"Əgər biz hərəkətə keçə bilməsək, bu silahlara qadağa işə yaramadıqca,
başqa tiranlar da zəhərli qaz almazdan və ondan istifadə etməzdən əvvəl iki
dəfə düşünməyəcək. Vaxt keçdikcə, hərbçilərimiz yenidən döyüşlərdə kimyəvi
silahdan istifadə ilə üzləşəcəklər, həm də terror təşkilatlarının bu kimyəvi
silahları ələ keçirməsi və dinc sakinlərə hücum etməsi asanlaşacaq. Əgər
döyüşlər Suriya sərhədindən kənara çıxarsa, bu silahlar Türkiyə, İordaniya və
İsrail kimi müttəfiqlərimiz üçün təhlükə törədə bilər. Kimyəvi silahdan
istifadəyə qarşı dura bilməsək, digər kütləvi-qırğın silahlarının qadağasını
zəifləyəcək və bu, Əsədin müttəfiqi olan və nüvə silahı hazırlayan İranı
gücləndirəcək", - deyə Barak Obama bildirib.