Moderator.az xəbər verir ki, Milli Şuranın sədri Rüstəm İbrahimbəyov qurumun vahid namizədi Cəmil Həsənli və icra aparatının rəhbəri Eldar Namazovun London səfərinə qatılmaqdan imtina edib.
Dünənə
qədər verdiyi açıqlamalarda sentyabrın 12-də Londona səfər edəcəyini və orada
C.Həsənli və E.Namazovla birlikdə bir sıra görüşlərdə iştirak edəcəyini bildirən
R.İbrahimbəyov növbəti dəfə sözünə əməl etməyib.
London
səfərinə qatılmaqdan imtina etməsinin səbəbini açıqlayan R.İbrahimbəyov
bildirib ki, Londona səfər etməkdən daha vacib işləri olduğu üçün İngiltərə
paytaxtına getməyib: “Daha vacib işlərim çıxdı. Buna görə də Londona getmədim.
Getməyəcəyəm”.
Qeyd edək
ki, MŞ rəsmiləri də London səfəri barədə verdikləri açıqlamalarda bildirirdilər
ki, R.İbrahimbəyov sentyabrın 12-də Moskvadan birbaşa Londona gedəcək və C.Həsənliylə
oradakı görüşlərdə iştirak edəcək. Ancaq məlum oldu ki, R.İbrahimbəyov Milli
Şuranın yaranmasından bəri verdiyi bütün vədlər kimi bu vədinə də xilaf çıxdı.