“Qondarma
Dağlıq Qarabağ Respublikasının müharibə veteranları Ukraynada müalicə
olunurlar. Saxta pasportla Krıma gələn əlil ermənilər “Qarabağın azad olunması”
adı tədbir də keçiriblər. Biz bu tədbirin yerli “Krım” telekanalında
yayımlanarkən izlədik. Tədbir barəsində Azərbaycanın Krımdakı konsulluğuna və
diaspora təşkilatlarına xəbər verdik”. Bu barədə “Bizim Yol”un əməkdaşına Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Ukraynanın Krım vilayətinin
Saki şəhərində yerləşən N.N.Burdenko Adına Sanatoriyasında müalicə alan
əlillərdən biri məlumat verib.
O
bildirdi ki, tədbir keçirən həmin ermənilər Qarabağ döyüşlərində iştirak edib
əlil olanlardı: «Tədbiri barəsində xəbərdar etdiyimiz Azərbaycanın Krımdakı
konsulluğu ilə diaspora təşkilatlarının nümayəndələri sanatoriyaya gəldilər, bu
barədə araşdırmaya başlayacaqlar. Əlimizdə televiziya kanalında yayımlanan
həmin tədbirdən kadr da var. Müharibə veteranları olan ermənilərin pasportları
saxtdadır”-deyə adının çəkilməsini istəməyən qazi vurğuladı.
Moderator.az