Mətbuat günü və  mətbuatımızın GÜNÜ...
Oxunub: 2968
22 Jul 2020 | 10:28
Mətbuat günü və  mətbuatımızın GÜNÜ...

Dəyərli oxucular, 8 il öncə - 2012-ci ildə  “Mətbuat günü və mətbuatımızın günü” başlığıyla təqdim etdiyim yazını müəyyən redaktə və əlavələrlə bir daha  Moderator.az-da nəzərinizə çatdırmaq qərarına gəldim. Nədən ki, o gündən bu günə mətbuatımızın günü heç də düzəlməyib... Düzdü, yeni, mümkün qədər obyektiv, qərəzsiz yazan saytlarımız da yaranıb, gənc, istedadlı yazar və jurnalist və reportyorlarımız da üzə çıxıb. Ancaq biri-birini təkrarlayan, heç bir orijinallığıyla, üslubuyla seçilməyən qəzetlər, saytlar  yağışdan sonra göbələk kimi çoxalıb...

 

Bu illər ərzində işi-gücü saytlardan, biri-birindən köçürüb yalnız məddahlıqla, şitini-şorunu çıxardan təriflə “yarışa” girən, heç əməkdaşlarının özlərinin də oxumadığı, yalnız nazirlik, idarə və müəssisələrə zorla abunə yazdırılan qəzetlərə milyonlar səpilib, bacardıqca gerçəyi yazmağa çalışan azsaylı uğurlu saytlar, nəşrlər isə qalıb yalnız Allah umuduna...

 

Üstəlik, yeni, “modern” “Facebook”, “Tvitter”, “Vatsap” “jurnalistikası” da, əndrəbadi blogerlik də peyda olub.  Doğrudur, sosial şəbəkələrdə  barmaqla sayılası istedadlı yazarlar da  fəaliyyət göstərir. Ancaq əksərən burada da,  bir sıra saytlar və qəzetlər kimi sözlər, ifadələr, cümlələr necə gəldi yazılır, Azərbaycan türkcəmizin, ana, dövlət dilimizin başına it oyunu açılır...

 

Bütün hallarda 1990-ların senzuralı zamanından üzü bəri öz simasını, əqidəsini qoruyub saxlayan, aldığı kiçik qonarara, maaşa, kirayənişin, qaçqın kimi sığındığı darısqal daxmaya qane olaraq həqiqət, ədalət yolundan dönməyən, məddahlar cərgəsinə qoşulmayan zəhmətkeş,  əkinçi yazarları Milli Mətbuat Günü – mətbuatımızın 145 illiyi münasibətilə təbrik edir, ictimai və şəxsi həyatlarında yeni-yeni uğurlar, sarsılmaz iman, inam, səbir, iradə, əqidə dönməzliyi arzulayırıq...  

 

Və təbrikdən sonra keçirik ilk növbədə tərifə yox, özünütənqidə... Çünki öz səhvlərini, günahlarını, xətalarını görüb tənqid edə bilməyən mətbuat, jurnalist, yazar cəmiyyətdəki, ölkədəki problemləri əsl mənada işıqlandıra, tənqid edə bilməz...

 

...”Əkinçi” ... 145 il öncə doğma türkcəmizdə nəşr ediləcək ilk Azərbaycan qəzetinə necə də dahiyanə düşünülmüş bir ad... Bəli, əsl yazar, jurnalist, yazıçı, şair, bir sözlə, qələm əhli əkinçi olmalıdır. Nəyin əkinçisi... Vətənin, xalqın, millətin, cəmiyyətin, bəşəriyyətin gələcəyinin əkinçisi... Haqq, ədalət, halallıq, düzlük, əxlaq, mənəviyyat, mədəniyyət toxumlarının əkinçisi...

 

Allah sənə rəhmət eləsin, Həsən bəy!..

 

Bu günlər Azərbaycan mətbu ictimaiyyəti hay-küylə Milli Mətbuat və Jurnalistika Gününü- “Əkinçi”nin 145 illiyini qeyd edir. Və təbii ki, Mətbuat Günündən danışan çoxdur...

 

Bəs mətbuatımızın günündən danışan varmı? Danışan var... Ancaq əksəriyyət tərif deyir. Özü də qeyri-obyektiv tərif... Təriflənməyə layiq olanlar deyil, ifşa olunmağa layiq olanlar təriflənir...

 

 Mətbuatın gerçək günündən danışan çox azdır. Çünki həqiqəti deyən azdır... Həqiqət əkinçiləri azdır. Əkinçi yazarlar, jurnalistlər azdır... İndi məmur, ağa, xan jurnalistlər zamanıdır. Əkinçi yazarı, jurnalisti saya salan varmı? Əkinçi həmişə olduğu kimi, istismar obyektidir...

 

“Əkinçi” bağlanandan  30 il sonra Sabirin bu sətirləri niyə yaranmışdı?

 

“Öz halını sal indi özün yadə, əkinçi!
Lağ-lağ danışıb başlama fəryadə, əkinçi!..”

 

Millətin də, mətbuatın da əsl halını əkinçilər, zəhmət əhli bilər. Çünki qalanlar yalnız öz halına yananlardır. Mətbuat günü keçirmək asandır. Mətbuatın gününə ağlayıb mətbuata gün ağlamaq gərəkdir, əfəndilər... 


Teleekranlardan nitqlər sərgiləyən yoldaşlar Həsən bəyin, Mirzə Cəlilin, Əli bəy Hüseynzadənin, Sabirin, Üzeyir bəy Hacıbəylinin o dövrün qəzet və jurnallarında Vətənin, xalqın, millətin taleyi barədə həqiqətləri yazdıqlarını buyururlar. Soruşan yoxdur ki, əfəndilər, əcəba, bəs siz özünüz həqiqəti deməyə, yazmağa çalışırsınızmı və  bugünkü gerçəkləri yazanları tanıyırsınızmı? Kimlərdir və haralardadır onlar, hansı şəraitdə yaşayıb-yaradırlar?..

 

Həsən bəy və sairləri çar Rusiyasının köləsi olduğumuz bir dövrdə həqiqəti yazır və təzyiq-təqiblərə məruz qalırdılar. Amma nə Həsən bəy, nə də qeyriləri polis dəyənəyi yemədi, maskalılar tərəfindən oğurlanaraq təhqir edilib döyülmədi, ağzından güllələnmədi. İmperiya zamanında...

 

Doğrudur, bu gün qəzetlərin, saytların sayı çoxalıb, yazı və çap texnologiyası dünya standartlarına yaxın inkişaf edib... Lakin  məsələyə  milli(!) standartlardan yanaşsaq, gəlin görək 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki maddi və texnoloji imkanlar nisbətində bugünkü mətbuatın milliliyi, maarifpərvərliyi çoxdur, yoxsa o dövrün?..

 

Çağdaş məddahlar bu gün senzuranın olmamasını da böyük bir inkişaf kimi qələmə verirlər. Bəli, hüquqi baxımdan senzura doğrudan da yoxdur. Fəqət gəlin görək istənilən bir yazar, müxbir hər hansı nazir və ya adi bir müəssisə rəhbəri barədə dürüst faktlara əsaslanan bir materialı təhqir olunmasını, söyülməsini,  döyülməsini, məhkəmə vasitəsilə haqsız olaraq həbsə atılmasını, ən azı, yüksək məbləğdə cərimə olunmasını gözünün qabağına almadan, bir sözlə, qanını qaşığa qoymadan yaza bilərmi?..  Deməli, içimizdə bir XOF SENZURASI var... 

 

Təəssüf ki, çoxlarının qələmi həm də qəlblərindəki bir ƏQİDƏ SENZURASINA da bağlıdır. Yəni ki, yazarın gözü ilə gördüyü həqiqəti yazmaq imkanı olsa da, onu yazmır.  Nədən ki, əqidəsi çürükdür. Düşünür ki, tənqid edib “pis kişi” olunca, bir vəzifəlini yalandan tərifləyim, cibimə pul qoysun, olum «yaxşı”, həm də pullu “kişi”... Belələri ən yaxşı halda HƏQİQƏTLƏ ALVER edir; birinci mərhələdə bir məmur haqqında gerçəkləri, faktları çılpaqlığı ilə yazır. Və bu yazılar bəzən silsilə ilə davam edir. Ta o vaxta qədər ki, biabır olan və “arxası”na arxayın olmayan məmur həmin “həqiqətpərəst” yazarı çağırıb cibinə babat pul basır ki, səsini kəs...

 

Bu “hörmətli” yazar da qəzetin növbəti saylarında başlayır  təzə “dostunu” bala-bala tərifləməyə, yəni tüpürdüyünü iştahla yalamağa; “əziz oxucular, biz səhv etmişik, bu kişinin heç bir qələt işi yox imiş, o, Azərbaycanın ən qeyrətli, ən vətənpərvər oğlanlarından biri imiş...”

 

Bu cür misallar peşəkar oxucular  üçün təəccüblü bir şey deyil, müasir  mətbuatımızın sifətlərindən biridir...

 

Gəlin etiraf edək ki, mətbuatımız bütövlükdə HƏQİQƏTİN BAŞINA İP DOLAYIB SAĞDAN-SOLA, SOLDAN SAĞA SÜRÜYÜR... Qələm - maddiyyat və siyasətin girovuna çevrilib. Yaltaqlıq, məddahlıq, siyasətbazlıq... Azərbaycanın milli dəyərlərini ayaq altda tapdayan siyasətçı və ya müğənniləri, aktyorları, yarıçılpaq aktrisaları  parladıb ulduz edən  də mətbuat, radio, televiziya deyilmi?..

 

10-15 jurnalistə ad vermək, onlara hay-küylə bina tikdirib ev əldə etmək uğrunda bir-biri ilə savaşa, məddahlığa vadar etmək  - hələ milli(!) mətbuatın inkişafı demək deyil... Əsl tərəqqi - insanlara, o cümlədən qələm, söz sahiblərinə HƏQİQƏTİ, GERÇƏYİ SÖYLƏMƏSİNƏ və ölkədə inhisarçılıqdan uzaq iqtisadi inkişaf, reklam bazarı hesabına onların öz zəhmətləri hesabına DOLANMASINA, EV, MAŞIN ALMASINA, İSTİRAHƏTİNƏ və s. MÜNBİT ŞƏRAİT YARATMAQDADIR...

 

Azərbaycanda gözəl qələm sahiblərinin olmasını inkar etmirik, amma bayaq dediyimiz kimi, onların da əksəriyyəti  ya maddiyyatın, ya da siyasətin girovuna çevriliblər. Yalnız Allah, vətən, xalq naminə həqiqəti yazmağa çalışan müstəqil yazarlar isə bəzən aylarla qəzetlərdən, saytlardan qonorar ala bilməyən, ad-san, mükafat, ev dalınca düşməyən biriləridir... Mətbuatın gününü onlar daha yaxşı bilirlər... Elə bu bayram da əslində onların bayramıdır- sadə, əkinçi yazarların... Qalstuklu, sığallı, tumarlı telekanal, qəzet, sayt mədhiyyəçiləri isə “Əkinçi”dən – Həsən bəy Zərdabidən çox uzaqdır –  ən azı, 145 il...

 

Bütün həyati sahələr kimi mətbuatımızın da bataqlığa düşməsinin əsas səbəbi milli dəyərlərimizdən və dinimizdən –İslamdan uzaqlaşmağımızdır. Təəssüf ki, üzdə olan yazar və jurnalistlərimizin əksəriyyəti müsəlmanlıqdan uzaq,  zahiri cəhətdən Avropasayağı, materialist düşüncəli insanlardır... Odur ki,  bayaq dediyim kimi, öz şəxsi və ya qrup məqsədlərinə uyğun olaraq həqiqətin başına yüz oyun açır, çox vaxt haqqı batilə qatırlar...

 

Həzrət Əlinin(ə.s.) belə bir fikri var ki, haqqı batilə qatmayın, haqq batilə qatılan yerdə haqq-ədalətdən danışmaq olmaz...

 

Əzizlərim , unutmayaq ki, biz hamımız həm də Axirət əkinçiləriyik, bu dünyadakı əkdiklərimizi o biri dünyada mütləq biçəcəyik... Odur ki, “Allahdan qorxun və doğru söz söyləyin!”(Qurani-Kərim, Əhzab surəsi, 70-ci ayə)...

 

Sultan Laçın

Oxşar xəbərlər
18:07, Bu gün
11 milyard dollarlıq “El-Klassiko”
18:05, Bu gün
Xeyrimli kənd sakinləri: Qayıdacağımız günü səbirsizliklə gözləyirik
17:58, Bu gün
Xərçəngdən qorunmağın SADƏ YOLU
17:56, Bu gün
"Bakcell"dən 25 Apreldə 100 000 GB kütləvi HƏDİYYƏ
17:54, Bu gün
Cavanşir Məmmədov vəfatından 11 gün əvvəl: "Xanımım məndən tez ölsün, onu özüm..." - VİDEO
17:51, Bu gün
Bakıda növbəti ümumşəhər iməciliyi keçirildi, 551 küçə yuyuldu - YENİLƏNİB + FOTO
17:48, Bu gün
Bir neçə saatdan sonra ən qədim tarixə malik ulduz yağışını izləmək olacaq - FOTO
17:45, Bu gün
Ərdoğan HƏMAS lideri ilə görüşdü
17:40, Bu gün
Ceyranbatan su kanalında bir nəfər batıb
17:35, Bu gün
Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİB
17:31, Bu gün
Azərbaycan və Pakistan ticarət əlaqələrini yaxşılaşdırmaq üçün iki saziş hazırlayır
17:27, Bu gün
Paşinyanın Qərbə kabab iyinə getməsi hakim partiyada “soyuq duş” effekti yaradıb - TƏHLİL + FOTO
17:22, Bu gün
Rusiyadan iddia: “Sülhməramlılar yaxınlarda yenidən qayıdacaq”
17:17, Bu gün
Basketbol üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşdi
17:15, Bu gün
“Mir Cəfər Bağırov kinayə ilə mənə dedi: ”Sultan bəy! Sən məni hələ pis tanıyırsan...”
17:12, Bu gün
Ruhəngiz Musəvi: “ Cavanşirin şəkər xəstəsi olduğunu bilirdim”
17:08, Bu gün
PKK terror təşkilatının Almaniya üzrə məsul şəxsi İstanbulda saxlanıldı
17:03, Bu gün
Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər
16:53, Bu gün
Nəvəsindən Cavanşir Məmmədovla bağlı paylaşım - FOTO
16:47, Bu gün
BDU-nun Qazax filialında inklüziv təhsilə dair II Beynəlxalq elmi-praktiki konfransın regional bölməsinin iclası olub - FOTO
16:40, Bu gün
Aşağı Əskipara kənd sakini: "Niyyət etmişəm ki, kəndimizə piyada gedib, torpağından öpəcəyəm"
16:36, Bu gün
Azərbaycanda qadın qardaşının məzarında özünü bıçaqladı
16:31, Bu gün
IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib - FOTO
16:25, Bu gün
Möhtəşəm hərbi qələbədən yeni diplomatik zəfərlərə...
16:23, Bu gün
Əməkdar artist Cavanşir Məmmədov dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
16:20, Bu gün
"Ölümü 1 saniyə çəkdi" - Cavanşir Məmmədovun həyat yoldaşından AÇIQLAMA
16:15, Bu gün
Türkiyə XİN Qazaxın 4 kəndinin qaytarılması ilə bağlı BƏYANAT YAYDI
16:13, Bu gün
Aybəniz Haşımova: “Bir gün eşidəcəksiniz ki, mən də yoxam”
16:10, Bu gün
Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb
16:07, Bu gün
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
16:02, Bu gün
Ceyhun Bayramov İran səfirini qəbul etdi
15:58, Bu gün
“O, dəhşətli dərəcədə öldürüləcəyindən qorxurdu” – SSRİ dəmiryolu nazirinin Stalinlə bağlı xatirələri...
15:52, Bu gün
Bakının pozduğu ssenarilər – Qərbə ümid edən “şamsız” yatar, Azərbaycana - yox!
15:47, Bu gün
Zemfira Nərimanova: “Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm” - FOTO + ÖZƏL
15:42, Bu gün
İlham Əliyevin yeni qələbəsi - ŞƏRH
15:36, Bu gün
Azərbaycan və Ermənistan vasitəçi olmadan razılaşdı - Sülh müqaviləsi və Zəngəzur dəhlizinə gedən yol qısaldı
15:30, Bu gün
"Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var"
15:25, Bu gün
Fuad Hüseynəliyev: “Azərbaycan və Ermənistan danışıqlar masasında daha çox məsələni həll etməyə qadirdir”
15:20, Bu gün
Azərbaycanın iştirakı ilə CAREC ölkələrilə tranzit daşımaları həyata keçirilməsi üzrə beynəlxalq saziş hazırlanır
15:15, Bu gün
Sabiq türkiyəli diplomat: "Ay erməni xalqı, bu fürsətdən sən də yararlan..."
15:14, Bu gün
Kahalarda cəmi 18 gün gizlənə bilmişdilər... - Başlıbel faciəsinin şahidləri ilə Başlıbeldə - REPORTAJ
15:10, Bu gün
FHN silsilə maarifləndirmə tədbirləri keçirdi - FOTO
15:05, Bu gün
Azərbaycan ÜGT-də idxal-ixrac prosedurlarının sadələşdirilməsi üzrə müzakirələ qoşulub - FOTO
15:00, Bu gün
Əsas kapitalını Bakı nefti hesabına toplamış Nobel və separatçı erməni milyonçu - ŞƏRH + FOTO
14:55, Bu gün
Daha bir müntəzəm marşrut xətti "BakuBus"a verildi
14:50, Bu gün
“Ruslar Qarabağdan çıxmaq istəmirdilər, amma...” - Danielyan
14:45, Bu gün
Addım-addım sülhə doğru: Proses Qazaxdan başlandı - ŞƏRH + FOTO
14:40, Bu gün
Boşanmış qadın başqası ilə sevgili oldu, qardaşı biləndə... - "Onu yox, məni öldür..." – ŞOK
14:35, Bu gün
İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO
14:30, Bu gün
Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar etdilər
14:25, Bu gün
Azərbaycanlı iş adamı öldürüldü
14:20, Bu gün
Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”
14:14, Bu gün
Xətaidə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
14:08, Bu gün
İran-İsrail gərginliyinin simvolik mesajları: Müharibədən qaçmaq mümkündürmü?  
14:03, Bu gün
Almaniyada Azərbaycanın COP29-a hazırlığı müzakirə olunacaq
13:50, Bu gün
"Neftçi"nin iki futbolçusu "Zirə" ilə oyunu buraxacaq
13:48, Bu gün
“Bu etirazların Paşinyanın məlum 4 kənd haqda qərarını dəyişdirməsi mümkün deyil...”
13:45, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
13:42, Bu gün
“Burada heç bir təhqir, heç bir alçaldılma yoxdur”
13:40, Bu gün
Biləsuvarda qadın yaylığı ilə özünü asdı
13:36, Bu gün
Parlament seçkilərinin anonsu verildi: Avqustda...
13:30, Bu gün
Dörd kəndin qaytarılması Aİ və ABŞ-nin prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır
13:25, Bu gün
"Ermənistanın “alimləri” və onlara dəstək verənlər elmin yox, siyasətin ardınca gedirlər" - Kamal Abdulla
13:20, Bu gün
AMB sədri Qafqaz və Mərkəzi Asiya ölkələri ilə tərəfdaşlıq perspektivlərini müzakirə edib - FOTO
13:12, Bu gün
IMF Azərbaycanın iqtisadi inkişaf və iqlim hədəflərinə dəstək verməyə hazırdır - FOTO
13:08, Bu gün
Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilib
13:07, Bu gün
Aşağı Əskipara sakini: “Qanadım olsa, ora uça-uça qayıdaram”
13:07, Bu gün
“Ürəyində 4 stent var idi, əsəb yıxdı onun evini” - Cavanşir Məmmədovun ölüm səbəbi - ÖZƏL
13:06, Bu gün
Müdafiə naziri Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıqlar verib
13:06, Bu gün
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib
13:05, Bu gün
Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını verib
13:00, Bu gün
Zakir Həsənov sülhməramlılarla bağlı tapşırıq verdi - FOTO/VİDEO
12:56, Bu gün
“Abzas Media” və “Toplum TV” işində yeni faktlar
12:54, Bu gün
Kəlbəcərin Başlıbel kəndi-Yandırılmış Məscidin qalıqları üzərində azan verildi- VİDEO
12:51, Bu gün
Antalyada avtobus aşdı: Çox sayda yaralı var - FOTO
12:48, Bu gün
FHN Lənkəranda qanunsuz tikililəri sökdü - FOTO
12:44, Bu gün
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşib
12:40, Bu gün
Paşinyan: “İlk dəfə olaraq Ermənistan və Azərbaycan problemi masa arxasında həll etdi”
12:35, Bu gün
Azad olunmuş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı görülən işlər açıqlandı - FOTO
12:30, Bu gün
Muxtar Babayev Dünya Bankının nümayəndələri ilə görüşdü
12:26, Bu gün
Oğuzda yoldakı çala-çuxuru çınqılla doldurdular: Asfalt da olacaq - FOTO/VİDEO
12:21, Bu gün
Ağlaşma bitir, anlaşma zamanıdır - Kənardan qaz verən olmasa, Qafqazda münaqişə az olar
12:15, Bu gün
Qərar verildi: Bu verilişlər bağlanır - Dəqiq tarix
12:13, Bu gün
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:10, Bu gün
Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
12:05, Bu gün
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı - VİDEO
12:03, Bu gün
Talıbovları çətin suallar gözləyir - “baş kassir”in bildiyi sirlər
12:00, Bu gün
İstirahət gününün HAVA PROQNOZU açıqlandı
11:57, Bu gün
Koray Avcı Bakıda konsert verdi
11:55, Bu gün
Həsən Əblucun xanımına yazdığı məktub xəstəxanada hamını ağlatdı: “Əgər alınmırsa...” - FOTO
11:50, Bu gün
ŞƏT-ə üzv ölkələrin müdafiə nazirləri Astanaya toplaşacaq
11:46, Bu gün
Sülhməramlıların Qarabağdan vaxtından əvvəl çıxarılması niyə ermənilərdən daha çox ermənipərəstləri pərt edib? - Sabiq səfir həqiqətləri açıqlayır.... 
11:46, Bu gün
Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi
11:43, Bu gün
Dörd kəndin qaytarılmasına dair razılıq Qərb dövlətlərinin qərəzli təbliğatını ifşa etdi – RƏY + FOTO
11:39, Bu gün
Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB
11:36, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:33, Bu gün
Azərbaycan IEA ilə COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB + FOTO
11:32, Bu gün
Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur” - VİDEO
11:29, Bu gün
Pərviz Şahbazov Nyu-Yorkda BMT Baş Assambleyasının prezidenti ilə görüşdü - YENİLƏNİB + FOTO
11:26, Bu gün
“Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək” - Kamaləddin Qafarov
GÜNLÜK
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu
HƏFTƏLİK
15 Apr 2024 | 09:23
“Nəzakət Məmmədovanın adını daşıyan nəvəsi İctimai televiziya ilə çəkilişdən gələndə qəzada öldü”-İLLƏR SONRA qohumu danışdı-ÖZƏL+FOTO
14 Apr 2024 | 12:53
Maqnit qasırğası XƏBƏRDARLIĞI: Ən təhlükəli gün AÇIQLANDI
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
14 Apr 2024 | 09:39
Azərbaycan da hazır olmalıdır - TƏCİLİ XƏBƏRDARLIQ
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
17 Apr 2024 | 14:30
Bakıda avtomobil od tutub yandı-ANBAAN VİDEO+ÖZƏL
17 Apr 2024 | 17:45
Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri - YENİLƏNİB + VİDEO
16 Apr 2024 | 19:37
Apreldə bu 5 bürc ən yaxşı qərarlarını verəcək
19 Apr 2024 | 09:30
Kolbasanın ürəyə təsiri sübut olundu
15 Apr 2024 | 19:33
Dörd bürcdə unikal dəyişikliklər baş verəcək – Arprelin ikinci yarısında
AYLIQ
19 Apr 2024 | 19:11
Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır
19 Apr 2024 | 19:19
Alimdən mühüm açıqlama: "Dünya ilə qarşılıqlı əlaqədə olmasına imkan verə bilər"
19 Apr 2024 | 19:30
Rus qoşunları Azərbaycandan niyə tez çıxdı?
19 Apr 2024 | 18:34
Xankəndidə jurnalistlərlə görüşən Bakcellin Baş İcraçı Direktoru: "Bakcell böyük dəyişikliklər astanasındadır!"
19 Apr 2024 | 20:47
Aktrisanın sürücülük vəsiqəsi əlindən alındı: Sərxoş vəziyyətdə...
19 Apr 2024 | 18:23
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
19 Apr 2024 | 20:35
Səhər Günəş doğandan sonra açılır...
19 Apr 2024 | 19:21
Azərbaycanda dövlət sektoru üzrə konsolidə edilmiş maliyyə hesabatlığında əsas problemlər AÇIQLANDI
19 Apr 2024 | 19:09
Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib
19 Apr 2024 | 20:01
Azərbaycanda sayt rəhbəri həbs olundu