Saatlı rayonunun Gomuşlu kənd sakini Ruslan Əhmədov
dünən Saatlı rayon Polis Şöbəsində döyülüb. Buna səbəb Demokratik Qüvvələrin
Milli Şurasından prezidentliyə müxalif namizəd Cəmil Həsənliyə dəstək üçün imza
verməsi olub.
Əhmədovun
özünün Turan-a verdiyi məlumata görə, onu, rayon polis şöbəsinə çağırıblar,
müxalifətlə ünsiyyətdə və müxalifət namizədinə imza verməkdə ittiham edərək
döyüblər.
“Onlar
məni üzümdən, başımdan, qabırğalarımdan vurublar. Tibb müəssisələri məni müayinə
etməkdən imtina edir və 102-yə müraciət etməyi tövsiyə edir”, deyə Əhmədov
bildirib.
Maraqlıdır
ki, bu yaxınlara qədər o, hakim Yeni Azərbaycan Partiyasının üzvü idi. Lakin
yerli hakimiyyətin özbaşınalığına etiraz əlaməti olaraq o, öz partiya biletini prezident
İlham Əliyevə göndərib. Bundan başqa, Əhmədov facebook-da rayon hakimiyyətini tənqid
edib.