Ölkəmizdə koronavirusa qarşı mübarizə davam edir. Bir tərəfdən pandemiyaya qarşı mübarizə aparan dövlət, digər tərəfdən əhalinin maddi rifahının yüksəldilməsi üçün sosial-humanitar layihələr həyata keçirir ki, bu da cəmiyyətdə böyük rəğbətlə qarşılanır.
Moderator.az-a
açıqlamasında dövlətin bu yöndə həyata keçirdiyi siyasəti şərh edən Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri
Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, atılan addımların önəminə
diqqət çəkib:
“Koronavirusa qarşış
mübarizə istiqamətində ilk gündən ciddi addımalr atıldı. Koronavirusla Mübarizəyə
Dəstək Fondu yardıldı, xaricdəki sodyaşlarımız ölkəyə gətirildi, sərhədlər
bağlanıldı, karantin rejimi tətbqi edildi və s. Koronaviruslu xəstələrin müalicəsi
üçün qısa zamanda modul tipli xəstəxanalar yaradıldı, tibbi heyət səfərbər
edildi.
Azərbaycan bu gün də koronavirusa
qarşı öz gücü və imkanları daxilində mübarizə aparır, habelə pandemiyadan əziyyət
çəkən dövlətlərə də yardımlaırnı davam etdirir. Ölkə başçısı pandemiyaya qarşı
mübarizədə beynəlxalq səyləri artırmaq və birləşdirmək məqəsdi ilə BMT-nin Baş
Assamblyeasının növbədənkənar toplantısının keçirilməsi təklifi ilə çıxış etdi.
Hansı ki, bu təklif artıq 130-dan çox dövlət tərəfindən dəstəklənib.
Bu il ölkəmizdə 7 min məcburi
köçkün ailəsinə mənzil tikilir. 1500 şəhid ailəsi mənzillə təmin ediləcək. 85
min insana ünvanlı sosial yardım veriləcək. Qarabağ veteranlarına avtomobillərin
verilməsi prosesi də davam edir. 600 min insana 2 ay ərzində 190 manat məbləğində
müavinət verildi. Karantin olan rayonlarda müavinətlərin verilməsi prosesi bu
ay da davam etdiriləcək.
Pandemiyaya qarşı müabrizə
fonunda belə dövlət bütün sosial layihələrin həyata keçriilməsində qərarlıdır və
bütün vasitələrdən istifadə edərək vətəndaşların sosial rifahını yüksəltməyə
çalışır.
Heydər Əliyev Fondu bu
proseslərdə fəal iştirak etdi. 200 min nəfər insana Heydər Əliyev Fondu tərəfindən
yardım göstərildi. Fondun Regional İnkişaf İctimai Birliyi bu prosesdə fəal rol
oynadı.
Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi də vətəndaşlara böyük miqdarda yardımlar etdi. YAP-ın vətəndaşlarımıza
göstərdiyi diqqət və qayğı da təqdirəlayiq oldu. Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidməti şəhid ailələri, müharibə veteranları, Qarabağ əlillərinə
yardım göstərdi. QHT-lərin, media və televiziyların pandemiyaya qarşı mübarizədə
ortaya qoyduğu əzm də alqışlanmalıdır.
Pandemiyaya qarşı mübarizədə
bütün cəmiyyət, bütün vətəndaşlar səfərbər olunmalıdır. Karantin rejiminin
qaydalarına ciddi şəkildə əməl etməklə özümüzü və ətrafımızdakı insanları
qorumalıyıq. Biz dövlətimizin aldığı qərarlara həssaslıqla yanaşmalıyıq.
Təəssüflər olsun ki, bu həssas
stuasiyadan belə öz siyasi və qrup maraqları üçün istifadə etməyə çalışanlar
var. Bu bir müharibədir. Biz bu müharibədən qalib çıxmaq üçün hamılıqla səfərbər
olunmalı, eyni yöndə, eyni amal uğrunda çalışmalıyıq. Siyasi baxışından asılı
olmayaraq, hər kəs xalqımız, dövlətimiz üçün ciddi təhdid vəd edən bu təhlükənin
aradan qaldırılması üçün birlik və qətiyyət sərgiləməlidir. Bizim xilas yolumuz
məhz budur”.