Moderator.az xəbər verir ki,11
sentyabr 2013-cü il tarixində Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn
Bağırov Qəbələ şəhərində yerləşən Qəbələ Mədəniyyət Mərkəzində
Qəbələ, Şəki, Zaqatala, Balakən, Qax, İsmayıllı və Oğuz
rayonlarında yaşayan vətəndaşlarla görüşüb.Görüşdə Ekologiya və Təbii Sərvətlər
Naziri H.Bağirovla birlikdə Nazirliyin idarə və departamentlərinin, həmçinin
tabeli qurumlarının rəhbərləri iştirak edib və bölgə rayonlarından olan 50-yə
yaxın vətəndaşın müraciətinə baxılıb.
Qəbul
zamanı vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilərək
qaldırılan məsələlər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ
şəkildə araşdırılması üçün nəzarətə götürülüb, bir sıra məsələlər isə yerindəcə
həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və
qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının
rəhbərlərinə konkret tapşırıqlar verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə
aid olmayan vətəndaşların müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün
qeydiyyata alınıb və baxılması üçün nəzarətə götürülüb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir Hüseyn
Bağırov tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə
müvafiq tədbirlər görülüb.