Suriya
prezidenti Bəşər Əsəd ölkəsinə hərbi müdaxilənin edilməməsi üçün hər şeyi
edəcəyini bildirib. Moderator.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, CBS
telekanalına açıqlamasında Bəşər Əsəd kimyəvi silah hücumunu rədd edib:
“Müharibəyə maneə törətmək üçün hər şeyi edəcəyəm. BMT-nin qrupu Suriyada olan
zaman kimyəvi silahdan istifadə edilməsi məntiqlimi?”.
Öz
əsgərlərinin kimyəvi maddənin təsirinə məruz qaldığını iddia edən Əsəd,
müxalifətin son 4 ay ərzində onlara raket zərbələri endirdiyini silahlı müxalif qrupların kimyəvi silah hücumu
etdiyi barədə görüntülərinin internetdə yayıldığını deyib.
Bəşər
Əsəd Səudiyyə Ərəbistanı və Türkiyə kimi ölkələrin Suriyanın altını qazmaq
istədiyini iddia edib. Suriya lideri Türkiyə hakimiyyətinin “Müsəlman
Qardaşları”nın bölgədə hakim mövqeyə gəlməsinin onların lehinə olacağına və
bununla da ölkələrinin siyasi gələcəyinə təminat alacaqlarına inandığını da
sözlərinə əlavə edib.