Moderator az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, İraqın paytaxtı Bağdadda şiələrə növbəti hücum olub. Şəhərin şiələr məskunlaşan Kəsrə rayonunda məscid girişində iki partlayış törədilib. Axşam namazından sonra məscidə yaxınlaşan kamikadzenin özünü izdihamın arasında partlatması nəticəsində azı 35 nəfər ölüb, 52 nəfər də yaralanıb.
"Dindarlar
axşam namazından çıxırdılar, elə bu vaxt terrorçu-kamikadze özünü partlatdı. Bir
neçə nəfərin öldüyünü və yaralandığını gördüm. Sonra daha bir partlayış oldu. Polis
hücum edən digər şəxsləri yaxalaya bilmədi" - Raad Hüseyn adlı hadisə
şahidi belə deyib.
İki
partlayış nəticəsində məscidə və yaxınlıqdakı binalara, mağazalara ziyan dəyib.
Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
BMT-nin
hesablamalarına görə, son 5 ayda İraqda 4000-dən çox adam terror aktlarının
qurbanı olub və bu rəqəmin 804 nəfəri avqust ayının payına düşür.