Xəbər verdiyimiz kimi, Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Harutyan Qarabağ müharibəsi ilə cəfəng iddia ilə çıxış edib. Düşmən generalı qeyd edib ki, guya Azərbaycan 90-cı illərdə Ermənistana üstün hərbi texnika fonunda məğlub olub.
Moderator.az-a açıqlama verən hərbi ekspert Azad İsazadə bu iddianın tamamilə əsassız olduğunu vurğulayıb:
“1992-ci ildən etibarən Cənuvi Qafqazdakı sovet ordusuna məxsus texnikaların respublikalara paylanılması prosesi baş verdi. Azərbaycanda bu texnikalar daha çox idi və biz bu texnikaların Rusiyadan qəbuluna daha tez başladıq. Biz yalnız 1992-ci ilin yayında texnika baxımından müyyən üstnülük əldə etməyə başladı. Halbuki, 1992-ci ilin mayına qədər Ermənistan ordusu texnika baxımından daha üstün durumda idi. Söhbət sadəcə texnikadan yox, həm də müəyyən silah-sursatdan gedir. Lakin bu prosesin ardınca Ermənistan da ona düşən texnikaları almağa başaldı və nəticədə yenə də hərbi texnika baxımından balans yarandı.
1994-cü ilə qədər, yəni atəşkəsin imzalanmasına qədər Azərbaycanın texnika baxımından Ermənistan qarısında üstünlüyü olmayıb. Üstünlüyümüz yalnız hərbi aviasiya sahəsində, təyyarə və helekopterlərin sayında olub. Bunun da səbəbi o idi ki, Azərbaycanda hərbi aviasiya sovet dönəmndən olub. Ermənistanda isə bu sahə sonradan yaradıldı. Bunun xaricində Azərbaycan texnika baxımından Ermənistan qarşısında üstünlüyə malik olmayıb”.
Seymur ƏLİYEV