedən yollarımız açıldı”
24/10/2020 [16:20]:
Hərbçilərin və müharibədən zərər çəkmiş şəxslərin kreditləri silinəcək
24/10/2020 [16:19]:
"Bu haqlı savaşda işğaldakı torpaqlarınızın geriyə qaytarılması sizin ən təbii haqqınızdır"
24/10/2020 [16:11]:
Düşmən PUA-sı məhv edilib - RƏSMİ
24/10/2020 [16:09]:
"Azərbaycandakı faciələrin arxasında Fransa dayanır" - Ərdoğan
24/10/2020 [16:07]:
Düşmənin döyüş təyyarəsi məhv edilib
24/10/2020 [15:47]:
Baş Prokurorluq sosial şəbəkə istifadəçilərinə müraciət edib
24/10/2020 [15:46]:
“Hazırda qardaşlarımız əraziləri geri almağa başlayıblar” - Ərdoğan
24/10/2020 [15:44]:
Şuşada üçrəngli bayrağımızı dalğalandıracağıq! - Azərbaycan əsgəri
24/10/2020 [15:41]:
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
24/10/2020 [15:39]:
Azərbaycanda daha 792 yeni yoluxma faktı qeydə alınıb
24/10/2020 [15:22]:
İranda koronavirusdan ölənlərin sayı 32 mini ötüb
24/10/2020 [15:19]:
Üzünə tüpürən qadın sərnişini bu cür cəzalandırdı - VİDEO
24/10/2020 [14:58]:
Arnold Şvartseneger növbəti dəfə əməliyyat olundu
24/10/2020 [14:49]:
"Məmmədyarov “Madrid prinsipləri”ndən danışmaqla erməni “dəyirman"ına su tökür"
24/10/2020 [14:48]:
"Bir xalqa dəfələrlə öz müqəddaratını təyin etmə imkanı yaratmaq isə o deməkdir ki..."
24/10/2020 [14:44]:
Kəlbəcərdəki faciə Çili mətbuatında...
24/10/2020 [14:25]:
“O gün 1992-ci ildə Laçından dönüb Türkiyəyə getməyimin “sirri”ni tam açıqlayacam...”
24/10/2020 [14:20]:
Bir ay əvvəl Xankəndinə 3 yol gəlirdi, indi biri qalıb
Bütün arxiv bir sırada
10/08/2020 [16:44] - Köşə - ( 11589 dəfə baxılıb)

“Rusiya Qarabağ savaşında birbaşa bizə qarşı olmasa da,  agenturası Ermənistana dəstək verəcək...”

“Türkiyə MİT-in dəstəyi ilə “KQB”-“QRU” şəbəkəsinin əsas strukturlarını ifşa etmədən Qarabağı azad edə bilməyəcəyik...”
Fikir savaşı...
Sultan Laçın

Bu gün – Azərbaycan -Türkiyə birgə təlimləri yekunlaşır. Ölkə əhlinin müzakirə etdiyi ən ümdə məsələlərdən biri – bundan sonra qardaş ölkə ilə hərbi əməkdaşlığın necə davam edəcəyi, Türkiyə ordusunun  bazalarının Azərbaycanda qurulub-qurulmayacağı, bir sözlə, Qarabağın azad edilməsi əməliyyatında  rəsmi Ankaranın birbaşa bizə dəstək verib-verməyəcəyidir...

***

Türkiyə-Azərbaycan birgə hərbi təlimləri birinci dəfədir ki, belə geniş məkanda keçirilir. Və müxtəlif təyinatlı  Türkiyə ordu hissələrinin  müvəqqəti dislokasiya olunduğu coğrafi məkanlara diqqət etdikdə də bunun bir təsadüf olmadığı qənaətinə gəlirsən. Türk və Azərbaycan hərbçilərinin Naxçıvandan əlavə, hərbi və iqtisadi-siyasi baxımdan  Bakı, Gəncə, Yevlax və Kürdəmir kimi strateji məntəqələrdə hər iki ölkənin bayraqları altında təlim keçməsi qeyri-iradi göz önünə 102 il öncə -1918-ci ilin təxminən eyni dövründə-  iyul-avqust aylarında yalnız Bakının deyil, bütövlükdə Azərbaycanın Rusiya və Böyük Britaniyanın dəstək verdiyi erməni daşnak və eser-menşevik birləşmələrindən azad olunması ilə bağlı  Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar xatırlanır... Osmanlı və Azərbaycan türkləri ilə yanaşı, regionda yaşayan bir sıra digər müsəlman-türk xalqlarının nümayəndələrinin də daxil olduğu müzəffər İslam ordusu Gəncə istiqamətindən Azərbaycan torpaqlarına daxil olaraq Yevlaxdan keçməklə bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu, Şamaxını işğaldan azad etmişdi... Və bu günkü təlimlərin trayektoriyası sanki Türkiyə dövlətinin bir mesajıdır ki, əgər Azərbaycan xalqı və dövləti “hə” deyərsə, tarix yenidən təkrarlana – bu dəfə də ildırımsürətli birgə əməliyyatla qısa müddətdə Qarabağı, Xocalını, Xankəndini, Şuşanı, Laçını, Kəlbəcəri və s. azad edə bilərik...
Onu da vurğulayaq ki, Qarabağın azadlığı Türkiyənin birbaşa özünün də strateji maraqları üçün yetərli qədər əhəmiyyət daşıyır... 

*** 

Təəssüf ki, bu gün Azərbaycan xalqının  böyük əksəriyyətinin Türkiyə hərbi bazalarının burada daimi qalması, hətta Azərbaycan-Türkiyə konfederasiyasının yaradılmasına razı olmasına rəğmən sayca az olsalar da, siyasi və maddi cəhətdən daha güclü təşkilatlanmış və Rusiyanın 200 ildən çox müddətdə ərazimizdə çox dərin köklər salmış kəşfiyyat-agentura-korrupsiya  şəbəkəsinə güvənən Rusiyapərəst qüvvələr var gücləri ilə bu prosesə müqavimət göstərirlər... Bu işdə onlara  ermənilərlə birbaşa qohumluq əlaqələri olan vəzifəlilər və oliqarxlar şəbəkəsi də böyük dəstək verir...

*** 

Onu səmimi olaraq etiraf etmək lazımdır ki, biz 30 ilə yaxın müstəqillik illərində biz bu “KQB”-“FSB”-Korrupsiya şəbəkəsi ilə bacarmadıq.  Bacarsaydıq, Qarabağ həmin müddət ərzində işğal altında qalmaz korrupsiya və məmur özbaşınalığı bu gün ölkə üçün ən ağrılı problemə çevrilməzdi... Bacarsaydıq, ölkənin Milli(!) Təhlükəsizliyini(!) təmin etməli bir dövlət qurumu gənc dövlət üçün ən azı 11 illik böyük və strateji bir zaman kəsimində dolayısı, bəlkə də birbaşa düşmənlərimizə xidmət etməklə özü korrupsiya və mütəşəkkil quldurluq və talançılıqla məşğul olaraq Azərbaycanı daxildən dağıtmaqla məşğul olmazdı...
Hələ digər qurumlardakı olaylardan danışmırıq...

***

Odur ki, bizim imperiya və erməni gücləri və şəbəkələrinə qarşı nəinki Türkiyə quru, artilleriya qoşunları, aviasiyası və s. ilə, eyni zamanda  Türkiyə Milli İstihbarat Təşkilatı(MİT) ilə birgə savaşmamız zəruri və vacibdir... Çünki müharibələrin, ümumiyyətlə, ölkələrin taleyini, əsasən üzdə görünən görüş, danışıq, təlim və hətta birbaşa döyüş əməliyyatları deyil, kəşfiyyat və xüsusi xidmət orqanları həll edir... 1994-cü ildən bəri deyirik: AXC-Elçibəy  hakimiyyəti Qafqazda Rusiya ordusunu hamıdan öncə çıxarmasıyla fəxr edirdi... Ancaq rus ordusu çıxarılsa da, əvəzində hər biri bir orduya bərabər “KQB” və “QRU” generalları başda olmaqla bu günədək dildə Vətəndən, Qarabağdan danışıb əslində canla-başla Kremlə xidmət edən nəhəng bir agentura şəbəkəsi qaldı... Heç olmasa, lüstrasiya haqqında qanun qəbul edib əlimizdə olan arxivləri açmadıq ki,  siyasi, hərbi və iqtisadi sahələrdə kök salmış agentura şəbəkəsinin bir hissəsi ifşa edilə... Buna məhz əsas rıçaqları öz əlinə keçirmiş həmin şəbəkə imkan vermədi. Çünki bilirdilər ki, arxivlər açılsa, öncə öz adları çıxacaq və ifşa olunacaqlar...

*** 

Bu minvalla müstəqillik illərində həm Qarabağın – işğal altındakı torpaqların taleyini, həm də ölkədəki bir çox əhəmiyyətli iqtisadi-siyasi prosesləri bəhs edilən şəbəkə həll etdi... Qarabağ savaşında Rusiya ordusu  birbaşa əməliyyatlara qarışmasa da, daxilimizdəki “KQB”-“QRU” agentura və kəşfiyyatı çox şeyin Ermənistanın xeyrinə həll olunmasına nail oldu... 2016-cı ilin Aprel savaşı və bu ilin iyulundakı Tovuz döyüşlərində də Rusiya kəşfiyyatının Azərbaycanın müxtəlif qurumlarındakı agentura şəbəkəsi vasitəsilə Ermənistan silahlı qüvvələrinə birbaşa dəstək verməsi şübhəsizdir... Həm 1-ci Qarabağ savaşında, həm də qeyd edilən döyüşlərdə ordumuzun aparıcı general, polkovnik və zabitlərinin, eləcə də könüllülər arasından yetişmiş nüfuzlu komandirlərin aradan götürülməsi əməliyyatları məhz  bəhs edilən xəyanətkar şəbəkənin vasitəsilə həyata keçirilib... Təəssüf ki, əlimizdə hüqüqi əsas olmadığından həmin şəbəkənin düşmən fəaliyyətləri məntiqlə ifşa olunan aparıcı nümayəndələrinin adlarını çəkə bilmirik...
Və Türkiyə kəşfiyyat və təhlükəsizlik xidmətlərinin birbaşa dəstəyi ilə “KQB”-“FSB”- “QRU” şəbəkəsinin əsas strukturlarını ifşa edib zərərsizləşdirmədən biz istər iqtisadi-siyasi həyatımızda,  istərsə də Qarabağın azad olunmasında heç bir həlledici uğura nail ola bilməyəcəyik...

*** 

Rusiya hakimiyyətinin və Azərbaycandakı Rusiya və ermənipərəstlərin qorxduğu yalnız Türkiyə ordusu deyil, eyni zamanda müstəqillik illərində qardaş ölkədə tükçü, millətçi, müsəlman ruhunda  təhsil almış general və zabitlər korpusudur ki,  onlara düşmən münasibəti Aprel və Tovuz döyüşlərində də göründü...

***

Azərbaycandakı Moskvaya bağlı sırf korrupsiya-oliqarx şəbəkəsinə də Türkiyənin Azərbaycanda bazalarının qurulması sərf etmir... Çünki həmin bazaların aurası məmur nomenklaturasına da və nəticədə ölkədə korrupsiyanın  zəifləməsinə də öz uğurlu təsirini göstərəcək...

***

Deyilənləri nəzərə alsaq, bu gün Azərbaycan xalqı üçün  qorxulusu və təhlükəlisi Türkiyə ordusunun buradan heç bir yeni saziş-filan olmadan çıxıb getməsindən sonra Qarabağın azadlığı üçün keçiriləcək növbəti əməliyyatlara “FSB”-“QRU”-korrupsiya şəbəkəsinin  yenidən müdaxilə etməsidir... Moskvanın və onun Azərbaycandakı “5-ci kalonu”nun ürəyindən keçir ki və bəlkə də pərdə arxasında bunun üçün çabalar göstərirlər ki, Türkiyə ordusu buradan getsin, onun burada heç bir bazası qurulmasın və ümumiyyətlə, rəsmi Ankara Qarabağdakı proseslərə qarışmasın...  Rusiya hökuməti də desin ki, biz də heç nəyə qarışmırıq, heç bir müdaxilə etmirik, gedin Qarabağı ermənilərdən azad edə bilirsiz- edin... Və nəticədə biz növbəti, daha genişmiqyaslı hərbi əməliyyatlara başlayaq... Doğrudan da Moskva birbaşa hərbi əməliyyatlara heç bir müdaxilə etməyə, Ermənistana hərbi dəstək verməyə, fəqət, əvəzində hər iki ölkədəki agentura şəbəkəsi vasitəsilə erməni hərbi birləşmələrinə kəşfiyyat və diversiya dəstəyi verə, Azərbaycanın daxilində də müəyyən siyasi oyun və təxribatlar törədə və nəticədə biz yenidən məğlub duruma düşək, torpaqlarımızın daha bir hissəsi işğal təhlükəsi altında qala... 

***
 
Beləliklə, Azərbaycanın əsl vətənpərvərlərinin qərarı qətidir... Son 200-300 ildə ermənilərin Azərbaycanda, o cümlədən Qarabağda yerləşdirilib gələcəyimiz, bu günümüz üçün minaya çevrilməsinə şərait yaradan Rusiya son 30 ildə də Qarabağı səmimi şəkildə respublikamızın tərkib hissəsi kimi tanımayıb, onun Azərbaycan üçün azad olunmasına çalışmayıb və bundan sonra da çalışmayacaq... Bu, şəksizdir... Tarixən bəzi hökmdar və liderlərinin ermənilərin Azərbaycana köçürülməsinə dəstək verməsinə rəğmən bizim hər cəhətdən, o cümlədən Qarabağın azadlığı, korrupsiyadan qurtulmağımız baxımından nicatımız Türkiyədə, bu qardaş, müsəlman dövlətlə birlikdədir... Və Türkiyə ordusu bu dəfə də gedib bizi Rusiyanın umuduna buraxsa, Kreml Qarabağ savaşında bizə qarşı olmasa da, agenturası Ermənistana birbaşa dəstək verəcək və bizi növbəti dəfə məğlub duruma düşürməyə çalışmaqla “bu xalq döyüşməyi bacarmır” kimi zəhərli stereotipləri beyinlərimizə yerləşdirərək, ümumiyyətlə, ölkəmizi dövlətçiliyimizi itirmək təhlükəsi qarşısında qoyacaq...

*** 

İ Cahan savaşında və 1918-ci ildə Osmanlı əsgərləri ilə birgə Qarabağda ermənilərə qarşı döyüşlərdə iştirak etmiş ulu bəy babam- Əbdüləli bəy hələ 1960-cı illərdə atama deyərmiş: “Oğul, 1918-də Osmanlı gəlməsəydi, Qarabağ, Zəngəzur o vaxtdan işğal olunacaq və Azərbaycan olmayacaqdı... Bizim yiyəmiz yalnız Türkiyədir..."

Sultan Laçın

loading...
"Ermənilər Laçını saxlamaq üçün müxtəlif vasitələrə əl atsalar da buna nail ola bilməyəcəklər"
Hikmət Hacıyev Ermənistana xəbərdarlıq etdi: "Azərbaycan cavab zərbələri endirə bilər..."
“Noyabrın 1-nə qədər Azərbaycan işğaldakı ərazilərin dörddə üçünü qaytara biləcək”
Ceyhun Bayramovdan Moskvadakı pozanı təkrarlamaq xahişinə diplomatik cavab... - VİDEO
Tələbəsi ilə cinsi əlaqəyə girdi, bu da azmış kimi baxın nə tələb etdi - RƏZALƏT
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Gündəm
“Şəhidlərin istehlak kreditlərinin silinməsi qərarı dövlətimiz adına qürurverici addımdır”
Cəmiyyət
“Fikirləşdim ki, prezident icazə versə heç kim mənə bir söz deyə bilməz” -10 yaşlı Ağa hərbi xidmətə getmək istəyir
Gündəm
“Azərbaycanın Qarabağdakı qalibiyyəti türk dünyası üçün təsirsiz ötüşməyəcək”
Araşdırma
“Ermənistanın vurduğu  zərərin ödənilməsi üçün  beynəlxalq məhkəmə qarşısında məsələ qaldırılmalıdır...”
Dünya
Peyğəmbərimizi təhqir edən karikaturalar dövlət binalarından asıldı -Makrondan skandal addım...

Yazar
İlham İsmayıl
"Meymun təkamül prosesi keçirib adam ola bilər, amma erməni..."
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“BMT TŞ niyə 4 qətnaməsinin Ermənistan tərəfindən icra olunmamasını müzakirə etmədi?..” 
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
"Serj Sarkisyan, indi “Qarabağ Azərbaycandır”, əgər şərəfin varsa intihar et..."
Ermənilərə qan udduran 3 generalımız Türkiyə mətbuatının da diqqətini çəkdi - FOTO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
“Bir daha Azərbaycan şəhərlərinə raketlə hücum etməyə cürət edərlərsə...” - Ermənistana XƏBƏRDARLIQ
ABŞ Dövlət Departamenti Pompeonun Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə görüşü haqqında məlumat yaydı
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247