İyulun 12-dən etibarən Tovuz istiqamətində başlayan hərbi əməliyyatlar düşmənin ağır məğlubiyəti ilə nəticələnib. Lakin əməliyyatlar zamanı bir neçə Azərbaycan hərbçisi də şəhid oldu ki, artıq indidən bəzi qələm sahibləri onlar haqqında şeirlər, romanlar yazmağa, şəhidlərimizin qəhrəmanlığını əbədiləşdirməyə başlayıb.
Moderator.az-a açıqlama verən millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı şəhidlər haqqında ədəbi əsərlər yazılmasını təqdir etdiyini vurğulasa da, bu əsərlərin şəhidlərin adına layiq olmasının vacibliyini qeyd etdi:
“Bu hər bir qələm sahibinin ruhundan, ruhi vəziyyətindən, ilhamından asılı olan bir məsələdir. Təbii ki, buna ictimai sifariş də var. Xalq həmişə onun azadlığı, müstəqilliyi yolunda şəhid olan insanların xatirəsinin əbədiləşdirilməsini istəyir. Bu, yazılmayan qanundur. Kimsə bu barədə nəsə yzırsa, buna normal baxıram. Amma bir şərtlə ki, yaxşı yazılsın və şəhdilərin adına, xatirəsinə layiq olsun”.
Seymur ƏLİYEV