İyul döyüşlərində böyük qəhrəmanlığa imza atan şəhdilərimizlə bağlı filmlərin çəkilməsi, romanların yazılması məsələsi gündəmdədir. Artıq bu istiqamətdə bəzi addımlar atılıb ki, bu da incəsənətin və ədəbiyyatımızın baş verənlərə biganə qalmadığını göstərir.
Moderator.az olaraq millət
vəkili Nizami Cəfərovla söhbətimizdə ədəbiyyatın bu mövzuya olan marağı, şəhid
və qəhrəmanlarımızın adının, göstərdiyi igidliklərin ədəbiyyat vasitəsi ilə əbədiləşdirilməsi
və s. kimi məsələlər ətrafında fikir mübadiləsi apardıq.
-Nizami müəllim, öncə iyul döyüşləri və cəmiyyətin
buna reaksiya ilə bağlı fikirlərinizi bilmək istərdik?
-Bizim cəmiyyətimiz həqiqətən
də baş verən hadisələrə həssas yanaşdı. Şəhidlərimizlə bağlı müxtəlif şəkillər
paylaşıldı, sözlər deyildi və s. Baş verənlər göstərdi ki, həm gənc, həm də
orta nəsildə vətənpərvərlik hisləri olduqca güclüdür.
Vətən uğrunda döyüşmək, şəhid
olmaq cəmiyətimiz tərəfindən sadəcə kədərli bir hadisə kimi qiymətləndirilmir. Şübhəsiz,
istənilən şəhidliyin təbiətində kədər var. Amma bununla yanaşı, bu, bizim
taleyimizə düşmüş hal kimi qiymətləndirilir və bundan çox optimist nəticələr
çıxarılır. Yəni baş verənlər onu göstərir ki, Azərbaycan xalqı öz gəncliyiinin
timsalında, öz hərbçilərinin timsalında vətənini bütün təhlükələrdən qorumağa
hazırdır və bu, qürurvericidir.
-Baş verənlərə xaricdəki soydaşlarımız da ciddi təpgi
nümayiş etdirdi...
-Haqlısınız. Bu məsələdə
xaricdəki Azərbaycan diapsorları, xaricdəki soydaşlarımız da ciddi aktivlik sərgilədi.
Onların Avropanın, dünyanın bir sıra ölkələrində aksiyalar keçirərək beynəlxalq
ictimaiyyətin diqqətini erməni təxribatlarına cəlb etdilər. Onların apardığı mübarizə
bir daha göstərdi ki, yalnız hərbi baxımdan deyil, siyasi-ideoloji baxımdan da
yetkin xalqımız var.
-Bəs bu yetkinlik, bu qəhrəmanlıq ədəbiyyatımızda
da öz əksini tapmalıdırmı?
-Təbii ki, bu, tərənnüm
olunmalıdır. Bunun tərənnüm olunması üçün bizim imkanalrımız kifayət qədər
güclüdür. Baxın, dünənə qədər tanınmayan bir insan, adi bir hərbçi bu gün hər kəsin
tanıdığı qəhrəmana çevrilir.
Qəhrəmanlıq üçün böyük
yaş lazım deyil. Bunun üçün bəzən böyük təcrübə də lazım gəlmir. Bu başqa məsələdir
ki, böyük təcrübənin öz əhəmiyyəti var. Qəhrəmanlıq bir az impulsiv şeydir. Bu,
xalqın canında olan bir şeydir. Hansı ki, lazımi məqam çatanda özünü göstərir.
Hər bir qəhrəmanlıq ədəbiyatımızın
faktı olmalıdır. ədəbiyyatımız bunu damarlarında hiss etməlidir və edir də. Verilən
reaksiyalardan da bu, özünü göstərir.
-Bəs ədəbiyyat bu məsələdə lazımi çeviklik sərgiləyirmi?
-Hesab edirəm ki, bizim
peşəkar ədəbiyyatımız bu məsələdə lazımi çevikliyi göstərmir.
Çox gözəl şeirlər üçün
mövzular var. Çox gözəl musiqi əsərləri üçün də mövzular var. Bu şeirlər, bu
musiqi əsərləri ortaya çıxarılmalıdır. Çünki o gənclərin göstərdiyi qəhrəmanlıqlar
buna layiqdir.
-Sizcə ədəbiyyatın diqqət yetirməli olduğu daha hansı məqamlar var?
-Düşünürəm ki, ədəbiyyatımızda
ali baş komandanın obrazı yaradılmalıdır. Bu, fundamental bir obraz olacaq. Bunun
sadəcə xalqımız üçün deyil, bütün dünya üçün əhəmiyyəti var. Bu, Qarabağ
probleminin həllinə də çox ciddi təsir göstərəcək. Düşünürəm ki, ədəbiyyatımızda
bu obrazın yaradılması olduqca vacib və zəruri olan bir məsələdir.
Seymur ƏLİYEV