Prezidentliyə namizəd İqbal Ağazadənin təbliğat kompaniyasına hazırlıq məsələləri ilə bağlı Ümid Partiyasının regionlara səfəri davam edir.
Moderator.az Qafqazinfo-ya istinadən xəbər verir ki, həftə sonu bu məqsədlə Ümid Partiyası sədrinin müavinləri və şöbə müdirləri Azərbaycanın Qarabağ, Qərb və Aran rayonlarına səfərlər ediblər. Ümid Partiyasının sədr müavinləri Rüfət Muradlı, Rəfail Tağızadə , Hacı Bakir Həsənbəyli və prezidentliyə namizəd İqbal Ağazadənin Seçki Qərargahının sədri Taleh Əliyev Gəncəyə səfər edərək, Gəncə şəhər, Ağstafa, Goranboy, Göygöl, Daşkəsən, Samux rayon şöbələrinin sədrləri ilə, Ümid Partiyası Məclisinin sədri Ənvər Ağazadə, sədrin Gənclər üzrə müavini Ruslan İzzətli və partiyanın Təşkilat şöbəsinin müdiri İdris Hüseynov Bərdə rayonuna səfər edərək, orada partiyanın Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Mingəçevir, Zərdab, Ucar və Ağdam rayon təşkilatlarının sədrləri ilə , Ümid Partiyasının sədr müavinləri Səməd Hətəmov , Razi Abasbəyli və mətbuat xidmətinin rəhbəri Elman Abbasov Aran zonasına səfər edərək, Sabirabadda, partiyanın Sabirabad, Saatlı, İmişli və Kürdəmir təşkilatlarının sədrləri ilə birlikdə müşavirə keçiriblər. Müşavirələrdə bir daha təbliğat kompaniyasına hazırlıq, kütləvi tədbirlərin təşkili, seçki öncəsi yerlərdəki vəziyyət müzakirə edilib. Sədr müavinləri seçki öncəsi bölgələrdəki vəziyyət, partiyanın yerli təşkilatlarının gördüyü işlər və seçki hazırlıqları ilə maraqlanıblar. Təbliğat dövrünə hazırlıqlarla bağlı yerli təşkilat sədrlərinə tapşırıqlar verilib.
Gəncə zonasına səfər edən Rüfət
Muradlı partiyanın mətbuat xidmətinə səfərlə bağlı bunları deyib: “
Prezidentliyə namizədimiz İqbal Ağazadənin seçki təbliğatına hazırlıq məsələlərini
müzakirə etdik. Şöbə sədrləri yerlərdə İqbal bəylə görüşə insanların geniş
marağından danışaraq, prezidentliyə namizədin açıq havada görüşlərinin təşkil
edilməsinə tam hazır olduqlarını ifadə etdilər ”
R. Muradlı bildirib ki, rayon şöbə
sədrləri prezidentliyə namizəd İqbal Ağazadənin təbliğat kompaniyasını uğurla
aparmaq üçün bütün qüvvələrini səfərbər ediblər. tədbir zamanı bu Ümid
Partiyasının yerli təşkilatlarının əhval ruhiyyəsindən də hiss olunurdu. Onlar
çıxışlarında da, Gəncəbasar zonasında əhalinin Namizəd İqbal Ağazadəyə böyük
etimad göstərdiklərini, İqbal Ağazadənin seçkilərə hazırlıqla bağlı digər
rəqiblərindən öndə olduğunu, bu da namizədin seçkiləri qələbə ilə başa
vuracağına inamı artırdığını qeyd etdilər.