Milli Məclisin "Yol Hərəkətinin qaydaları haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə cərimələrlə bağlı etdiyi dəyişikliklər, həmçinin, Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı Baş Dövlət Yol Polisi İdarəsində və Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsində narazılıqla qarşılanıb. Baş Dövlət Yol Polisi İdarəsindəki mənbədən qəzetimizə verilən məlumata görə, yol hərəkəti qaydasının pozulmasına görə alınan cərimənin protokol yazan Yol Patrul Xidməti əməkdaşının vəzifə maaşına əlavə edilməsi başqa şöbələrdə çalışanları narazı salıb. Belə ki, bu qərardan ancaq YPX-də çalışanlar yararlanır ki, bu da yol polisinin başqa strukturunda çalışanları qıcıqlandırır.
Digər əməkdaşlar da YPX əməkdaşları üçün əlavə 25 faiz məbləğin onlara da şamil olunmasını istəyir.
Pərviz