Müsəlman Qardaşlar (İhvan) təşkilatının
qurucusu Həsən Əl-Bənnanın “Müsəlman Qardaşlar” təşkilatının 1948-ci ildə
bağlanılmasından bir gün əvvəl yazdığı məktubu "İhvan"ın internet
səhifəsində yenidən dərc olunub.
Əl-Bənnanın
o dövrdə qələmə aldığı məktubda "İhvan"ın hədəflərini reallaşdırmaq
üçün dövlətə ehtiyacının olmadığını, hərəkatın gücünü "Şəxsən Allahdan
aldığı, inananların Allahın dəstəyinə məzhər olduqları" ifadə edilir.
Məktub
da həmçinin deyilir: "Dəyərli qardaşlarım, dünya bu gün Rusiyanın kommunizmi
ilə Amerikanın demokratiyası arasında tərəddüd etməkdədir, sabitlik və sülhün təsisli
üçün hansı yolu tutacağı mövzusunda qarışıqlıq yaşamaqdadır. Siz əllərinizdə
səma vəhyinin dərman şüşəsini tutursunuz. Bu həqiqəti açıq-aşkar və güclü bir
şəkildə qışqırmaq, bəşəriyyəti İslamın yoluna çağırmaq boynumuzda vəzifədir.
Dövlətimizin və iqtidarımızın olmaması bizim gücümüzdən heç bir şey əskiltməz,
çünki çağırışlar gücünü özündən alar, sonra o çağırışa inananların
ürəklərindən, sonra dünyanın ona ehtiyacından alar. Daha sonra Allah nə vaxt
diləyər və təqdir etsə, o çağırışa dəstək verərək, onu həyata keçirər".
Misirin
İngiltərənin siyası nüfuzu altında olduğu dövrdə qələmə aldığı məktubunda
əl-Bənna İslam dünyasının istismara, müstəmləkəyə boyun əyməyəcəyini də bu
ifadələriylə vurğulayır: "Ölkələri okeandan okeana uzanan 400 milyon
müsəlman bir qəfil andan istifadə edərək torpaqlarını işğal edən
müstəmləkəçiliyə əsla boyun əyməyəcək. Yer üzündə "La ilahə illəllah,
Muhammədur-Rəsulullah" deyən bir müsəlmanın yaşadığı hər qarış torpağı
İslam vətəni sayırıq və müstəmləkəçilikdən xilas edərək azadlığına qovuşması
üçün səy göstəririk. Bu vətən şərqdə İndoneziyadan, qərbdə Kasablankaya qədər
uzanır".
Həsən
el-Bənnanın məktubu bu ifadələrlə sona çatır: "Bu münasibətlə sizə,
xüsusilə paklığı əldə şüar etməyi tövsiyə edirəm. Özdə, sözdə, könüldə,
düşüncədə, hərəkətdə, ifadədə, yemədə-içmədə paklıq şüarımız olsun. Rəsulullah
(s) ümmətinə paklıq və zəriflikdə insanlar arasında dərhal gözə dəyən bir xal
kimi olmağı tövsiyə etmişdir. Fiqh kitablarımız, təharət bəhsiylə başlayar.
Yenə səhih bir Hədisi-Şərifdə "cənnətin açarı namaz, namazın açarı
təharətdir" buyurulmuşdur. "Allah tövbə edənləri sevər və
təmizlənənləri sevər" buyuran Allah, doğru söyləmişdir. Allahın salamı,
rəhməti, bərəkəti üzərinizə olsun".