Bacı harayına gedən qardaş döyülərək öldürülüb. Moderator.az-ın məlumatına görə, əri tərəfindən döyülən bacısına sahib çıxan Ramil Nəbiyev amansızlıqla döyülüb. Ağır vəziyyətdə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Dəhşətli cinayət hadisəsi Abşeron rayonu,
Hökməli qəsəbəsində törədilib. Hadisədən əvvəl R.Nəbiyevin bacısı Yeganə ona
zəng edərək əri Nəbi Əmiraslanov tərəfindən hər gün döyüldüyünü xəbər verib. Ramil
də bacısını gedib ata evinə gətirib. Bundan sonra ailələr arasında münaqişə pik
həddə çatıb.
Nəbi qardaşı Şahin və atası Gülağanı götürərək
R.Nəbiyevin yaşadığı evə hücum çəkib onu möhkəm döyüblər. Onlar hətta Ramilə
yer qazmaq üçün istifadə olunan bel ilə də ölümcül zərbələr vurublar. R.Nəbiyev
huşsuz vəziyyətdə xəstəxanaya aparılsa da, orada ölüb.
Abşeron Rayon Prokurorluğundan bildirilib ki,
cinayəti törətməkdə şübhəli bilinən Şahin, Nəbi və Gülağa Əmiraslanovlar
tutulublar. Onların barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır
xəsarət yetirmə, zərərçəkmiş şəxsin ölümünə səbəb olma (126.3-cü) maddəsi ilə
cinayət işi başlanıb.