Tovuz döyüşlərində şəhid olan bəzi qəhrəmanlarımızla bağlı filmlərin çəkilməsi, tamaşaların hazırlanması məsələsi gündəmdədir.
Moderator.az-a
açıqlamasında bu addımların önəminə diqqət çəkən Xalq artisti Valeh Kərimov
buna böyük ehtiyac olduğunu vurğuladı:
“Qəhrəmanlarımız, şəhidlərimiz
haqqında çox yazılmalı, çox deyilməlidir. Onların filmlər, tamaşalart vasitəsi
ilə təbliğ edilməsi, tanıdılması olduqca vacibdir. Bu baxımdan məlum istiqamətdə
ciddi addımların atılmasına ehtiyac var. Lakin təəssüflər olsun ki, bu gün bu məsələlərdə
təbliğat işi xeyli dərəcədə zəifdir. Halbuki, uşaqdan tutmuş böyüyə qədər hər kəs
qəhrəmanlarımızın kimliyini bilməli, onları tanımalı və sevməlidir. Axı necə
olur ki, sovet dönəmində biz Sovet İttifaqı Qəhrəmanlarının hamısının adını,
soyadını bilridik. Onların döyüş yolu ilə bağlı məlumatlı idik. Indi isə gənclərimizin
bir çoxu qəhrəmanlarımız haqqında o qədər də məlumatlı deyil. Bu baxımdna hesab
edirəm ki, təbliğat işi gücləndirilməlidir və bu məsələdə filmlərin,
tamaşaların imkanlarından geniş istifadə olunmalıdır”.
Seymur ƏLİYEV