Son vaxtlar Azərbaycanda güc orqanlarının bir sıra nazirlik və iri dövlət qurumlarında qanunsuzluğa yol verən məmurlarla bağlı silsilə əməliyyatlar və həbslər apardığı məlumdur. Lakin nə qədər qəribə olsa da hələ ki, rəhbəri olduqları qurumlarda baş verən qanunsuzluqlara görə bu qurumların başında dayanan şəxslərdən hər hansı birinin istefa verməsi reallaşmayıb
Maraqlıdır, ciddi
qanunsuzluqların aşkarlandığı qurumların rəhbərləri baş verənlərə görə ən
azından mənəvi məsuliyyət daşıyırmı? Azərbaycanda bu cür qurumların rəhbərlərinin
istefa verməməsi nə ilə bağlıdır?
Moderator.az-a açıqlama
verən Ümid Partiyasının rəhbəri İqbal Ağazadə bunun çox sadə səbəbi olduğunu
vurğuladı:
“Məsələ bundadır ki, bu şəxslər
istəsələr belə istefa verə bilməzlər. Çünki onlar o qədər qanunsuzluğa yol
veriblər ki, özbaşına istefa verəcəkləri təqdirdə başlarına nələrin gələcəyini
bilirlər. Buna görə də onlar ökə başçısının qərarını gözləyirlər.
Onlar aqibətləri ilə
bağlı hansı qərar verilisə, o qərara da boyun əyir, öz aqibətləri ilə
barışırlar. Yəni törətdikləri qanunsuzuqlar onların əlindən istefa vermək azadlığını da alır. Buna görə də
onların istefa verməsi mümkün deyil. Və elə buna görə də biz bu cür istefalara
şahid ola bilmirik”.
Seymur ƏLİYEV