Məlum olduğu kimi, rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında “Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb. Hansı ki, bu kanalda Qarabağ və Azərbaycan həqiqələri obyektiv şəkildə təbliğ edilir, erməni yalanlarının ifşası həyata keçirilir.
Azərbaycandan kənarda yaşayan,
media və internet resurslarında Azərbaycan həqiqətlərini təbliğ edən bu və bu qəbildən
olan digər şəxslərlə əlaqələrin qurulması, onların fəaliyyətinin dəstəklənməsi
nə dərəcədə vacibdir? Bu, Ermənistanla informasiya müharibəsində daha böyük
uğur qazanmağa imkan verə bilərmi?
Moderator.az-a açıqlama verən “Yeni
Nəsil” Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu cür şəxslərlə
əlaqələrin qurulmasının vacib olduğunu söylədi:
“Təbii ki, bu cür şəxslərlə əlaqələr
mühüm əhəmiyyət kəsb edir. Bu, münaqişənin ilk günlərindən başlayaraq ermənilərin
geniş şəkildə tətbiq etdiyi bir üsuldur. Baxın, ermənilərin sözlərini SSRİ Ali
Soveti və digər qurumlarda kimlər söyləyirdi? Bunu söyləyənlər arasında ermənilərlə
yanaşı, digər millətlərin nümayəndələri də var idi. Onlar erməni maraqlarını
müdafiə edən qeyri-ermənilərlə fəal işləyirdilər.
Düşünürəm ki, Azərbaycanda da rəsmi
və ya qeyri-rəsmi qurumların bu şəxslərlə müəyyən əlaqələri mövcuddur. Mən bu əlaqələrin
hansı keyfiyyətdə olduğunu bilmirəm. Ancaq bildiyimə görə, bu cür əlaqələr var
və bunun olması olduqca vacibdir. Qarabağ həqiqətlərinin dünyada geniş şəkildə
tanıdılması, erməni yalanlarının ifşa edilməsi bir sıra amillərlə yanaşı, həm də bu şəxslərlə effektiv işləməkdən
asılıdır”.
Seymur ƏLİYEV