İyulun 12-də erməni odusunun Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində törətdiyi təxribat bütün ölkədə ciddi narahatlığa səbəb olub.
Moderator.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə baş verənləri şərh etməklə yanaşı, atılması gərəkən addımları da müzakirə etməyə çalışdıq:
-Səmyar bəy, artıq iki gündür ki, Azərbaycan-Ermənistan sərhəddin qanlı döyüşlər gedir. Iyulun 12-də baş verən erməni təxribatı və bu təxribatın doğurduğu əməliyyatları necə dəyərləndirirsiniz?
-Təbii ki, erməni tərəfinin bu təxribatı hər şeydən öncə rəsmi İrəvanın işğalçılıq siyasətindən əl çəkmədiyini göstərir. Baş verənlər bir daha sübut edir ki, düşmən Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil və yeni-yeni təxribatlara əl atmaqla regionda vəziyyəti gərginləşdirməyə çalışır. Bizim üçün qürurvericidir ki, Azərbaycan ordusu düşmən təxribatlarını qətiyyətlə dəf etməkdə, ona ağır, sarsıdıcı zərbələr endirməkdədir. Hərbi təxribatlara əl atan düşmənin elə hərbi müstəvidə cəzalandırılması mütləqdir və əminəm ki, ordumuz bu prosesi uğurla başa çatdıracaq.
-Səmyar bəy, məlum olaylarla bağlı bir sıra beynəlxalq təşkilatlar və aparıcı dövlətlər bəyanatlar səsləndirdi. Sizcə bu bəyanatlar Azərbaycanın maarqları baxımından nə dərəcədə qənaətbəxşdir?
- Tovuz rayonunda baş verəın hadisələr fonunda beynəlxalq təşkilatların, eləcə də Rusiya XİN-nin ikili mahiyətli, dişsiz bəyanatalarına şahid olduq. Bu açıqlamalarda Ermənistana qarşı hər hansı təzyiq, qınaq, ittiham səsləndirilmədi. Odur ki, bu cür bəyanatalr təbii ki, bizi qane edə bilməz və regionda baş verən prosesləri dolğun əks etdirmir. Sərhədləri təcavüzə məruz qalan Azərbaycanı təmkinli olmağa səsləmək absurddur və Azərbaycan heç vaxt bununla barışmayacaq. Bütün beynəxalq təşkilatlar da bilməlidir ki, xalq ölkə başçısının arxasındadır və onun siaysətini sona qədər dəstəkləyir.
Yalnız Türkiyə və Pakistan Azərbaycanın haqlı mövqeyini qəti şəkildə müdafiə etdi, bBaş verənlərə görə Ermənistanı ittiham etdi. Biz hər iki dövlətin Azərbaycanın haqlı mövqeyini qəti şəkildə müdafiə etdiyinə şahid olduq.
-İndiki həssas məqamda fərd və toplum olaraq atmalı olduğumuz hansı addımlar var?
-Bu gün Azərbaycan cəmiyyətinin həmrəylik sərgiləməsinə, ölkə başçısı ətrafında sıx birləşməsinə daha çox ehtiyac var. Biz bir nəfər kimi ali baş komandanən ətrafında birləşməli, ölkəmizi düşdüyü indiki ağır vəziyyətdən birgə çıxamalıyıq. İndi hər şey bizim həmrəyliyimizdən, birliyimizdən, ali baş komandan ərafında nə dərəcədə sıx birləşməyimizdən asılıdır. Əgər biz düşməni məğlub etmək, ona öz yerini göstərmək istəyiriksə, dövlətimizi qətiyyətlə dəstəkləməli, ölkə başçısının hər bir çağırışına dərhal səs verməliyik.
-Davam edən hərbi əməliyyatlarla bağlı gözləntiləriniz nədən ibarətdir?
-Mən bu əməliyyatların Azərbaycan ordusunun şanlı qələbəsi ilə başa çatacağına, düşmənin darmadağın ediləcəyinə inanıram. Əminəm ki, Azərbaycan ordusu şəhdilərimizin qisasını alacaq, düşmənə bundan sonra da ağır, sarsıdıcı zərbələr endirməkdə davam edəcək.
Ölkə başçısı Təhlükəsizlik Şurasındakı çıxışında da bidlridi ki, düşmənə heç bir güzəşt edilməyəcək. Bu isə o deməkdir ki, Ermənistan üçün daha ağır, dəhşətli günlər hələ qarşıdadır.
Mən sonda Tovuzdakı hərbi əməliyaytlarda haqq dünyasına qovuşan şəhidlərimizə Allahdan rəhmət diləyir, bütün yarlı hərbçilərimizin ən qısa zamanda əvvəlki sağlamlıqlarına qovuşmasını arzulayıram. Bir daha bildirirəm ki, hər birimiz ordumuzun, ali baş komandanımızın yanındayıq və onların hər bir çağırışını bundan sonra da bütün qəlbimizlə dəstəkləyəcəyik.
Seymur ƏLİYEV