AMEA
Naxçıvan Bölməsinin elektron kitabxanasının açılışı olub.
Moderator.az-ın
məlumatına görə, açılış mərasimində çıxış edən bölmənin sədri, akademik İsmayıl
Hacıyev bölmənin maddi-texniki bazasının gücləndirildiyini, əməkdaşların
fəaliyyəti üçün şərait yaradıldığını bildirib.
Açılış mərasimində iştirak edən Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu münasibətlə əməkdaşları
təbrik edib.
Muxtar respublikanın rabitə və informasiya
texnologiyaları naziri Rövşən Məmmədov bildirib ki, elektron kitabxananın
yaradılması məqsədilə 12 terabayt yaddaşı olan əsas və ehtiyat server
quraşdırılıb, elektron oxu zalı üçün 6 oxucu yeri yaradılıb.
Hazırda kitabxananın fondunda 33 minə yaxın kitab
var. Kitabxananın www.e-kitab.ameanb.nmr.az internet saytı dünyadakı istənilən
elektron kitabxana ilə informasiya mübadiləsi aparmağa imkan verir. İlkin
mərhələdə kitabxanada 788 kitabın elektron kataloqu, 246 kitabın isə tam mətnli
elektron versiyası hazırlanıb.