Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli
Hidrometeorologiya Departamentindən Moderator.az-a verilən məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Sentyabrın 12-də buludlu hava şəraitinin
üstünlük təşkil edəcəyi, bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında dəyişkən
buludlu olacağı gözlənilir. Havanın temperaturu gecə 15-19, gündüz 21-26 dərəcə
isti təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt,
Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda
22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Sentyabrın 12-də arabir
yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın
temperaturunun gecə 14-19, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 14-19 dərəcə
isti olacağı gözlənilir.