Moderator.az BAXCP Ali Məclisinin mətbuat xidmətinin müsahibəsini təqdim edir
Oxunub: 3596
09 Sep 2013 | 15:56
Moderator.az BAXCP Ali Məclisinin  mətbuat xidmətinin müsahibəsini təqdim edir


Teyyub bəy, BAXCP-nın  prezident seçkisinə hazırlığının vəziyyəti necədir?

-Məlumdur ki, BAXCP  prezident seçkilərində partiyanın sədri Qüdrət Həsənquliyevin namizədliyini irəli sürüb. Namizədimizin qeydə alınması üçün  imza toplanması prosesində partiyanın bütün rayon təşkilatları fəal iştirak ediblər. Qeyd etməliyəm ki, partiyanın funksionerləri 92 seçki dairəsi üzrə 44 mindən artıq imza toplayıb, imza vərəqələri partiyada diqqətlə yoxlanıldıqdan sonra   MSK-ya təqdim edilib.  Biz əminik ki, yaxın zamanda namizədimiz rəsmi qeydiyyata alınacaqdır.

Hal-hazırda Qüdrət bəyin seçki platforması üzərində iş tamamlanmaq üzrədir. Qüdrət bəyin plakatları, seçki şüarları, bülletenlər hazırlanır. Biz respublikamızın bütün bölgələrində aktiv təbliğat və təşviqat işləri aparmaq əzmindəyik. Çalışacağıq ki, namizədimizin seçki platformasını hər bir seçiciyə çatdıraq. Biz fürsətdən istifadə edərək həm də rayon təşkilatlarının fəaliyyətini gücləndirməyə, aktivliyini artırmağa, partiyaya yeni üzvlər qəbul etməyə çalışacağıq.

- Siz seçkidə Qüdrət bəyin qalib gəlmək şansını necə qiymətləndirirsiniz və  kimi əsas rəqib kimi görürsünüz?

- BAXCP respublikamızda  kifayət qədər strukturlarmış, ən güclü partiyalardan biridir, özünün konstruktiv müxalifət mövqeyi ilə cəmiyyətin rəğbətini qazanmışdır. Partiyanın sədri, prezidentliyə namizəd Qüdrət bəy kifayət qədər siyasi təcrübəyə, geniş dünyagörüşə malik xarizmatik liderdir.  Prezident seçkilərinin azad, ədalətli, demokratik və şəffaf keçiriləcəyi təqdirdə namizədimizin qələbə şansını yüksək qiymətləndiririk. Bu seçkidə əsas rəqibimizin iqtidarın namizədi olacağını düşünürük, reallığı qəbul edirik, ancaq ruhdan düşmürük.

- Siz Milli Şuranın namizədinin  şansını necə qiymətləndirirsiniz? Sizcə Cəmil Həsənlinin vahid namizəd kimi irəli sürülməsi Milli Şuranın ümidlərini doğrulda biləcəkmi?

- Əvvəla qeyd edim ki, Milli Şura adlanan qurumun milliliklə heç bir əlaqəsi yoxdur. Bu Şura millətin tələbi, istəyi ilə deyil, xarici sifarişlə yaranıb və əvvəldən də Rusiyanın layihəsi imicini qazanıb. Siz bir bu Şuranın tərkibinə baxın. Orada  əsasən  heç vaxt müxalif mövqedə olmayan, millətin, dövlətin mənafeyinə daim biganə olan, yalnız öz mənfəətlərini güdən, əvvəllər malik olduqları imtiyazlar əllərindən çıxdığına görə mövcud iqtidardan intiqam almağa, öz əvvəlki statuslarını geri qaytarmağa çalışan, millilikdən uzaq olan "küsmüşlər" və "intriqaçılar", eləcə də “tükənmişlər” cəmlənib. Burada həmçinin bu ilki seçkilərdə qalib gəlməyəcəklərini başa düşən və  özünü   demokratik müxalifət adlandıran, amma xalqın dəstəyini almağa çalışmaq, heç olmasa buna cəhd etmək əvəzinə “kabab iyinə gələnlər” də təmsil olunurlar. Beləliklə də,  narazı elektoratın onlara olan ümidlərini də təmamilə itirdilər. Prezidentliyə vahid namizəd kimi "Rüstəm İbrahimbəyov  və ya Rüstəm İbrahimbəyov" deyənlər düşdükləri pat vəziyyətindən çıxmaq və seçkilərdə məğlubiyyətlərini sığortalamaq üçün ehtiyat namizəd kimi Cəmil Həsənlini irəli buraxdılar və özlərinin bir siyasətçi kimi dayaz olduqlarını, uzaqgörən olmadıqlarını bir daha nümayiş etdirmiş oldular. Təəssüf ki, son 20 ildə bu insanların qafasında, düşüncəsində heç bir dəyişiklik baş verməyib, onlar ölkədə baş verən dəyişiklikləri qavramaq, dəyişən şəraitə uyğun mübarizə yolu seçmək iqtidarında deyillər. Təbiidir ki, seçici də bunları görür, hiss edir və buna görə də hesab edirəm ki, Cəmil bəyin uğur qazanmaq şansı sıfıra daha çox yaxındır.

Milli Şurada təmsil olunanların və özlərini əsas söz sahibi hesab edənlərin bəziləri  “azız-ağıza yatmış”, bir”“birini parçalamağa hazır olan canavarları xatırladır. İstədiklərinə nail olmayan belələri daim bir-birini suçlu çıxarmağa, digərlərinə çamur atmağa, başqalarını aşağılamağa  meyllidirlər. Milli Şurada son zamanlar baş verənlər buna bariz nümunədir. Məsələn, bu günlərdə ALP lideri Lalə Şövkət Müsavat başqanı İsa Qəmbəri 1998-ci il seçkilərində AXCP-nin  sədri Əbülfəz Elçibəyə qarşı çıxmaqda da ittiham edib və qeyd edib ki, “nəyə görə 1998-ci ildə mən Elçibəyin vahid namizəd olmasını təkid edəndə buna qarşı İsa Qəmbər çıxırdı? Hamı yaxşı bilir ki, məhz İsa Qəmbər Elçibəyin vahid namizədliyinə qarşı çıxdı. İndi deyin görüm, kimdir Elçibəyçi?”  Buna cavabında L. Şövkətin bütün ittihamlarını əsassız adlandıran Milli Şuranın üzvü Mustafa Hacıbəyli qeyd edib ki, İsa Qəmbər heç vaxt Əbülfəz Elçibəyin namizədliyinə qarşı çıxmayıb  və deyib ki,  “təsadüfi deyil ki, hələ o vaxt İsa Qəmbər bəyan etmişdi ki, seçici heç vaxt bülletendə həm Əbülfəz Elçibəyin, həm də mənim adımı görməyəcək. Yəni, Elçibəy namizədliyini versəydi, İsa Qəmbər namizədliyini geri götürəcəkdi”.

Qeyd etməliyəm ki, 1998-ci il prezident seçkilərində vahid namizədlə bağlı həm Lalə Şövkət, həm də Mustafa Hacıbəyli səhv fikir səsləndirirlər. Yaxşı yadımdadır, 1998-ci ildə prezident seçkiləri ərəfəsində Demokratik Konqresin mənim də iştirak etdiyim iclasında vahid namizədlə bağlı ciddi müzakirələr gedirdi. Həm İsa Qəmbər, həm də Əbülfəz Elçibəy Demkonqresdən prezidentliyə vahid namizəd olmaq istəyirdilər.

Demkonqresdə bəziləri Əbülfəz Elçibəyin, digərləri İsa Qəmbərin namizədliyini dəstəkləyirdi. Uzun sürən müzakirələr, bəzən isə həddini aşan mübahisələr heç bir nəticə vermədi. İsa Qəmbər və Əbülfəz Elçibəy bir-birinə güzəştə getmədilər. Elçibəy vəziyyətdən çıxış yolunu vahid namizədlə bağlı müzakirələrin Demkonqresdən çıxarılaraq kənarda - özünün, İsa Qəmbərin, Rəsul Quliyevin, Lalə Şövkətin və Etibar Məmmədovun daxil olduğu "5-lər" formatında -müzakirəsində gördü və buna nail oldu. Ancaq "5-lər" də vahid namizədlə bağlı razılığa gələ bilmədilər. Hamı özünün vahid namizəd olmasına çalışırdı. L.Şövkət də daxil olmaqla heç kəs Ə.Elçibəyin vahid namizəd olmasına razılıq vermədi. Nəticədə əsas müxalifət prezident seçkilərini baykot etmək qərarına gəldi”¦ O vaxt Demkonqresdə əksəriyyət R.Quliyevin və L.Şövkətin müxalifət kimi təqdim olunmasına qarşı çıxırdı və zaman göstərdi ki, haqlı idilər. Reallıq budur.

- Teyyub bəy, sentyabrın 2-də Ermənistan prezidenti S.Sərkisyan ölkəsinin Gömrük İttifaqına daxil olmasına razılıq verdi və Avrasiya İttifaqı niyyətini imzaladı. Sizcə Ermənistanın Gömrük İttifaqına və Avrasiya İttifaqına daxil olması Dağlıq Qarabağ probleminin həllinə necə təsir edəcəkdir?

- Bilirsiniz ki, Ermənistan öncə Avropa Birliyi ilə assosiativ saziş imzalamaq niyyətində idi. Ermənistan Avropadan iqtisadi, Rusiyadan siyasi dəstək almaq  istəyirdi.  Nəzərə alaq ki, Ermənistan iqtisadiyyatı, demək olar ki, Rusiyanın nəzarəti altındadır. Ona görə də bu, sırf siyasi qərardır. Yəni Ermənistanın öz təhlükəsizliyinin təminatında kompleks problemlərin yaranacağından ehtiyatlanaraq verdiyi və işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlarda mövqelərinin möhkəmləndirməsi ilə bağlı olan bir qərardır. İqtisadi cəhətdən Ermənistanın bu təşkilatlara qoşulması elə də vacib və əhəmiyyətli deyil. Yəqin İrəvanda belə düşünürlər ki,  Ermənistanın Avropa Birliyi ilə yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Kremlin mövqeyini dəyişə bilər. Bundan qorxuya düşən Ermənistan bu addımı atıb.  Fikrimcə, Vladimir Putinin avqust ayında Bakıya səfər etməsi də Ermənistanın qərarına təsir göstərib. Fikrimcə, Ermənistanın Gömrük İttifaqına və ya Avrasiya İttifaqına daxil olması Dağlıq Qarabağ probleminin həllinə heç bir təsir göstərməyəcək. Ona görə ki, Ermənistanın harada olmasından asılı olmayaraq  bu problemin həlli  sırf  Rusiyadan asılıdır və Azərbaycan öz torpaqlarını işğaldan azad etməkdə israrlı görünməyənədək  və buna tam hazır olmayanadək vəziyyət belə davam edəcəkdir.

 

Oxşar xəbərlər
14:47, Bu gün
Elzanın keçmiş əri kameradan qaçdı - VİDEO
14:43, Bu gün
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
14:39, Bu gün
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
14:37, Bu gün
Makron AK rəhbəri postuna adam AXTARIR
14:35, Bu gün
Maşında öz yerinə it sümükləri yandıran şirkət rəhbərinə hökm oxundu - FOTO
14:34, Bu gün
Sülh sazişinin bəndləri belə razılaşdırılır: Masaya bu sənəd qoyuldu
14:32, Bu gün
Rusiya XİN: “Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası üzrə bütün səylərini dəstəkləyirik” - VİDEO
14:30, Bu gün
“Ermənistan mediasında yayılan məlumatlar ölkəni və beynəlxalq ictimaiyyəti dolaşdırmaq üçündür” - Zaxarova
14:29, Bu gün
TƏHMİNƏnin səsi: “Bu sirrin üstünü o açdı, canlı efirdə şok oldum...”
14:27, Bu gün
Azərbaycanda 8-ci sinif şagirdi qaçırılıb
14:25, Bu gün
"Telefon çıxardanın Allah evini yıxsın"
14:23, Bu gün
Muxtar Babayev: İqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi iqlim diplomatiyasında ən çətin mövzulardan biridir
14:20, Bu gün
"Rusiya Qlobal Sülh Sammitini pozmaq istəyir" - Zelenski
14:16, Bu gün
Azərbaycanın ilk ombudsmanı vəfat etdi
14:12, Bu gün
İsveç klubunda oynayan Musa Qurbanlı haqqında yayılan xəbərlərlə bağlı açıqlama verdi
14:09, Bu gün
Türkiyədə FETÖ əməliyyatı - 11 nəfər saxlanıldı
14:04, Bu gün
İranda məşhur reperə ölüm hökmü verildi
14:01, Bu gün
Kürdəmirdə oğlan qohumunun arvadıyla eşq yaşamaq istədi, sonda... – ŞOK TƏFƏRRÜAT
13:56, Bu gün
Yüksək qan təzyiqi üçün ən yaxşı  - TƏBİİ QARIŞIM
13:54, Bu gün
Qazax istiqamətində Azərbaycana təhvil veriləcək körpünün ətrafı minalardan təmizlənir
13:52, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar
13:46, Bu gün
Bakıda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanıldı - VİDEO
13:39, Bu gün
Polis Kərki yaxınlığında yolu bağlayan erməniləri həbs edərək yolu açdı...-VİDEO
13:34, Bu gün
Prezidentlər Ağdam Konfrans Mərkəzi ilə tanış oldular
13:28, Bu gün
"Şoyqunun müavininin həbsi Baş Kəşfiyyat İdarəsinin uğurudur" - Budanov
13:23, Bu gün
İşıq puluna görə qardaşını qətlə yetirdi - VİDEO
13:18, Bu gün
Azərbaycanda vəkillərin sayı açıqlanıb
13:17, Bu gün
Hikmət Hacıyev: “Füzuli tam şəkildə yenidən qurulur” - VİDEO
13:15, Bu gün
Türk dövlətləri parlamentləri xarici əlaqələr komitələrinin sədrləri Qarabağa səfər edəcəklər
13:14, Bu gün
Baş Prokuroluq Nəsib Quliyevin intihar faktı ilə bağlı mediaya çağırış edib
13:00, Bu gün
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinə cavab verdi
12:55, Bu gün
“Bir-iki qədəh araq və hər şey qaydasında olacaq” – Stalindən marşala müalicə tövsiyəsi + FOTOLAR
12:50, Bu gün
Qurban Qurbanovdan “Beşiktaş” açıqlaması
12:45, Bu gün
İntihar edən baş pediatr atasının yanında dəfn edildi - YENİLƏNİB + FOTO
12:40, Bu gün
Üç məktəbin direktoru cəzalandırıldı - RƏSMİ
12:35, Bu gün
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
12:32, Bu gün
İlham Əliyev və Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər
12:29, Bu gün
Hacı Əliyevin son durumu AÇIQLANDI
12:24, Bu gün
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
12:20, Bu gün
BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib - FOTO
12:16, Bu gün
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
12:14, Bu gün
“Tabor komandiri olanda Kərki yaxınlığında Rusiyanın yeraltı bazası olduğunu öyrəndim...”
12:12, Bu gün
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
12:11, Bu gün
Hərbi ekspert: Ruben Vardanyana Nobel sülh mükafatı vermək axmaqlıqdır
12:08, Bu gün
Qəhvədən tamamilə imtina etsəniz, orqanizminiz necə reaksiya verəcək?
12:05, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - FOTO
12:00, Bu gün
Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilir
11:58, Bu gün
Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
11:55, Bu gün
Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir
11:53, Bu gün
Qarabağda biznes qurmaq üçün macar şirkətlərindən 81 müraciət daxil olub
11:41, Bu gün
Paşinyanın xanımı tədbirdə təhqir olundu- VİDEO
11:39, Bu gün
Gədəbəydə dəhşət: Saxlanc otağında asılmış meyit tapılıb
11:36, Bu gün
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
11:27, Bu gün
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
11:22, Bu gün
Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktor müavini “Vaxtanqov Teatr Menecerləri Festivalında Azərbaycanı təmsil edəcək
11:20, Bu gün
“Orada kurqan ola bilər, arxeoloji qazıntılar aparılmalıdır”- Çingiz xanın dəfn olunduğu deyilən Qobudan xəbər var-AÇIQLAMA+ÖZƏL
11:16, Bu gün
Azərbaycanda sahibkarlıq inkişaf edibmi?
11:15, Bu gün
Qırğızıstan Prezidenti Füzulidə səfərdədir
11:08, Bu gün
TikTok Yenilənmiş Platforma İcma Təlimatlarını açıqladı
11:05, Bu gün
Peter Siyarto: Azərbaycanla əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
11:03, Bu gün
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
11:01, Bu gün
Xankəndidə silah-sursat aşkarlanıb
10:59, Bu gün
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
10:58, Bu gün
Bu il 39 minə yaxın şəxsə sosial müavinət və təqaüd təyin olunub
10:56, Bu gün
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür - VİDEO
10:53, Bu gün
“Türkiyə hətta Səddam Hüseynin vaxtında da İraqda terrorçulara qarşı əməliyyatlar aparırdı...”
10:53, Bu gün
Azərbaycan məlumat bazalarına kiberhücum təşkil edənlər ifşa olundular
10:53, Bu gün
Həftəsonu 20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək
10:49, Bu gün
Xankəndidə separatçılıq rəmzləri sökülür - VİDEO
10:48, Bu gün
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
10:39, Bu gün
Azərbaycan vətəndaşları minik avtomobilləri ilə Laçına səfər edə biləcəklər
10:21, Bu gün
Müdirinin 720 min manatını oğurlayıb sevgilisinə verən Nelli Fabriçnaya Ali məhkəmədən bərəaət istəyir
10:15, Bu gün
“Deyirlər ki, bəlkə çayda öldün, meyitin tapılmadı”-sağ ikən mollaya beh verib, özünə məzar qazdırmaq olarmı?-ARAŞDIRMA
09:29, Bu gün
Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev
09:25, Bu gün
Prezident ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…
09:22, Bu gün
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
09:00, Bu gün
Süni spermatozoidlər yaradılacaq
09:00, Bu gün
Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri
08:58, Bu gün
Səhər yeməyində hansı qidalar zərərlidir?
08:56, Bu gün
İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI
08:55, Bu gün
İçməli suda təhlükəli bakteriyalar aşkarlanıb
08:36, Bu gün
Vardanyanın şairə bacısı qondarma “soyqırım” abidəsi önündə qardaşına azadlıq istədi...-FOTO
08:35, Bu gün
Bu gün Amerika qoşunlarının Nigerdən çıxarılması müzakirə olunacaq
08:00, Bu gün
Dondurulmuş qidalar ən azı 4 xəstəliyə səbəb olur  – ARAŞDIRMA
07:58, Bu gün
Londonda süvari birliyindən qaçan atlar dörd nəfəri yaralayıb
07:33, Bu gün
“Laçın yolundan da Rusiya bayrağı götürüldü...- Sülhməramlılar çıxmaqda davam edir...”
07:26, Bu gün
Ayaqlarınız tərləyir, göbələk sizə əzab verir?  - Cəmi 15 qəpiklik çarə
07:13, Bu gün
Bitki apokalipsisi: Bakteriya ağacları və məhsulları məhv edir
06:42, Bu gün
Qarışqanın təvəkkülü və qənaəti...-İbrətamiz
06:39, Bu gün
Bir-birinə bənzəyən estetik əməliyyat keçirmiş ÜZLƏR  - Cəmiyyətin gözəllik anlayışı niyə DƏYİŞİB?
00:45, Bu gün
"Ya İsrail "Avroviziya"dan, ya da "Avroviziya" Malmödən xaric ediləcək..."
00:17, Bu gün
TikToker avtonom maşınları “aldatdı” – Gülməli, amma düşündürücü hadisə - VİDEO
24 Apr 2024 | 23:50
“Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO
24 Apr 2024 | 23:47
Macarıstan Çinin Ukrayna ilə bağlı sülh planını dəstəkləyib
24 Apr 2024 | 23:45
Qəzzada hərbi cinayətlərin sübutları aşkar edilib, BMT tədqiqat tələb edir
24 Apr 2024 | 23:42
Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO
24 Apr 2024 | 23:41
BMT-də Azərbaycanın növbəti məruzəsinin təqdimatı keçirilib
24 Apr 2024 | 23:39
Qurban Qurbanov: Ölkə kuboku əlavə prestijdir
24 Apr 2024 | 23:34
ABŞ Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
24 Apr 2024 | 23:31
Vaşinqtonda ermənilərin "qondarma soyqırımı" yalanlarına qarşı həmrəylik aksiyası keçirilib
GÜNLÜK
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO
HƏFTƏLİK
24 Apr 2024 | 08:30
Aygün Bəylərə bənzəyən gül satan, müğənni qız: “Zaur Baxşəliyev kirayə pulumu ödədi”-FOTO+ÖZƏL
24 Apr 2024 | 07:07
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?..-VİDEO
22 Apr 2024 | 08:18
Qazaxın kəndləri ilə bağlı qarşıdurmada Ermənistan deputatı da yaralandı…
22 Apr 2024 | 09:17
Kəndlərimizə girmiş erməni qruplaşmasının 5 üzvü tutuldu
19 Apr 2024 | 17:34
İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
21 Apr 2024 | 08:56
Kənd sakini Qobuda kurqanın olduğunu deyir, o həqiqətənmi Çingiz xanın məzarıdır?-ARAŞDIRMA-ÖZƏL+FOTO
19 Apr 2024 | 14:13
"Atamın atasına verdiyi söz artıq mənim öz atama verdiyim namus sözüdür" - Başlıbeldən yarımçıq qalan REPORTAJ
22 Apr 2024 | 07:33
Qarabağdan köçmüş hayk İrəvanın "Andranik" metro stansiyasında özünü qatarın altına atdı...-VİDEO
22 Apr 2024 | 15:09
Bakıda küləyin sürəti artıb - FAKTİKİ HAVA + YENİLƏNİB
22 Apr 2024 | 12:45
Əməkdar artistin ölüm xəbəri yayıldı - FOTO
AYLIQ
24 Apr 2024 | 21:11
İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edib - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 19:16
İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: “Kafedra ilə problemi olmayıb” - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:45
Həmidə Ömərova: “Mənə baxmayan yeganə kişi ilə ailə qurdum” - MÜSAHİBƏ + FOTO
24 Apr 2024 | 20:37
Hikmət Mirzəyevin adı siyahıya buna görə düşüb - Bağışlanılmaz səhv
24 Apr 2024 | 21:54
“Mən də ondan əvvəl ölsəydim Cavanşir Məmmədov da belə edərdi”- Firuzə İbadova səhnəni tərk edir?-AÇIQLAMA+ÖZƏL
24 Apr 2024 | 17:59
“Bu gün 4 kəndi qaytarırlarsa, sabah 444 kəndi qaytara bilərlər...”
24 Apr 2024 | 18:37
Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB + FOTO/VİDEO
24 Apr 2024 | 15:05
"Rusiya işğalçıları yaxın zamanlarda Ukraynaya zərbələri gücləndirəcək" - ISW
24 Apr 2024 | 15:35
"Bayram Nurlunun əkiz taylarından biri olmusan" - Türkanın yeni halı bəyənilmədi - FOTOlar
24 Apr 2024 | 16:25
“Həyəti sel aparıb pis günə qoymuşdu” - Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyində yenidənqurma işləri gedir - ÖZƏL + FOTO/VİDEO