“Dörd-beş qəzetdən başqa bu gün ölkədə yazılı mətbuatı oxuyan yoxdur...”
Oxunub: 3960
05 Jul 2020 | 19:30
“Dörd-beş qəzetdən başqa bu gün ölkədə yazılı mətbuatı oxuyan yoxdur...”
Milli Məclisin (MM) İntizam komissiyasının sədr müavini, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının müsahibəsini təqdim edirik:

- Fəzail bəy, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) dünən ölkədə fəaliyyət göstərən 18 qəzetə maliyyə yardımı ayırdı. Dərhal da bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrildi. Bunu təqdir edənlərlə yanaşı, bir çoxları tərəfindən ciddi tənqidlərə məruz qaldı. Xüsusilə də, bəzi qəzetlərin adlarının o siyahıya salınması təəssüflə, etirazla qarşılandı. Bir zamanlar KİVDF-ni ciddi tənqid və ittiham etmiş bir şəxs kimi Siz bu haqda nə fikirdəsiniz?

– Mən bu məlumatı kütləvi informasiya vasitələrindən oxudum və təəssüf etdim. Qeyd etdiyiniz kimi, vaxtilə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda baş vermiş olan əyintilərin, eyni zamanda, orada olan özbaşınalığın, vəsaitlərin dağıdılmasının, jurnalistlərə qarşı ədalətsiz münasibətin üstünə getmişdim, o faktları açıqlamışdım və dediklərim də öz təsdiqini tapdı. Odur ki, mən əslində yeni rəhbərlikdən tamamilə başqa bir münasibət, yeni yanaşma gözləyirdim və təəssüf edirəm ki, rəhbərlik dəyişsə də, görünür ki, hansısa səbəbdən onun mahiyyətində zərrə qədər dəyişikliklər hiss olunmur. Açıq şəkildə qeyd edəcəm, təəssüf ki, qeyri-ciddi, reket qəzetlər belə maliyyələşdirilir.

“Paralel” qəzeti var. Həmin qəzetin baş redaktoru Tapdıq Abbas Parlament seçkiləri dövründə mənim ünvanıma, böhtanlar, təhqirlər yağdırmaqla kifayətlənmir, həm də məni şantaj edirdi. Ən müxtəlif yollarla çalışırdı ki, ona hansısa bir şəkildə, hansısa bir formada pul verim, onun tələblərini yerinə yetirim. Təbii ki, mən bunları etmədim və onun hərəkətləri, davranışları, şərəf və ləyaqətimi təhqir etməsi ilə bağlı mən məhkəməyə müraciət etmişəm. Hazırda məhkəmənin birinci baxışı olub. İndi bu pandemiyaya görə, məhkəmə təxirə salınıb və həqiqətən mütləq sübut olunacaq ki, bu adam şantajçıdır, böhtançıdır, qərəzçidir və əslində Azərbaycanın mətbuatına ləkə gətirən bir insandır. Həmin şəxsin baş redaktoru olduğu qəzetin də adını orada görəndə çox təəssüf etdim.

Burada yenilik ondan ibarət oldu ki, “525-ci qəzet” və “Şərq” kimi nüfuzlu, hörmətli qəzetlər maliyyə vəsaiti ayrılanların içərisində oldu. Bunu ürəkdən alqışlayıram. Ancaq orada elə mətbuat orqanları var ki, onlar ümumiyyətlə, oxunmur. Bu gün mənə elə gəlir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi ictimai rəyin formalaşmasında ciddi rol oynayan elektron mətbuata daha çox diqqət və əhəmiyyət verməlidir. Daha çox onların situmullaşdırılması üçün addımlar atmalı və onları himayəyə götürüb, onlara maddi dəstək, maddi köməklik etməklə, onların izlənilməsinə və fəaliyyətinə daha geniş imkan yaratmalıdır. Çünki adları siyahıda olan dörd-beş qəzetdən başqa bu gün ölkədə yazılı mətbuatı oxuyan yoxdur.

Bu, həqiqətdir, bu, reallıqdır. Yəni, bu kiminsə, necə deyərlər, subyektiv mövqeyi deyil. Ancaq baxın, hər kəsin əlində bir telefon, evində bir kompüter dərhal yuxudan duran kimi internet resurslarından istifadə edərək bütün mətbuatı izləyə bilir, oxuya bilir. Və bütün məlumatları da biz bu gün yazılı mətbuatdan yox, məhz saytlardan alırıq. Belə olan halda, nəyə görə, saytlar bu himayədən kənarda qalır, mən başa düşə bilmirəm. Ancaq bazarda, sadəcə, kağız parçası kimi, istifadə olunan bəzi qəzetlərə yenə vəsaitin ayrılmasını doğru hesab etmirəm. Düşünürəm ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu məsələlərə yenidən baxmalıdır. Ən azı öz imicinin təmizliyi naminə.

- Yeri gəlmişkən, ölkədə bir neçə rəsmi, dövlət qəzeti var:”Azərbaycan”, “Xalq qəzeti” və “Respublika” və sair. Bu gün onlara doğrudan da, ehtiyac varmı?

- Bilirsiniz, onlardan biri Milli Məclisin orqanıdır, biri Nazirlər Kabinetinin orqanıdır, biri də Prezident Administrasiyası İdarəsinin orqanıdır. Mən bunun əleyhinə deyiləm. Çünki rəsmi qəzetlər olmalıdır. Orada rəsmi xronikalar getməlidir. İnsanlar bu xronika ilə lazım gələndə maraqlanmalıdır, bəzi şeyləri özü üçün götürməlidir. Eyni zamanda ola bilsin ki, o yazılı mətbuatda bir tarix yazılır və sairə. Mən bunun əleyhinə deyiləm.

Lakin bunlar da ola bilsin ki, öz fəaliyyətlərində bir az dönüş yaratmalıdırlar, daha çox oxunaqlı olmaq, böyük oxucu auditoriyasını öz ətrafında birləşdirmək üçün öz fəaliyyətlərini yeniləməlidirlər və sair. Mən bu qəzetlərin məhdudlaşdırılması və bağlanmasının tərəfdarı deyiləm. Ona görə ki, bunların artıq mövqeyi bəllidir, istiqaməti bəllidir və xətti bəllidir. Bu xətt üzrə onlar hər halda bu gün öz fəaliyyətlərini qururlar. Çox arzu edərdim ki, daha yüksək səviyyədə qursunlar.

Ancaq elə qəzetlər var ki, onlar qeyri-müəyyən mövqe tuturlar. Bunlar şantaj mövqeyi sətgiləyirlər. Şər, böhtan yağdıraraq, onu özünün, necə deyərlər, “qara biznes”inə çevirirlər. Bunları aradan qaldırmaq lazımdır. Bir daha təkrar edirəm, dörd-beş müstəqil qəzetin bu gün bu və ya digər şəkildə nüfuzu və oxucusu var. O, 18 qəzetin içərisində mən üç rəsmi qəzetləri çıxıram, maksimum beş qəzetin bu gün Azərbaycanın ictimai-siyasi həyatında bu və ya digər şəkildə yeri və rolu var. Qalan on qəzetin yoxdur. Yoxdur, təəssüf ki, yoxdur. O zaman bunlara nə üçün pul ayrılmalıdır?

Ancaq bu gün ictimai rəyin formalaşmasında çox mühüm rol oynayan bizim çoxsaylı saytlarımız var. Artıq həqiqətən bütün məlumatlar bu saytlardan götürülür. Elə sizin rəhbəri olduğunuz Etikxeber.az, o cümlədən, Modern.az, Moderator.az, Qafqazinfo.az, Turkistan.info, Azpolitika.info, Azvision.az, MİA.az, son vaxtlar özünün xüsusi fəallığı ilə seçilən və fərqlənən Demokrat.az, həmçinin, Prvada.az, Yenisabah.az, Ölkə.az, Unikal.org, Oxu.az, AFN.az və digər saytlar. Bunlar artıq ictimai rəyin formalaşmasında ciddi rol oynayırlar. Nədən bunlara maliyyə vəsaiti ayrılmalı deyil?…

“Elektron kütləvi informasiya vasitələrinə daha çox diqqətin ayrılmasının tərəfdarıyam…”

- Fəzail bəy, dediklərinizlə tam razıyam. Amma o da faktdır ki, bu gün ölkədə onlarla deyil, bəlkə də yüzlərlə sayt, portal var. Sabah digərləri də buna iddia etməzlərmi?

- Bilirsiniz, ucdantutma hamısına maliyyə dəstəyi verilməsinin tərəfdarı deyiləm. Onların içərisində də qeyri-ciddiləri və başqa məqsədlərə xidmət edənləri var. Bunların üzərində indi geniş dayanmaq istəməzdim. Söhbət ictimai rəyə təsir edən nüfuzlu və müsbət imicli saytlardan, elektron KİV-lərdən gedir. Bu baxımdan, mən bütövlükdə elektron kütləvi informasiya vasitələrinə daha çox diqqətin ayrılmasının tərəfdarıyam. Çünki qeyd etdiyim kimi, ictimai rəyi onlar formalaşdırır. Ciddi məlumatlar məhz sizlərin vasitəsilə cəmiyyətə təqdim olunur. Sizlərin vasitəsilə ölkədə gedən prosesləri, onun ayrı-ayrı elementlərini izləyə, öyrənə, məlumatlana bilirik. Ona görə mənim yanaşmam ondan ibarətdir ki, yazılı mətbuatdan daha çox elektron kütləvi informasiya vasitələrinə diqqət artırılmalıdır. Və verilmiş olan vəsait bunlara daha çox ayrılmalıdır.

Digər bir məqamı da demək istəyərdim ki, çox qəribədir uzun illər boyu jurnalist kimi göstərdiyi fəaliyyətini elektron kütləvi vasitələrində quran media mənsublarından daha çox yazılı mətbuatda olan jurnalistlər önə çəkilir, hətta, evlərin verilməsində belə onlara üstünlük verilir. Bu, doğru deyil. Bu, doğru yanaşma deyil. Jurnalistin əməyinə görə, məhsuldarlığına görə, qiymət vermək lazımdır. Çox arzulayardım ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu məqamlara daha çox fikir versin. Əgər versə, mənə elə gəlir ki, o, köhnə stereotipləri qırıb, özü haqqında daha üstün ictimai rəyi formalaşdıra bilər.

(Davamı olacaq)

Etikxeber.az
Oxşar xəbərlər
00:27, Bu gün
Sevgini necə itirməməli?..
00:02, Bu gün
Hacı Surxay Məmmədli: “Qədr gecəsi şeytanın zəncirləndiyi gecədir” - VİDEO
28 Mar 2024 | 23:59
Düz qarına sahib olmaq üçün bunları edin
28 Mar 2024 | 23:59
Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirdi
28 Mar 2024 | 23:58
Konqoda altı milyona yaxın insan evlərini tərk edib - SƏBƏB
28 Mar 2024 | 23:56
Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - VİDEO
28 Mar 2024 | 23:54
"BlackRock" rəhbəri ABŞ-ın milli borcunun fəlakətli həddə çatdığını bildirib
28 Mar 2024 | 23:50
Sürücülərin NƏZƏRİNƏ: Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
28 Mar 2024 | 23:47
Azərbaycanlılar Qərbi Zəngəzura qayıdacaqlar, burada muxtariyyət yaradılacaq - VİDEO
28 Mar 2024 | 23:47
Gözəllikləri ilə modelləri də geridə qoyan BÜRCLƏR
28 Mar 2024 | 23:41
"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu
28 Mar 2024 | 23:41
Qazaxıstandan öz vətəndaşlarına ÇAĞIRIŞ: “Odessa və Xarkov vilayətlərini tərk edin”
28 Mar 2024 | 23:37
Azərbaycan və Ermənistan parlamentlərinin rəhbərləri may ayında görüşəcəklər
28 Mar 2024 | 23:35
Axund Azər Sani: “İndi bayıra çıxsan, hiss etməzsən ki, Ramazandır” - VİDEO
28 Mar 2024 | 23:32
Bakıda bu evlər bahalaşdı
28 Mar 2024 | 23:26
Gəncədə yaşayış binasın dam örtüyü yanır
28 Mar 2024 | 23:20
Valideyndən övladına nə miras qalmalıdır? - SORĞU + VİDEO
28 Mar 2024 | 22:55
Futzal üzrə Azərbaycan Kubokunun yarımfinalçıları müəyyənləşib
28 Mar 2024 | 22:50
Göyçayda ağır yol qəzası baş verib, xəsarət alanlar var
28 Mar 2024 | 22:47
İşıqforda güllə yağışı: Yaralılar var
28 Mar 2024 | 22:44
Nadirdən Aytən Səfərovanın fikirlərinə CAVAB
28 Mar 2024 | 22:43
"Britaniya ordusu Rusiyaya qarşı iki aydan çox savaşa bilməz" - "The Telegraph"
28 Mar 2024 | 22:41
Çayı soyuq su ilə soyutmaq olmaz! - Bunları "öldürürsünüz"
28 Mar 2024 | 22:38
İndoneziya Cakartaya xüsusi status verir
28 Mar 2024 | 22:35
Dostunun ad günündə dava saldı: Həbs olundu
28 Mar 2024 | 22:33
BDU-da "İnsanlıq əleyhinə cinayət:soyqırımı siyasəti, tarixi həqiqətlər və faktlar" adlı konfrans keçirilib - FOTO
28 Mar 2024 | 22:30
Azərbaycan təhlükəsizlik orqanlarına həsr edilən “Xüsusi Xidmət” sənədli filmi - VİDEO
28 Mar 2024 | 22:30
Polisdən reyd: Nömrənin yerini dəyişənlər cərimə edildilər: - VİDEO
28 Mar 2024 | 22:27
CAR-da avtobus körpüdən aşıb, onlarla sərnişin ölüb
28 Mar 2024 | 22:22
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
28 Mar 2024 | 22:18
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
28 Mar 2024 | 22:07
Quzu ətindən baha olan göbələk növü - VİDEO
28 Mar 2024 | 22:03
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
28 Mar 2024 | 21:59
Ən şanssız 4 bürc
28 Mar 2024 | 21:50
Yaxınlığında yerləşən məzar 680 minə satılır
28 Mar 2024 | 21:45
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
28 Mar 2024 | 21:38
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
28 Mar 2024 | 21:37
"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"
28 Mar 2024 | 21:35
Bu pəhriz idrak funksiyasını yaxşılaşdırmağa kömək edəcək
28 Mar 2024 | 21:34
Kartında pulu olan hər kəsə XƏBƏRDARLIQ
28 Mar 2024 | 21:30
Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirilib - FOTO
28 Mar 2024 | 21:27
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
28 Mar 2024 | 21:26
Bakıda kafedə ölüm olub
28 Mar 2024 | 21:25
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
28 Mar 2024 | 21:16
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Aprelin 2-si və 3-də...
28 Mar 2024 | 21:07
Şokoladın qiyməti dəyişəcək? - VİDEO
28 Mar 2024 | 20:58
Ramazan ayının on doqquzuncu gününün imsak, iftar və namaz vaxtları
28 Mar 2024 | 20:54
"ABŞ-ın Rusiyanın neft emalı zavodlarına hücum etməmək çağırışı dəhşətlidir" - "The Hill" 
28 Mar 2024 | 20:50
Trendyoldan sifariş zamanı "300 dollar" limiti ləğv olunur? - EKSPERT AÇIQLADI
28 Mar 2024 | 20:46
Məşhur türk serialı Qarabağda ÇƏKİLƏCƏK?
28 Mar 2024 | 20:41
"Samsung Pay" Rusiyanın “Mir” ödəniş kartları ilə işləməyi dayandırır
28 Mar 2024 | 20:37
Çobanyastığı çayının bilmədiyimiz FAYDALARI
28 Mar 2024 | 20:28
Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər
28 Mar 2024 | 20:25
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
28 Mar 2024 | 20:15
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
28 Mar 2024 | 20:13
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
28 Mar 2024 | 20:11
Yıldız Tilbe: "Allah pensiyaya çıxanlara kömək olsun, başqa kömək edən yoxdur"
28 Mar 2024 | 20:08
Çox şanslıdırlar: İki bürcü karyera yüksəlişi gözləyir
28 Mar 2024 | 20:06
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
28 Mar 2024 | 19:59
Sumqayıtda yolların təmirinə başlanılıb - FOTO/VİDEO
28 Mar 2024 | 19:50
Əfqanıstanda güclü zəlzələ baş verib
28 Mar 2024 | 19:50
Diplomsuz cərrahın qanunsuz əməliyyatları - Klinika nazirliyi necə aldatdı? - FOTO
28 Mar 2024 | 19:46
Bu meyvələr xoşbəxtlik hormonunu artırır
28 Mar 2024 | 19:44
Şahmar Hüseynova yeni vəzifə verildi
28 Mar 2024 | 19:38
Toyuq ətinin yuyulmasının YARATDIĞI TƏHLÜKƏ  
28 Mar 2024 | 19:28
Nazir üç universitetə yeni prorektorlar TƏYİN ETDİ - FOTO
28 Mar 2024 | 19:27
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
28 Mar 2024 | 19:18
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
28 Mar 2024 | 19:11
Qara dəliyin ən aydın görüntüsü çəkilib - FOTO
28 Mar 2024 | 19:08
Azərbaycan və Türkiyə birgə “Qızıl qatar” adlı film çəkəcəklər
28 Mar 2024 | 19:05
Nazir: “Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində müxtəlif tədbirlər keçiriləcək
28 Mar 2024 | 19:03
İƏT Gənclər Forumunun prezidenti: Şuşa bütün türk dövlətləri üçün önəm daşıyır
28 Mar 2024 | 18:59
“Şuşa İƏT Gənclər Paytaxtı - 2024”ün keçirilməsinə dair Öhdəlik Protokolu imzalanıb
28 Mar 2024 | 18:55
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
28 Mar 2024 | 18:43
Yarım milyon mənimsəyən baş həkim HƏBSDƏ ÖLDÜ
28 Mar 2024 | 18:41
"Bavariya" baş məşqçisinə böyük məbləğdə təzminat ödəyəcək
28 Mar 2024 | 18:40
Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib
28 Mar 2024 | 18:25
RİNN: Taksilərə qoyulmuş əksər tələblər qanunvericilikdə bu günə qədər var idi
28 Mar 2024 | 18:20
Bunları yeyəndə əks cinsin gözünə çirkin görünürük  - Fransız alimlərindən ARAŞDIRMA
28 Mar 2024 | 18:08
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
28 Mar 2024 | 18:04
Rusiyada məktəbli qız tanımadığı qadına terror aktı törətməyi təklif etdi: Pul müqabilində - FOTO
28 Mar 2024 | 17:55
"Bizi İsrail ilə ticarət etməkdə ittiham edənlər ölkəmizi nüfuzdan salmağa cəhd göstərir" - Türkiyənin ticarət naziri
28 Mar 2024 | 17:50
Xarici jurnalist: “Qarabağa səfər mənə həqiqəti anlamağa imkan verib”
28 Mar 2024 | 17:45
BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb - FOTO
28 Mar 2024 | 17:40
Bu tarixdən taksilərdə videokameralar quraşdırılacaq
28 Mar 2024 | 17:35
Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
28 Mar 2024 | 17:32
Azərbaycan alimi Rahim Daşdiyevin Elm Gününə töhfəsi
28 Mar 2024 | 17:30
BDU-nun bu fakültəsində 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub - FOTO
28 Mar 2024 | 17:26
Azərbaycanda sərnişin avtobusları ilə bağlı YENİ QƏRAR
28 Mar 2024 | 17:22
Bacısının plastik dırnağı 6 aylıq körpənin boğazında qaldı - FOTO
28 Mar 2024 | 17:18
Azərbaycanda taksilərdə POS-terminallar quraşdırılacaq
28 Mar 2024 | 17:14
“Xuli” ləqəbli narkoman: “İlk dəfə rəhmətlik dostumla patı çəkərək başladım” - VİDEO
28 Mar 2024 | 17:10
Bu avtomobillərlə taksi fəaliyyəti göstərmək qadağan edildi
28 Mar 2024 | 17:06
Taksilər yalnız bu rəngdə olacaq - QƏRAR
28 Mar 2024 | 17:02
Çingiz Mehdiyevi arvadı ifşa edib - Seyşeldə şirkət, ABŞ və Azərbaycanda bahalı mülklər
28 Mar 2024 | 16:58
Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya veriləcək
28 Mar 2024 | 16:54
Məktəb və musiqi kolleci niyə birləşdirildi? - VİDEO
28 Mar 2024 | 16:50
Ağ və qırmızı rəng, məcburi POS-terminal: Taksi minik avtomobilinə dair tələblər müəyyənləşib - FOTO
28 Mar 2024 | 16:47
BDU-nun kafedra müdiri AMEA-nın Fəxri Fərmanı ilə təltif olunub - FOTO
28 Mar 2024 | 16:43
YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir - FOTO
GÜNLÜK
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..
HƏFTƏLİK
25 Mar 2024 | 15:28
"Terrorçuların arxasında dayananların hədəfi icra başçısı yox, Azərbaycandır"
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
23 Mar 2024 | 09:08
78 yaşı tamam olan tanınmış yazıçı: “Dostlarım gedib, qalmışam uşaq-muşaq əlində” -VİDEO+MÜSAHİBƏ
27 Mar 2024 | 12:03
Millət vəkilindən qalmaqallı parklanma qiymətləri ilə bağlı AÇIQLAMA
27 Mar 2024 | 11:10
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
24 Mar 2024 | 19:04
Əhməd Qəşəmoğlu çağırış etdi: "Rədd olun ekranlardan!"
23 Mar 2024 | 12:34
“Bu terror aktının məhz Araz Ağalarovın obyektində törədilməsi məsələsinə gəldikdə...”
23 Mar 2024 | 08:54
“Putin göstərdi ki, siyasi məqsədlərinə çatmaq üçün nə qədər lazımdırsa, o qədər rusu öldürəcək...”
27 Mar 2024 | 10:05
“Putinin ətrafı Ukraynanın “Krokus”dakı terror aktında iştirakına inanmır...”- "Bloomberg” 
23 Mar 2024 | 00:18
Martın sonunda həyatı dəyişəcək 3 bürc
AYLIQ
28 Mar 2024 | 11:56
Şuşalılara müjdə - İlk köç bu tarixdə olacaq
28 Mar 2024 | 09:20
Səhərlər bunları etsəniz, sürətlə arıqlayacaqsınız!
28 Mar 2024 | 08:50
Rusiya səfiri təcili Polşadan qaçdı...- Nə baş verir?..
28 Mar 2024 | 09:43
Yolun ortasında nə üçün süni maneələr yaradıldı? - AYNA-dan AÇIQLAMA + VİDEO
28 Mar 2024 | 08:28
Ərzaq bahalaşması nə vaxtadək davam edəcək - təhlil
28 Mar 2024 | 07:29
“WhatsApp”da “iPhone” üçün yeni funksiya var
28 Mar 2024 | 09:26
“Rusiyada ciddi millətlərarası qarşıdurma başlaya bilər...”- “Nyu-York-Tayms”
28 Mar 2024 | 07:32
“Tesla” avtopilotun sınaq versiyasını buraxacaq - VİDEO
28 Mar 2024 | 12:40
“Həkimə deyib ki, qorxma, gəl qabağa” - Əliağa Vahidi həqiqətənmi tibb bacısı öldürüb? - AÇIQLAMA
28 Mar 2024 | 09:58
“Le Fiqaro” Şahramanyandan müsahibə götürdü...-Separatçıbaşı nələr danışdı?..