Yerli vaxtla
saat 08:46-da "American Airlines" şirkətinə məxsus sərnişin təyyarəsi
Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin Şimal qülləsinə çırpıldı. 09:03
radələrində isə Cənub qülləsi bənzər hücuma məruz qaldı. Həmin qüllələr təyyarə
hücumuna qarşı durmaq üçün kifayət qədər möhkəm tikilmişdi. Lakin həmin
qüllələrin içərisində naməlum şəxslərin yerləşdirdiyi güclü partlayıcı
qurğuların partladılması nəticəsində hər iki qüllə dağıdıldı. Sonuncu hücumdan
40 dəqiqə sonra ABŞ Müdafiə Nazirliyi ”” Pentaqonun binası da intiharçıların
idarə etdikləri təyyarə tərəfindən vuruldu. Bu hücumdan 25 dəqiqə keçdikdən
sonra eyni məqsədlə qaçırılan bir sərnişin təyyarəsinin hava hücumundan müdafiə
qüvvələri tərəfindən vurularaq zərərsizləşdirildiyi açıqlandı. Həmin təyyarənin
hədəfinin Ağ Ev olduğu bildirildi. Bu hadisələr nəticəsində 3 minə yaxın sadə
vətəndaşın ölümü, 6 mindən çox insanın yaralanması ilə nəticələndi. Bu
hadisələr ABŞ-ın beynəlxalq terrorçuluqla mübarizəyə başlamasına, əvvəlcə
Əfqanıstan və daha sonra İraqa qarşı hərbi əməliyyatlara başlaması və dünyada
intensiv anti-İslam təbliğatının aparılması üçün bəhanə oldu.
Moderator.az