Moderator.az-ın
AzərTAc-a istinadən verdiyi məlumata görə, vergi orqanları avqust ayında 3114
vergi ödəyicisinin qanunvericiliyi pozduğunu aşkarlayıb. Vergilər Nazirliyi
analitik-informasiya şöbəsi bildirib ki, 1774 vergi ödəyicisinin nağd
hesablaşmaların aparılması qaydalarını pozduğu, 349 vergi ödəyicisinin qanunla
nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul etdiyi, yaxud qanunsuz
alıb-satdığı və ya dəyişdirdiyi müəyyən olunub.
151 vergi ödəyicisinin vergi orqanlarında qeydə alınmadan fəaliyyət göstərdiyi,
284 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət
növləri ilə belə razılıq almadan məşğul olduğu bilinib.
437 vergi ödəyicisinin 695 fiziki şəxsi əmək müqaviləsi bağlanılmadan işə cəlb etdiyi, 74 vergi ödəyicisinin fərqlənmə nişanı olmayan avtomobil nəqliyyatı ilə sərnişin daşıdığı, 19 vergi ödəyicisində isə aksiz markaları ilə müvafiq qaydada markalanmamış 191 mal olduğu aşkarlanıb.