Ölkəmizdə son illər çoxlu sayda filmlər çəkilsə də, bu filmlərin keyfiyyəti, baxımlılıq səviyyəsi, özündə ehtiva etdiyi ideya və s.kimi məsələrlə bağlı ciddi narazılığın olduğu kimsəyə sirr deyil. Peşəkarlıq baxımından aşağı səviyyədə olan bu filmlər zaman-zaman media və sosial şəbəkələrdə sərt şəkildə tənqid olunmaqdadır.
Maraqlıdır, professionallıq
baxımından ortaya həqiqi sənət nümunəsi çıxarmaq üçün bu çəkilişlərdə peşəkar,
bu sənətdə öz sözünü deyən, zəngin təcrübəyə malik yaşlı və orta nəslin nümayəndələrinin
iştirakını təmin etmək, onların məsləhət və tövsiyələrini dinləmək faydalı
olmazmı?
Moderator.az-a açıqlama
verən xalq artisti Valeh Kərimov buna böyük ehtiyac olduğunuq qeyd etdi:
“Peşəkarlardan məsləhət
almaq, onların tövsiyəsini dinləmək gənc nəslin özü üçün xeyirli olar. Çünki indi
film çəkmək oyuncağa dönüb. Kim istəyir, çiyninə bir kamera qoyub film çəkir. Nəticədə
ortaya çıxan filmlər "odnorazovıy
şpris”ləri xatırladır. Cəmi 1-2 gün yadda qalır, sonra isə unudulur.
Baxın, o dövrün ən zəif
Azərbaycan filmlərinə dəfələrlə baxsan da, yenə də baxmaq istəyrisən, televizorun
qarşısından çəkilə bilmirsən. Çünki kişilər yaradıblar, orata əsl iş qoyublar. Nə
qədər təvcrübəli kino mütəxəssislərimiz varsa, onlardan istifadə etmək
lazımdır. Bu, bizim sənətimiz üçün yaxşı olar. Odur ki, film çəkilişlərində təcrübəli,
peşəkar mütəxəssislərin iştirakını olduqca faydalı və zəruri hesab edirəm”.
Seymur ƏLİYEV