Mursi
iyulun 3-də onun hakimiyyətinə qarşı kütləvi etirazlar fonunda devrilmişdi. Misirin
Baş Prokurorluğu Mursinin həbs edilməsinə qərar vermiş, daha sonra isə bir neçə
dəfə onun nəzarət altında saxlanılması müddətini uzatmışdı. Həbs müddətinin
uzadılması Mursinin Fələstinin "Həmas" hərəkatı ilə razılaşma əldə
etdiyi iddiası ilə həyata keçirilir. Sonuncu dəfə Misirin yeni rəhbərliyi sabiq
prezidentin həbs müddətini avqustun 19-da uzatmışdı.
Mursi
tərəfdarları isə bütün ölkədə kütləvi yürüşlər keçirir. Bu aksiyalar güc
strukturları ilə toqquşmalara çevrildiyindən, ölkədə 2 aylıq fövqəladə vəziyyət
elan edilib. 14 şəhərdə isə kommendant saatı tətbiq edilib.
Rəsmi
məlumatlara görə, qarşıdurmalar zamanı 830 nəfər həyatını itirib.