Xəbər verdiyimiz kimi, Tovuz təxribatından sonra ABŞ erməniləri Ermənistana yardım üçün ianə kampaniyasına start verib. Hansı ki, artıq 1200 nəfərdən çox ABŞ ermənisi bu kampaniyada iştirak edib.
Maraqlıdır, bu kimi kampaniyalar Ermənistanın bir dövlət kimi bu gün də yardım və ianələrdən asılı ölkə olmasının isbatı sayıla bilərmi? Və ən əsası, öz yaşamını ianələr hesabına təmin edən Ermənistanın uzun müddət Qarabağ məsələsində Azərbaycana dirəniş göstərməsi mümkündürmü?
Moderator.az-a olaraq millət vəkili Ceyhun Məmmədovla söhbətimizdə bu və bu kimi məsələlərə aydınlıq gətirməyə çalışdıq.
-Ceyhun müəllim, bir neçə gündür ki, ABŞ erməniləri Ermənistana yardım kampaniyasına start verib. Sizcə bu kampaniya bir daha Ermənistanın ianələrdən asılı dövlət olduğunu sübut etmirmi?
-Ermənistan, xüsusilə Dağlıq Qarabağdakı separatçı rejim əsasən xaricdən gələn ianələr hesabına yaşyır. Biz görürük ki, hətta bəzən yollar, istehsalat müəssiələri belə xaricdəki erməni diasporunun yardımları hesabına inşa edilir.
Biz tez-tez işğalçı rejim nümayədnələrinin, separatçıların ABŞ-a səfərlər etdiyinin, ianələr əldə etdiyinin şahidi oluruq. Aydın məsələdir ki, Ermənistanın təbii sərvəti yoxdur. Buna görə də onlar xaricdəki erməni diaporlarından, müxtəlif maliyyə qurumlarından vəsait əldə etməyə çalışırlar. Əlbəttə ki, Ermənistanın uzun müddət bu şəkildə ayaqda qalması mümkün deyil. Bu gün Ermənistan bütün regional layihəlrdən, eləcə də enerji layihələrindən kənarda qalıb. Bu gün Ermənistanın vəziyyəti heç də ürəkaçan deyil. Proseslərin gedişatı göstərir ki, Ermənistan uzun müddət bu vəziyyətdə Azərbaycaan dirəniş göstərə bilməz.
-Azərbaycanın mövcud durumunu necə xarakterizə edərdiniz?
-Ermənistandan fərqli olaraq, Azərbaycanda ciddi inkişaf var. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artmaqdadır. Ölkəmizin ərazi bütövlüyü tanınır. Azərbaycan böyük layihələrin həm təşəbbüskarı, həm də təşkilatçısıdır. Biz həmrəyliyimizi, birliyimizi qorumağa bundan sonra da səy göstərməliyik. Əgər belə olsa, hansı ki, belə olacağına inanıram, biz cənab prezidentin rəhbərliyi altında Qarabağı işğaldan tezliklə azad edəcəyik. Biz hamımız cənab prezidentin ətrafında sıx birləşməliyik.
-Necə hesab edirsiniz, düşmənin təxribat cəhdlərinin bir səbəbi də ölkəmizin uğurlu inkiaşfının doğurduğu həsəd və siyasi qısqanclıq ola bilərmi?
-Ermənistan yaxşı başa düşür ki, ölkəmiz üzərində uğur əldə etmək üçün öncə, daxili sabitliyimizi pozmalı, xaos yaratmalıdır. Tovuz olayları da göstərdi ki, ermənilər müxtəlif vasitələrlə ölkəmizdəki sabitliyi pozmağa çalışırlar. Biz bu məsələrlərdə maksimum diqqətli olmalıyıq.
Biz xaricdəki bəzi qüvvələrin də ölkəmzidə sabitliyi pozmaq cəhdlərinə şahid oluruq. Anti-Azərbaycan qüvvələri tərəfindən maliyyələşən bu qüvvələr öz fəaliyyətləri ilə düşmən dəyirmanına su tökür. Biz həmrəy olmalı, heç bir təxribata uymamalıyıq. Düşmənə heç cür imkan vermək olmaz ki, o, məqsədinə nail oldu.
-Qarabağ probleminin həlli perspektivi haqqında düşüncəniz nədən ibarətdir? Sizcə Qarabağ həsrəti nə vaxt bitəcək?
-Qarabağ bizim ən həsas yerimizdir. Bu, hər birimizi narahat edən problemdir. Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Lakin bunu təmkinlə, ağıllı şəkildə ertməliyik. Elə etməliyik ki, haqlı ikən haqsız vəziyyətə düşməyək. Biz onu da nəzərə almalıyıq ki, ermənilər çox hiyləgərdilər. Onlar təxribat və terror törətməkdən çəkinmirlər. Onlar üçün heç bir müqəddəs anlayış yoxdur. Onalr öz hədəflərinə nail olmaq üçün hər yola əl atırlar.
Qarabağın azadlığı bizim birlik və həmrəyliyimizdən keçir. Biz nə qədər bir olsaq, Qarabağı o qədər tez işğaldan azad edəcəyik. Biz prezident İlham Əliyevin rəhbərliyi altında işğaldakı torpaqlarımızın azadlığına nail olacağıq və öz doğma torpaqlarımıza qayıdacağıq. Buna tam əminəm!
Seymur ƏLİYEV