Moderator.az xəbər verir ki, Demokratik İslahatçı Gənclər” İctimai Birliyi Qara Dəniz Əməkdaşlıq Təşkilatı ilə birgə “ Qara Dəniz ölkələrinin Vətəndaş Cəmiyyəti İnstitutlarının regional əməkdaşlığı- problemlər və perspektivlər” adlı beynəlxalq Forum keçirəcək. Bu barədə razılıq DİGİB sədri Vüsalə Hüseynli ilə qurumun beynəlxalq əlaqələr üzrə baş katibinin müavini , səfir Traian Chebeleu ilə görüşdə əldə olunub. Demokratik İslahatçı Gənclər” İctimai Birliyindən verilən məlumata görə, görüş zamanı Vüsalə Hüseynli səfirə, Azərbaycanda Vətəndaş Cəmiyyəti İnstitutlarının inkişafından, qht-lərə dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq yaradılmış milli donor institutları barədə - Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Azərbaycan Prezidenti yanında Gənclər Fondu haqqında məlumat verib. Gənclər təşkilatının rəhbəri bildirib ki, bu gün Azərbaycanın Vətəndaş Cəmiyyəti İnstitutları beynəlxalq layihələrdə mütəmadi iştirak edir: “ V.Hüseynli qeyd edib ki, bu gün Azərbaycanda istənilən səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün həm Vətəndaş Cəmiyyəti, həm də Dövlət tərəfindən yüksək səviyyəli dəstək sərgilənməkdədir”.
Görüş
zamanı QDƏT-nin dəstəyi ilə Azərbaycanda beynəlxalq tədbirin keçirilməsi barədə
razılıq əldə olunub. Qeyd edək ki, görüş
sentyabrın 4-6-da Rumınyanın paytaxtı Buxarestə keçirilən Qara Dəniz ölkələri Vətəndaş
Cəmiyyəti İnstitutlarının 6-cı Forumunda baş tutub. Vüsalə Hüseynli eyni zamanda, Forum çərçivəsində
Moldovanın ombudsmanı Aureliya Qriqoriunin müdafiəsi ilə bağlı qətnaməni tədbir iştirakçılarına təqdim edib. O qeyd
edib ki, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyi üçün Moldovanın xanım
ombudsmanı bu gündə Ermənistan tərəfindən təzyiqlərlə üzləşməkdədir və bu işdə beynəlxalq təşkilatların münasibət
bildirmələrinin önəmli olduğunu vurğulayıb. Təqdim olunmuş qətnamə bir çox təşkilatlar tərəfindən
imzalanıb.