Koronavirusun yayılması fonunda karantin rejiminin qaydalarına əməl etməyənlərə münasibətdə ictimai qınağın tətbiqinin zəruriliyi son günlərin ən çox müzakirə edilən məsələləri sırasındadır.
Sadəcə, karantin rejiminin qaydalarını pozan, maska
taxmayan, sosial məsafə gözləməyənlərə qarşı deyil, cəmiyyətədki bütün neqativlərə
və eyəcərliklərə münasibətdə ictimai qınağın ortaya qoyması nə dərəcədə vacib və
effektivdir?
Moderator.az-a açıqlama
verən media eksperti Elçin Şıxlı ictimai qınağın mühüm əhəmiyyətə malik
olduğuna diqqət çəkdi:
“İctimai qınaq böyük qüvvədir,
sadəcə ortada qınanmalı bir şey varsa... O ki qaldı, karantin rejimində sosial
məsafə saxlamağa, burada ictimai qınaq hökmən olmalıdır. Əgər hardasa növbə
gözləyəndə, kimsə sosial məsafə tələbinə əməl etmirsə, o zaman sıradakı digər
insanlar buna öz etirazını bildirməli, onu sosial məsafə saxlamağa səsləməlidir.
Lakin təəssüflər olsun ki, insanların bəzisi ictimai qınaq amilinə o qədər də
önəm vermir.
Ümumilikdə etiraf etməliyik
ki, biz basabas salmağı xoşlayırıq. Ancaq pandemiyanın yayıldığı indiki dönəmdə
sosial məsafə amilinin saxlanılması vacibdir və bunu pozanlara da ciddi qınaq
olmalıdır. Biz əhatəmizdəki insanları qayda-qanuna çağırmasaq, heç nə düzələsi
deyil. Biz bu xəstəliyə qalib gəlmək istəyiriksə, o zaman özümüz-özümüzü
qorumalı, ətrafdakıları da qaydalara əməl etməyə səsləməliyik”.
Seymur ƏLİYEV