Əlövsət Osmanlının son müsahibəsi -Müsahibə
Oxunub: 4266
10 Sep 2013 | 12:51
 Əlövsət Osmanlının son müsahibəsi -Müsahibə
«İndi qəbul imtahanında 140 və ya 200 bal toplayanlara qızıl medal verənlərin heçmi cəzası olmayacaq?!»

 O, jurnalistlərin, mətbuatın əsl dostu idi. Tanınmış qəzetlərin, populyar saytların redaksiyalarının qapıları üzünə həmişə açıq idi. Səmimiyyəti, mehribanlığı, yüksək savadı və peşəkarlığı ilə təhsil ictimaiyyəti ilə bərabər media camiyyəsinin də sevimlisinə çevrilmişdi Əlövsət Osmanlı. Təhsilin ən ümdə problemlərini qaldırırdı, ictimai müzakirələr təşkil edirdi. Mətbuatla fəal işləyirdi, mətbuatın gücünü, ictimai rəyin əhəmiyyətini bir ekspert kimi çox gözəl dəyərləndirirdi. Və həmişə uğur qazanan Əlövsət Osmanlı olurdu, çünki mövqeyi haqlı idi, qaldırdığı problemləri ən xırda incəliklərinə qədər izah edirdi, onunla razılaşdırdılar. Bu ona çox böyük mənəvi zövq verirdi. Qəfil ölüm xəbəri idırım sürəti ilə yayıldı, dostlarını, həmkarlarını kədərə bürüdü. Cəmi 56 yaşı vardı Əlövsət Osmanlının”¦

Əlövsət Osmanlı 9 iyun 1956-cı ildə Gürcüstan Respublikasının Dəmirli kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) mexanika-riyaziyyat fakültəsini bitirib. Azərbaycan, rus və gürcü dillərində nəşr olunmuş 50-yə yaxın dərslik və dərs vəsaitlərinin müəllifidir. Təhsilin məzmunu ilə bağlı geniş tədqiqat işləri aparıb. Onun son kitabları “Təhsil tariximizin qara ləkələri”, “Təhsilimiz hara gedir?” və “Təhsilimiz bu gün” olub. Ölümündən bir neçə gün əvvəl «Bizim Yol» qəzetinə müsahibə vermişdi. Mövzu yenə təhsilin problemlərindən biridir - ümumtəhsil məktəblərinin builki məzunlarına verilən medallar idi. Nə baş verib? Kimdir günahkar? Bundan sonra hansı addımlar atılmalıdır? suallarına cavab axtarımşdı Əlövsət Osmanlı. Müsahibəni dərc etməyə macal tapmadıq, vaxtsız ölüm onu bizdən ayırdı”¦Həmin müsahibəni dərc edirik.  

- Əlövsət müəllim, builki “qızıl medal” olaylarına, bir ekspert kimi, münasibətiniz necədir?

- Açığını deyim, Təhsil Nazirliyinin indiki zamanda söz-söhbətə səbəb olacaq bu qədər mübahisəli addım atacağını ağlımın ucuna belə gətirməzdim...

- Mübahisəli dedikdə, nəyi nəzərdə tutursunuz?

- İlk növbədə, medal alan 248 məzunun fərdi nailiyyətlərinin orta hesab “dəftər-kitabı” ilə izah olunmasını. Bu açıqlama sanki cahillər üçün nəzərdə tutulub. Olmazdımı, bu qədər “mühasibat” işləri aparınca, siyahıda iki kiçik qrafa da ayıraydılar və bu qrafalarda hər bir medalçının buraxılış və qəbul imtahanlarındakı nəticələrini yazaydılar? İkincisi isə əmrin verilmə və siyahının mətbuatda dərc olunma tarixləri (17 iyul və 18 avqust) arasındakı bir aylıq fərq nədən qaynaqlanır? Opponentlər burada pis niyyətin olduğunu iddia edirlər. Belə baxanda, onların buna müəyyən əsasları da var. İddialara görə, əmrin açıqlanmasının gecikdirilməsində məqsəd, qəbul imtahanlarının nəticələrini gözləmək və onun əsasında siyahıda müəyyən “korrektələr” etmək olub, başqa sözlə, nazirlik yetkililəri bunu seçimlərinin düzgünlüyünə əmin olmadıqları səbəbindən ediblər. Amma ortada olan fakt bu ehtimalı çürüdür, daha doğrusu, avtomatik bir sual yaranır: Əgər “korrektələr” edilibsə, onda 140-250 bal toplayanlar siyahıdan niyə çıxarılmayıblar? Mənə elə gəlir ki, istənilən halda, nazirlik medalı doğrultmayan məzunların kimliklərini - adlarını, buraxılış və qəbul imtahanlarında topladıqları balları açıqlayaraq hər şeyə nöqtə qoymalıdır, yoxsa mübahisə acı bağırsaq kimi uzanacaq...

- Axı nazirliyin açıqlaması oldu...

- Əgər kimsə fikirləşirsə ki, nazirliyin məsələ ilə bağlı öz saytında yerləşdirdiyi açıqlama mübahisəyə son qoyub, məncə o, səhvə yol verir. Əksinə, bu açıqlama yeni ehtimallara yol açır, qurumun opponentlərinin iddialarını daha da tutarlı edir. Gəlin əvvəlcə açıqlamanın ilk cümləsini oxuyaq: “Məlum olduğu kimi, ötən tədris ilində ilk dəfə olaraq orta məktəblərin bütün 11-ci sinif şagirdlərinə buraxılış imtahanının qiymətindən asılı olmayaraq, yekun dövlət attestasiyasının nəticələrinə görə attestatın verilməsi qərara alınmışdır”. Bu cümlədən bir-birinə zidd iki nəticə alınır: 1) attestat məzunlara buraxılış imtahanının nəticəsindən asılı olmayaraq verilib; 2) attestat məzunlara yekun dövlət attestasiyasının nəticələrinə görə verilib. İndi cəmiyyət sual edir: Bu qərarı kim və hansı əsasla verib? Əgər “buraxılış imtahanı” “Təhsil qanunu”nun 19.20-ci maddəsində nəzərdə tutulan “yekun dövlət attestasiyası” yox, əhəmiyyətsiz bir şeydirsə, onda hər il onu keçirib dövlətin külli miqdarda maddi və mənəvi resurslarını göyə sovurmaqda, şagirdlərə, valideynlərə və müəllimlərə əlavə əziyyət verməkdə məqsəd nədir? Digər tərəfdən, “yekun dövlət attestasiyası” dedikdə nə başa düşülür, yaxud onun hüquqi bazasını hansı sənədlər təşkil edir? Bundan başqa, attestasiya komissiyaları nə vaxt yaradıldı, işlərini nə vaxt gördülər? Burada ən təəccüblü məqam isə qanunverici orqanın nümayəndəsi, qanunların keşiyində durmalı olan millət vəkili Aydın Mirzəzadənin buna görə Təhsil Nazirliyinə minnətdarlıq (?!) etməsidir. Qanun pozulur, Aydın müəllimsə bunun qarşısını almaq əvəzinə, onu alqışlayır...

- İndi belə bir fikir dolaşır ki, qanuni və ya qanunsuz, atılan bu addım özünü doğruldub. Buraxılış imtahanından keçməyən xeyli məzun qəbul imtahanında müsbət nəticə göstərərək tələbə adı qazanıb...

- Mən “qanuni və ya qanunsuz” söhbətini qətiyyən qəbul etmirəm. Gəlin unutmayaq ki, biz, fəaliyyəti ölkənin gələcəyi üçün çox böyük əhəmiyyət daşıyan bir dövlət qurumu haqqında danışırıq. Hər bir addım qanunla uzlaşdırılmalıdır, vəssalam! Hər hansı qanun və ya qayda korrupsiyaya yol açırsa, onda əvvəlcə zəhmət çəkib onu dəyişdirmək lazımdır. Bir qanunsuzluğu başqa qanunsuzluqla aradan qaldımırlar ki! İkincisi də görəsən, bu addımın məktəblərdə bundan sonrakı fəsadları haqqında düşünüblərmi? Əgər, oxuyub-oxumamağından asılı olmayaraq, hamıya ucdantutma attestat veriləcəksə, onda məktəbdə təlim-tərbiyənin axırı necə olacaq? Onsuz da 9-cu sinifdən sonra şagirdlərin əksəriyyəti məktəbə yox, repetitor yanına gedir. İndi yaxşı iş kimi təqdim olunan həmin nümunəni əsas götürüb deyəcəklər: Görürsünüz, məktəbə getməyin, buraxılış imtahanından keçib-keçməməyin elə bir əhəmiyyəti yoxdur, əsas qəbul imtahanıdır...

- Bəlkə düz deyirlər?..

- Xeyr! Bu tamamilə səhv yanaşmadır. Məktəbin birinci funksiyası dövlətin müəyyən etdiyi standartlara cavab verən vətəndaş yetişdirməkdir. Bura, bilikdən başqa, saysız-hesabsız bacarıq və dəyərlərin formalaşdırılması da daxildir. Repetitor isə şagirdi, ən yaxşı halda, qəbul imtahanına hazırlayır. Gözümüzün qabağında Gürcüstan nümunəsi var. Onlarda da buraxılış imtahanlarını ləğv etmişdilər. O zaman ayıldılar ki, məktəb mühiti dağılıb gedir. Təcili bərpa etdilər...


- Qayıdaq qızıl medal alanların qəbul imtahanlarında əldə etdikləri nəticələrə. Nazirliyin açıqlamasına görə, onların mütləq çoxluğu bu adı doğruldub...

- Bu iddianın heç bir elmi-pedaqoji əsası yoxdur. Əgər klassik “5” ballıq sistemlə hesablasaq, əksinə, onların əksəriyyətinin (630-dan aşağı bal toplayanların) bu adı doğrultmadığı açıq-aydın görünür. Digər tərəfdən, tutalım, nazirlik düz deyir. Axı bu, cəmiyyətin sualının cavabı deyil! Cəmiyyət nazirlikdən aldığı medalı doğruldanların yox, doğrultmayanların hesabını sorur. Çünki doğrultmaq onların borcudur! Əgər medal alıblarsa, onu minnətsiz-filansız doğrultmalıdırlar! Doğrultmamaq isə həm onların, həm də bu medalı onlara verənlərin səhvidir! Dövlət qurumunda, adətən, belə səhvlərə görə üzr istəyir, səbəbkarları cəzalandırırlar. İndi qəbul imtahanında 140 və ya 200 bal toplayanlara qızıl medal verənlərin heçmi cəzası olmayacaq?! Bu cəza olmayacaqsa, 700 bal toplayıb medal almayan Sumqayıt məktəblisi Flora Qafarovanın, Bakı məktəbliləri Aytən Paşazadə və Osman Müslümovun, eləcə də “süzgəc”dən keçməyən yüzlərlə əlaçı şagirdin qəsb edilmiş haqları qara bir ləkə kimi təhsilimizin tarixində qalacaq...

- Belə bir fikir də səslənir ki, bundan sonra medallar qəbul imtahanlarının nəticələrinə görə verilsin...  

- Bu fikrin də əsası yoxdur. Nazirlər Kabinetinin təsdiq etdiyi “Qaydalar”da göstərildiyi kimi, medal şagirdlərə məktəbdə əldə etdikləri xüsusi nailiyyətlərə görə verilir. Qəbul imtahanının nəticələri üçünsə müəyyən mükafat və adlı təqaüdlər var.

- Əlövsət müəllim, səngimək bilməyən bu mübahisələrdən çıxış yolunu nədə görürsünüz?

- Doğrusu, mən burada xüsusi bir vəziyyət də görmürəm. Sadəcə olaraq, nazirlik seçim zamanı səhvlərə yol verdiyini açıq etiraf etməli, cəmiyyətdən üzr istəməli və bundan sonra mövcud qanun-qaydalara düzgün əməl edəcəyinə təminat verməlidir. Bəli, məsələnin ən sadə həlli budur!..

Oxşar xəbərlər
23:47, Bu gün
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
23:47, Bu gün
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
23:41, Bu gün
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
23:41, Bu gün
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
23:37, Bu gün
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
23:35, Bu gün
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
23:32, Bu gün
Bakıda bu evlər bahalaşdı
23:26, Bu gün
Gəncədə yaşayış binasın dam örtüyü yanır
23:20, Bu gün
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
22:55, Bu gün
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
22:50, Bu gün
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
22:47, Bu gün
İşıqforda güllə yağışı: Yaralılar var
22:44, Bu gün
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
22:43, Bu gün
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
22:41, Bu gün
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
22:38, Bu gün
İndoneziya Cakartaya xüsusi status verir
22:35, Bu gün
Dostunun ad günündə dava saldı: Həbs olundu
22:33, Bu gün
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
22:30, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
22:30, Bu gün
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
22:27, Bu gün
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
22:22, Bu gün
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
22:18, Bu gün
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
22:07, Bu gün
Quzu ətindən baha olan göbələk növü - VİDEO
22:03, Bu gün
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
21:59, Bu gün
Ən şanssız 4 bürc
21:50, Bu gün
Yaxınlığında yerləşən məzar 680 minə satılır
21:45, Bu gün
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
21:38, Bu gün
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
21:37, Bu gün
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
21:35, Bu gün
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
21:34, Bu gün
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
21:30, Bu gün
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
21:27, Bu gün
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:26, Bu gün
Bakıda kafedə ölüm olub
21:25, Bu gün
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:16, Bu gün
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
21:07, Bu gün
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
20:58, Bu gün
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
20:54, Bu gün
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
20:50, Bu gün
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
20:46, Bu gün
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
20:41, Bu gün
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
20:37, Bu gün
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
20:28, Bu gün
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
20:25, Bu gün
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:15, Bu gün
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
20:13, Bu gün
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
20:11, Bu gün
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
20:08, Bu gün
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
20:06, Bu gün
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
19:59, Bu gün
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
19:50, Bu gün
Əfqanıstanda güclü zəlzələ baş verib
19:50, Bu gün
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
19:46, Bu gün
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
19:44, Bu gün
Şahmar Hüseynova yeni vəzifə verildi
19:38, Bu gün
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
19:28, Bu gün
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
19:27, Bu gün
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
19:18, Bu gün
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
19:11, Bu gün
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
19:08, Bu gün
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
19:05, Bu gün
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
19:03, Bu gün
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
18:59, Bu gün
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
18:55, Bu gün
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
18:43, Bu gün
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
18:41, Bu gün
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
18:40, Bu gün
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
18:25, Bu gün
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
18:20, Bu gün
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
18:08, Bu gün
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
18:04, Bu gün
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
17:55, Bu gün
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
17:50, Bu gün
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
17:45, Bu gün
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
17:40, Bu gün
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
17:35, Bu gün
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
17:32, Bu gün
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
17:30, Bu gün
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
17:26, Bu gün
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
17:22, Bu gün
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
17:18, Bu gün
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
17:14, Bu gün
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
17:10, Bu gün
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
17:06, Bu gün
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
17:02, Bu gün
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
16:58, Bu gün
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
16:54, Bu gün
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
16:50, Bu gün
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
16:47, Bu gün
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
16:43, Bu gün
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
16:40, Bu gün
“Azerbaijan International Mining Company Limited” (AIMC) şirkəti aztəminatlı ailələrə Novruz sovqatı paylayıb - FOTO
16:35, Bu gün
Brüsseldə gözlənilən sammit: Ermənistan üçün “mühafizə kursu” - ŞƏRH
16:30, Bu gün
CAR prezidenti İlham Əliyevi təbrik etdi
16:25, Bu gün
Vətən müharibəsi qazisi: “Hamınız gələcəksiniz, bu torpaqlarda gəzəcəksiniz, istirahət edəcəksiniz” - VİDEO
16:23, Bu gün
Bakıda mənzildən meyit tapıldı
16:20, Bu gün
“Nigar Camal üzünü bir milyon dəyərində sığortalayıb, futbolçular da ayaqlarını sığorta etdirmək istəyir” - MARAQLI + FOTO
16:14, Bu gün
"Zorakılıq və xilas": "Crocus"dakı terror aktı dünyaya iki tamamilə müxtəlif İslamı göstərdi
16:11, Bu gün
Bayram günləri baş verən qəzalarla bağlı - Açıqlama
GÜNLÜK
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
11:56, Bu gün
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
27 Mar 2024 | 23:56
Yuxusuzluğun beş əsas səbəbi
00:07, Bu gün
Xərçəng qatili bitkilər: birbaşa hüceyrələri hədəf alırlar
00:03, Bu gün
Arıqlamaq üçün qarabaşağı belə bişirin
27 Mar 2024 | 23:50
“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - VİDEO
27 Mar 2024 | 23:55
Başqasının cəriməsi ona yazılıb: Ağcabədi sakini şikayətçidir - VİDEO
27 Mar 2024 | 23:52
Həbsdən çıxan Dani Alveşin sərvəti nə qədərdir?
27 Mar 2024 | 23:59
Çay qocalma prosesini necə ləngidir?
00:13, Bu gün
“Meyxananın Messisi mən, Ronaldosu Rəşaddır”
27 Mar 2024 | 23:49
“Falck” Klinikası məhkəməyə verildi