Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında keçirilən dünya çempionatında Azərbaycan milli komandasının 5 boksçusu 1/8 finala yüksəlib. Moderator.az-ın məlumatına görə, 80 kq çəki dərəcəsində mübarizə aparan Şükran Mehdiyev 1/16 finalda türkiyəli Məhəmməd Aydınla dueldən qalib ayrılıb ”“ 3:0 (29:28, 29:28, 29:28).
Mehdiyev 1/8 finalda litvalı Amoldas
Taraskeviçusla qarşılaşacaq.
Elcan Qafarlı da (48 kq) dünya
birinciliyində ilk döyüşünü qələbə ilə başa vurub. Boksçumuz Filippin
nümayəndəsi Hipolito Banalı mübarizədən kənarlaşdırıb - 3:0. Həmyerlimiz 1/8
finalda avstraliyalı Ceyms Biazli ilə üz-üzə gələcək.
Komanda yoldaşlarının uğurunu Ümid Rüstəmov
(50 kq) davam etdirib. Millimizin üzvü Varinder Sinqh üzərində inamlı qələbə
qazanıb. Hər 3 hakim Rüstəmovun qələbəsini qeydə alıb ”“ 30:27, 29:28, 30:27.
Azərbaycan boksçusu 1/8 finalda macarıstanlı David Kovaçla görüşəcək.
Rövşən Musayev yarışa qələbə ilə
başlayanlar arasındadır. 66 kq çəki dərəcəsindəki təmsilçimiz yeni zelandiyalı
Rayan Skeiflə döyüşdə heç bir çətinlik çəkməyib ”“ 30:26, 30:26, 30:27. Musayev
1/8 finalda İrlandiya idmançısı Levis Audli ilə münasibətlərini aydınlaşdıracaq.
Hüseyn Tarverdilinin (70 kq) dünya
birinciliyindəki ilk görüşü isə daha əlamətdar olub. O, Ermənistan boksçusu
Vardan Kosyan üzərində inamlı qələbə qazanıb ”“ 3:0 (30:27, 30:27, 29:28).
Boksçumuzu 1/8 finalda Bosniya və Hersoqovina nümayəndəsi Sandro Poletan
gözləyir.
Yarışın ikinci günündə milli
komandamızın üzvlərindən yalnız Pərviz Quliyev (57 kq) mübarizəni dayandırıb. Həmyerlimizin
özbəkistanlı Boburmirzo Tolibovla döyüşü bərabər keçsə də, hakimlər qələbəni
rəqib idmançıya veriblər ”“ 1:2.
Bu gün rinqə çıxacaq Azərbaycan idmançıları:
60 kq: Şamil İbrahimzadə - Obaida İraqui (Danimarka)
46 kq: Rüfət Hüseynov ”“ Daniel Lapin (Ukrayna)
52 kq: Qüdrət Quliyev ”“ Edvin Qonzalez (Puerto
Riko)
63 kq: İsmayıl Hüseynov ”“ Taras Kandelaki (Gürcüstan).