Ukrayna Türk Şurasında müşahidəçi statusunda təmsil olunmaq istəyi ilə çıxış edib.
Ukraynanın Türk Şurasında
təmsilçiliyi bu qurumun maraqlarına nə dərəcədə uyğundur? Bu, Türk Şurasının daha da güclənməsinə səbəb
ola bilərmi?
Moderator.az-a açıqlama
verən politoloq Qabil Hüseynli Ukraynanın Türk Şurasında təmsilçiliyində heç
bir problem görmədiyini, əksinə, bunun hər iki tərəf üçün faydalı olacağını
vurğualdı:
“Ukraynanın Türk Şurasında
təmsil olunmaq istəyini alqışlayıram. Ukrayna ilə türk etnosu arasında tarixi
bağlar mövcuddur. Krım tatarları ilə Ukrayna xalqı sıx qonşuluq şəraitində
yaşayıb. Onların münasibəti həm də ciddi iqtisadi əlaqələrə söykənib. Bu əlaqələr
yaxın dotluq və qonşuluq münasibətləri kimi tarixə öz möhürünü vurub. Bununla
yanaşı hesab edirəm ki,
Ukrayna xalqının etnogenezində
türk amilinin oynadığı rolun ciddi araşdırılmasına ehtiyac var. Bu araşdırmalar
Ukrayna xalqı ilə türk etnosu arasında nə qədər dərin tarixi bağların olduğunu
ortaya çıxara bilər.
Ukrayna Türk Şurasına
maraq göstərirsə, bu qurumda müşahidəçi statusu ilə çıxış etmək istəyirsə, yəqin
ki, onun bu istəyi Şura rəhbərliyi tərəfindən qiymtələndiriləcək. Mən
Ukraynanın Türk Şurasıdna təmsilçiliyində hər hansı problem görmürəm. Əksinə, Türk
Şurası tədricən möhkəmlənməkdə, öz sıralarını genişləndirməkdədir. Bu qurum dünyanın
tanınmış beynəlxalq təşkilatlarıdnan birinə çevrilir. Üstəlik, bu qurum
post-sovet məkanında nüfuzunu artırmaqda, proseslərə ciddi təsir göstərməkdədir.
Zənnimcə, geostrateji
maraqlar baxımından yanaşdıqda, Türk Şurasının strateji maraqları ilə
Ukraynanın strateji maraqları tamamilə üst-üstə düşür. Ukraynanın bu qurumda təmsil
olunması Orta Asiya, Cənubi Qafqaz və Anadolu yarımadası kimi böyük bir
coğrafiyada yeni bir güc mərkəzinin formalaşmasına töhfə verə bilər”.
Seymur ƏLİYEV