Qəbul
fondun Masallı rayon Sosial Müdafiə Fondunun inzibati binasında baş tutub. Masallı,
Lənkəran, Lerik, Yardımlı, Astara, Cəlilabad və Biləsuvar rayonlarından olan
vətəndaşların qəbula xüsusi ayrılmış nəqliyyatla gətirilməsi təmin edilib.
Müraciətlərin
bir qismi yerindəcə həll edilib. Bəzi müraciətlər araşdırma tələb etdiyindən
müvafiq tədbirlərin görülməsi barədə fondun vəzifəli şəxslərinə göstərişlər
verilib.
Vətəndaşlar
pensiyaların hesablanmasının bir sıra hüquqi aspektləri, güzəştli şərtlərlə
əmək pensiyalarının təyin olunması və digər məsələlərlə bağlı müraciət edib. Müraciətlərin
bir qismi də məcburi dövlət sosial sığorta haqları ilə bağlı olub.