"Koronavirus pandemiyası" adlanan dövrdə super güclərin planet üzrə insan kütlələrinin eyni mərkəzdən vahid əmrlərlə ( “evdə qal”, “bayıra icazə ilə çıx”, “maska tax”, “məsafə saxla, “toy eləmə”, “yas eləmə” və s. ) total idarəetmə texnologiyasının uğurla işə salındığı bir vaxtda “Qarabağ münaqişəsi” deyilən beynəlxalq oyun da yeni formata, yeni manipulyasiya tətbiqlərinə keçirilməkdədir...
Dünyanın
əksər diqqətəlayiq güşələrinin(Amerika, Rusiya, Fransa, Almaniya və s.) meydan,
küçə və bazarlarını dünənədək əsasən kosmopolit mövqe tutan oliqarxların da
iştirakıyla azərbaycanlı- erməni davaları
bürüyüb; Azərbaycan və Ermənistan
sakinlərinin də diqqəti əsasən bu qarşıdurmalara yönəldilib və əksəriyyət
hay-küylə media və sosial şəbəkələrdə öz tərəfini dəstəkləməkdədir: ermənilər
deyir, biz Los-Ancelesdə qalib gəldik, azərbaycanlılar deyir, biz Moskvada zəfər
çaldıq və s.
Qəti
söyləmək mümkündür ki, bütün bu qanlı-davalı aksiyaların, yəni Qarabağ mübarizəsinin
xarici ölkələrə transformasiya olunmasının Azərbaycanın torpaqlarını tezliklə azad etməsi
üçün heç bir faydası olmayacaq və əksinə, vaxt uzatmaq, enerjimizi tükətmək və bizlərə növbəti ləkələr yaxmaq baxımından yenə Ermənistan və onu himayə edən güclər qazanacaq – sözümüzü müharibə
meydanında deməli, qisasımızı Xocalıda, Şuşa, Laçında, Kəlbəcərdə almalıyıq...
Sultan Laçın