Ermənistanın faşist casusu Qaregin Njdeyə İrəvanın mərkəzində heykəl ucaltması xeyli müddətdir ki, Azərbaycan tərəfindən ciddi şəkildə tənqid olunmaqda, sərt şəkildə qınanmaqdadır. Lakin bütün qınaq və tənqidlərə rəğmən erməni faşistləri alman faşistlərinə nökərçilik edən babalarını israrla müdafiə etməkdə, Njde ideyalarını təbliğ etməkdədir.
Moderator.az xəbər verir
ki, bu günlərdə Ermənistanın Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi Norat
Ter-Qriqoryants Njde və onun ermənilər üçün önəmi haqqında yeni açıqlama ilə
çıxış edib.
Azərbaycanın Njde ilə
bağlı tənqidi fikirlərini qınadığını bildirən erməni generalı, Njdenin erməni
xalqının qəhrəmanı olduğunu bildirib, faşist cəlladından fərəhlə bəhs edib:
“Azərbaycan Njdeyə
toxunur. Njde bizim qəhrəmanımızdır, əlbəttə ki, o adamın heykəlinin
ucaldılmasını istəmirlər. Və o heykəl həmişə olacaq və düşmənlərimizin kim
olduğunu bizə xatırlatacaqdır. Yaxşı ki, Njde ermənidir. O, bizim qəhrəmanımızdır
və biz onunla qürur duyuruq”.
Sabiq qərargah rəisi həmçinin
Azərbaycanı aqressiv bəyanatlar verməkdə, Qarabağ problemini hərbi yolla həll
etmək istəyində ittiham edib.
Seymur ƏLİYEV