Xəbər lenti
28/10/2020 [12:05]:
Ermənilərin Bərdəni atəşə tutması nəticəsində həlak olan dinc sakinlər dəfn edilib - FOTO
28/10/2020 [11:59]:
"Ancaq bu yolla virusu yayan 20% insanları izolyasiya edib virusun yayılmasının qarşısını almaq mümkün olar"
28/10/2020 [11:56]:
Paşinyan daha bir vəzifəli şəxsi işindən azad edib
28/10/2020 [11:54]:
"Çarəsiz Paşinyanın ümid etdiyi yeganə şey..." - Metyu Brayza
28/10/2020 [11:51]:
Azərbaycan Ordusu Bərdənin qisasını aldı - VİDEO
28/10/2020 [11:39]:
İşğalçılar Tərtəri “Smerç”dən atəşə tutdu - RƏSMİ
28/10/2020 [11:36]:
Xəstədən 2500 rüşvət alan həkim koronavirusdan dünyasını dəyişdi -Şikayətçi halallıq vermədi...
28/10/2020 [11:33]:
"Moskva Paşinyanın Qarabağda qurduğu tələyə düşmədi..."  -Türk professor
28/10/2020 [11:25]:
Erməni təxribatları nəticəsində 69 mülki şəxs həlak olub, 322 nəfər yaralanıb - FOTO (RƏSMİ)
28/10/2020 [11:19]:
Nəsiman Yaqublu Polşada onlayn Beynəlxalq konfransda erməni terrorunu pisləyib
28/10/2020 [11:18]:
Bərdədə həlak olan 7 yaşlı Aysu dəfn olunur
28/10/2020 [11:13]:
“Yaranmış vəziyyətin özü təkpilləli vahid imtahan modelinə keçidi zəruriləşdirir...”
28/10/2020 [11:13]:
Gürcüstanda daha 1 731 nəfər koronavirusa yoluxub, 15 pasiyent vəfat edib
28/10/2020 [11:11]:
“Ermənistana silah-sursatın hansı ölkələrdən daşınmasına dair sualın cavabı yaxşı məlumdur”
28/10/2020 [11:11]:
Belarus səfiri Gəncəyə gedib
28/10/2020 [11:07]:
Rusiyalı deputat koronavirusdan vəfat edib - FOTO
28/10/2020 [11:06]:
Vətəndaşın 505 manat dəyərində aldığı mobil telefon defekt çıxdı -“Kontakt Home” mağazalar şəbəkəsindən şikayət…
28/10/2020 [11:04]:
Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA vurulmayıb
28/10/2020 [10:57]:
“Əgər beynəlxalq qurumlar istəyirlərsə, Azərbaycan əhalisi həmin normalara hörmətini davam etdirsin...”
28/10/2020 [10:45]:
Məhərrəm Əliyev: "Nənə nəvəsinə deyir ki, erməni tankı vurmasan, geri gəlmə..."
28/10/2020 [10:43]:
Nuran Abdullayev: "Azərbaycan bunu etsə, COVID-19-la mübarizədə Almaniyanı keçər"
28/10/2020 [10:40]:
“Sərhədsiz reportyorlar”dan ermənilərin təhdid etdiyi jurnalistlə bağlı BƏYANAT
28/10/2020 [10:32]:
Qubadlı istiqamətində döyüşlərdə düşmənin atıb qaçdığı hərbi texnikaların videogörüntüsü - VİDEO
28/10/2020 [10:29]:
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
28/10/2020 [10:01]:
“Nüvə silahımız ən yaxşı vəziyyətdədir” - Tramp
28/10/2020 [09:59]:
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub - Müdafiə Nazirliyi
28/10/2020 [09:58]:
Ceyhun Bayramov və Çavuşoğlu Qarabağdakı son vəziyyəti müzakirə etdi
28/10/2020 [09:56]:
Koronavirusla bağlı SON STATİSTİKA
28/10/2020 [09:52]:
Bizim Vətən Müharibəmiz Qarabağ müharibəsidir
28/10/2020 [09:43]:
“Bölgələrdə vətənpərvərlik etüdləri” layihəsi başa çatdı
28/10/2020 [09:35]:
XIX əsrdə ermənilərin Quzey Azərbaycana köçürülməsi məsələsi rus tarixşünaslığında…
28/10/2020 [09:12]:
“Uşaqları, qocaları, qadınları müharibəyə cəlb edənlər Haaqa tribunalının subyektlərinə çevriləcək”
28/10/2020 [08:59]:
"II Qareginin müharibəyə çağırış etməsi təkcə dinin siyasiləşməsi deyil, eyni zamanda..."
28/10/2020 [08:56]:
“Yetkinlik yaşına çatmamış uşaqların müharibəyə cəlb olunması açıq-aşkar müharibə cinayətidir”
28/10/2020 [08:53]:
Cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi və texnikası məhv edildi
28/10/2020 [08:44]:
"Biz öz torpağımızı təcavüzkarlardan azad edəcəyik və bu cinayətlərə son qoyacağıq"
28/10/2020 [08:38]:
Şəhid polkovnikin atası: “Dəfələrlə bildiriblər ki, heç kimin yerini deməyin” - VİDEO
28/10/2020 [08:35]:
Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan dördü azyaşlıdır - FOTOLAR
28/10/2020 [08:33]:
“Eşitmişəm ki, Azərbaycan Laçın şəhərini azad edib və indi də dəhlizə nəzarət edir"
28/10/2020 [08:25]:
"İlham Əliyev həm də Yaradanın ona lütf ediyi fərdi genetik kodun daşıyıcısıdır"
28/10/2020 [08:07]:
Düşmən Tərtəri yenə atəşə tutmağa başladı- RƏSMİ
28/10/2020 [06:57]:
"Məni zirzəmidə susuz, çörəksiz qoyub qaçdılar" - Bakıya gətirilmiş erməni qadın
28/10/2020 [06:50]:
“Danışıqlar prosesinin tabutunda son mismar Paşinyanın Qarabağın Ermənistan olduğunu söyləməsi oldu"
28/10/2020 [06:28]:
Bir sözlə – mübarəkdir!..
28/10/2020 [00:05]:
Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO
27/10/2020 [23:57]:
"Qucağına oturduğu hansı havadarı ona bu cürəti bağışladı!?"
27/10/2020 [23:36]:
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə etdi
27/10/2020 [23:34]:
“Geri çəkilənləri, qaçanları ağır cəzalandıracağıq...”- Paşinyan xalqını təhdid etdi...
27/10/2020 [23:32]:
Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...
27/10/2020 [23:23]:
Hamilə sevgilisini öldürüb yol kənarına atdı - VİDEO
27/10/2020 [23:03]:
Heydər Əliyevin əsəbi halda Kazimirova Qarabağ sözü...
27/10/2020 [22:58]:
Təhsil naziri Bərdədə həlak olan şagirdin yaxınlarına başsağlığı verdi
27/10/2020 [22:51]:
"Bu düşük məğlubiyyətini qəbul etmək və ordusunu Qarabağdan çıxarmaq əvəzinə Azərbaycanı hədələyir"
27/10/2020 [22:15]:
90 yaşlı qadın təcavüzə məruz qaldı, bu da azmış kimi döyüldü - AĞLASIĞMAZ...+ FOTOLAR
27/10/2020 [22:03]:
ANAMA: Bərdə qadağan olunmuş kaset sursatla atəşə məruz qalıb - FOTO
27/10/2020 [21:44]:
Türkiyə XİN Bərdənin atəşə tutulması ilə bağlı bəyanat yayıb
27/10/2020 [20:52]:
"Biz nə üçün dəyəri 10 min olan avtomobil üçün 20 minlik sursat işlətməliyik?" - VİDEO
27/10/2020 [20:50]:
“İran-Azərbaycan sərhədi tamamilə nəzarətimizdədir” - Hikmət Hacıyev
27/10/2020 [20:47]:
Ermənistanın sərhəd qoşunlarının qərargah rəisi vəzifədən qovuldu
27/10/2020 [20:47]:
“Qubadlıya dönüb öz kəndimizdə yaşayacam”- Ukrayna parlamentində vəzifəli soydaşımız... 
27/10/2020 [20:45]:
Azərbaycan Ordusu mülki əhalini atəşə tutmur - Müdafiə Nazirliyi
27/10/2020 [20:41]:
"Ağdamlıların “Biz qaçaraq gəlməmişik, inciyib gəlmişik” sözü ürəyimizin bir küncündə yara bağlamışdı"
27/10/2020 [20:40]:
FİFA prezidenti koronavirusa yoluxub
27/10/2020 [20:29]:
Ermənistan 30 hərbçisinin meyitini təhvil almaq istəmir
27/10/2020 [20:18]:
Azərbaycan erməni meyitlərini bu ərazilərdə qaytarmağa hazırdır
27/10/2020 [20:09]:
“Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
27/10/2020 [20:06]:
“Ermənistan Azərbaycan Silahlı Qüvvələrini vadar edir ki, sərhəddə əks-həmlə tədbirləri həyata keçirsin”
27/10/2020 [19:45]:
"Bərdədə həyatını itirənlər arasında 2 yaşlı qız da var"
27/10/2020 [19:30]:
Ombudsmandan Bərdəyə terror hücumu ilə bağlı paylaşım - FOTO
27/10/2020 [19:29]:
“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
27/10/2020 [19:29]:
Lavrov koronavirusa yoluxma təhlükəsinə görə özünütəcridə başladı - SON DƏQİQƏ...
27/10/2020 [19:20]:
“Qəbrim üstə ağlama” -Talış kəndi uğrunda şəhid olan Emin Bağırovun anasından son istəyi
27/10/2020 [19:08]:
"Ermənistan sülh istəyirsə, qoşunlarını Azərbaycan torpaqlarından çıxarsın" - Ceyhun Bayramov
27/10/2020 [19:05]:
Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı - FOTOLAR
27/10/2020 [19:02]:
Xalq artistinin dünyasını dəyişən oğlu -FOTOLAR
27/10/2020 [18:56]:
“Dünya KİV-ləri özlərinin suallarını prezident İlham Əliyevin tezisləri üzərində qururlar”
27/10/2020 [18:39]:
Çavuşoğlu Lavrovla Dağlıq Qarabağ məsələsini müzakirə etdi
27/10/2020 [18:18]:
Fransada yaşayan vəkil: “Burda işsizlik daha böyük problemdir, nəinki erməni məsələsi”
27/10/2020 [18:12]:
Pandemiya ilə əlaqədar təbliğat tədbirləri Abşeronun kənd və qəsəbələrini də əhatə edir
27/10/2020 [18:11]:
Ermənistanın Bərdəyə raket atması ilə bağlı Baş Prokurorluqdan açıqlama
Bütün arxiv bir sırada
01/07/2020 [10:41] - Müsahibə - ( 1443 dəfə baxılıb)

Elza Seyidcahan: “Boşansam da, qapım hər zaman onun üzünə açıqdır”



Moderator.az xəbər verir ki, Kulis.az-ın “Ulduzlu çərşənbə” rubrikasının qonağı Əməkdar artist Elza Seyidcahandır.

- Elza xanım, karantin günləri nə işlə məşğulsunuz?

- Mənim üçün bu günlərin yeganə dəhşətli tərəfi insanların ölümüdür. Toyun, tədbirin olmaması faciə deyil. Toy yoxdur, efir var, sosial şəbəkə var. Yaradıcılığımdakı yenilikləri tamaşaçılarımla bölüşmək üçün kifayət qədər meydanım var. Öpüşlərdən ayrı düşmüşük. Bu günlərdə gərgin iş rejimindəyik, bəstəkar kimi mahnılarımı bəstələyirəm, şairə kimi şeirlərimi yazıram, ana kimi övladlarımın, nənə kimi nəvəmin qayğısına qalıram. Məsafəmi qoruyuram. Çalışıram ki, ruh düşkünlüyünə qapılmayım. Nə olur-olsun, bizim bədbin olmağa ixtiyamız yoxdur. Mən hər zaman Allahın varlığına inanmışam. Bu gün yaşadığımız vəziyyəti də Allahın imtahanı hesab edirəm. İndi elm, təbabət yüksək səviyyədə inkişaf etdiyi üçün inanıram ki, bu qara günlərin ömrü çox uzun olmayacaq.

- Bildiyimə görə, koronavirusa da şeir yazmısınız. Yoxsa yenə kimsə adınızdan anonim şeir yazıb?

- Yox anonim deyil. Özüm yazmışam “Taclı eybəcər” adlanır şeir. Mən sizə bir söz deyim, mənim həm də öncəgörənliyim var. Öz şeirlərimdə, musiqilərimdə zaman-zaman bu qabiliyyətimi hiss etdirməyə çalışmışam. Məsələn, Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeirinə bəstələdiyim mahnıya çox adam ironiya ilə yanaşdı. Ordakı “ha-ha, hi-hi” əslində, mənim bəşəriyyətə, bəzi insanlara qəhqəhəm idi.

- Koronavirusu əvvəlcədən hiss etmişdiniz?

- Şeirlərimin çoxu yaşadığımız hadisələr haqqında verilən bir siqnaldır. Bir vaxtlar “Tikim” şeirini ələ salan, gülən insanlar bu gün ağızlarını maska ilə bağlayıb evlərindən bayıra çıxa bilmirlər. Bu, Elza Seyidcahanın şeirlərinin qüvvəsidir.

- Bəstəkar, müğənni, şair. Hansı sahədə özünüzü daha yaxşı ifadə edə bilirsiniz?

- Səncə, hansında yaxşı ifadə edə bilirəm?

- Mənim fikrimcə, bəstələrinizdə daha yaxşısınız.

- Düzdür, hamı məni ilk dəfə bəstəkar kimi tanıyıb. Amma mən yaradıcılığa şeirlə başlamışam. Sözə, poeziyaya sevgimi uşaqlıqdan məni tanıyanlar təsdiq edə bilər. Hətta məktəb illərində yazdığım şeirləri də saxlayıram. Sənətdən anlayışı olan da, olmayan da, deyir, Elza yaxşı bəstəkardır, amma oxumasın.

- Bəs niyə oxuyursunuz?

- Niyə oxumayım? Mən oxuduğum mahnıların hamısını hit etmişəm. Müğənni kimi öz sözümü səhnədə demişəm artıq. Amma etiraf edim, əvvəllər məni müğənni kimi təqdim edəndə əsəbiləşirdim. Deyirdim, mən bəstəkaram, müğənni deyiləm. Özümü, təbii ki, hər zaman bəstəkar hiss edirəm. Çünki harasa, kiməsə zəng vuranda həmişə deyirəm, sizi narahat edən bəstəkar Elza Seyidcahandır (gülür). Müğənni kimi də klassik musiqimizə və bəstəkarlığıma xələl gətirmirəm.

- Sosial şəbəkədə aktiv sənətçilərdənsiniz. Bu gün tamaşaçı sənətçi haqqında bütün məlumatlara sahibdir. Necə düşünürsünüz, sənətçinin bu qədər ortada olması ona marağın itməsinə gətirib çıxarmır ki?

- Düzdü, deyirlər ulduzlar müəmmalı olmalıdır. Bu, o insanlara aiddir ki, onlar göründükləri kimi deyil. Müəyyən mənada məşhur adamın əlçatmazlığı lazımdır. Amma mən heç vaxt insanların mənim haqqımda hər şeyi bilməsindən ehtiyat etmirəm. Əksinə, bu, mənim qazancım olur. İnsanlar məni səmimiyyətimə görə daha çox sevirlər.

- Tərziniz uzun illərdir tam qəbul olunmur. Hərdən məndə sual yaranır ki, Elza xanım niyə özünü bu qədər çətinə salır?

- Mənim janrım özünəməxsusdur. Bir çoxu mənim tərzimi avanqard hesab edir, əslində isə avanqarddan çox, etnikdir. Çünki ötən əsrin 40-cı illərinə baxsalar, məlumatları olsa, görərlər ki, mənim indi təqdim etdiyim geyimlər, musiqi janrı hələ o illərdə mövcud olub. Məni həmişə bu cür ironik təzyiqlərlə öz yolumdan uzaqlaşdırmaq istəyiblər. Amma tamaşaçılarımdan çox razıyam. Bəzən heç bir musiqi təhsili olmayan, evdar bir xanım mənim ən qəliz mahnımı elə gözəl təhlil edir ki, özünü musiqi xadimi hesab edən bəzi üç diplomlu musiqiçilər yaradıcılığıma o cür rəy verə bilməz. Belə olanda özümə deyirəm ki, Elza, sən doğru yoldasan.

- Elza xanım, həyatınız haqqında həmişə ötəri danışmısınız. Keçmişdən danışmağı sevmirsiniz?

- Hər bir insanın həyatında keşməkeşli dövr olur. Mənim də həyatım istisna deyil. Amma yaşadığım çətin həyatı acınacaqlı hesab etməmişəm keç vaxt. Nə atasız böyüməyim, nə ailəmin dağılması mənim üçün faciə olmayıb. Atam Rusiyada yaşadığı üçün anam bizi trikotaj fabrikində işləyərək saxlayıb. O, bizə atasızlığı heç vaxt hiss etdirməyib. Dördümüzə də ali təhsil verib, el adəti ilə alnı açıq gəlin köçürüb. Olub-bitən şeylərdən danışmaq məni yorur.

- Necə bir evlilik idi sizin evliliyiniz. Müsahibələrinizin birində keçmiş həyat yoldaşınızın sizi hələ də dəlicəsinə sevdiyini demişdiniz. Belə bir məhəbbətin əhatə etdiyi ailə niyə dağıldı?

- Sevib ailə qurmamışam. O vaxt elçilik üsulu ilə tanış olduq, evləndik. Açığı bu mövzuda danışmağı xoşlamıram. Mən hər zaman ailəmdə mehribanlıq, sülh, hörmət yaratmağa çalışdım. Bu söhbətin üstündən uzun illər keçib. Amma türklərin bir mahnısı var - “Olmayınca olmuyor”. Bu saatdan sonra qarşı tərəfi də günahlandırmaq istəmirəm. Bir də mən hər zaman baş verən hadisələrə bir istiqamətdə baxıram. Nə isə baş verirsə, deməli, o, mütləq olmalı idi. Alın yazısına çox inanıram. Uşaqlarımı tək böyütdüm. Onlara həm ata, həm ana olmağa çalışdım. Ancaq atalarının yoxluğunu yaşatmadım. Ataları ilə əlaqələrinin qopmasına izn vermədim. İndi də o adam mənim evimə gələndə qapılarım üzünə açıqdır. İstənilən halda, heç zaman heç kimə boşanmaq məsləhət görmürəm. Allah heç bir övlada ata-anasız böyüməyi nəsib etməsin.

- Peşmanlıq varmı?

- Belə bir söz var, deyirlər, böyük insanların həyatı onların ölüm anından başlayır. Biz insanlar bir şeyi itirəndən sonra doğrunu, yanlışı anlayırıq. Öz adıma peşman deyiləm. Çünki o zaman çox yerində və doğru verilən bir qərar idi.

- Elza Seyidcahan hardan baxır: aşağıdan yuxarı, yoxsa yuxarıdan aşağı?

- Mən tamaşaçı tərəfindən həqiqi, saf sevgi ilə sevilən tək-tük sənətçi xanımlardanam. Bu sevgi qarşısında tab gətirmək hər sənətçiyə nəsib olmur. Başım gicəllənmədi heç vaxt bu şöhrətdən. Mən insanlara nə yuxarıdan aşağı, nə aşağıdan yuxarı baxıram, çünki onların gözlərinin içinə baxmağı sevirəm.

Gallery

- Bu qədər sevginin fonunda qadın kimi xoşbəxtsinizmi?

- Hamının həyatında hökmən biri var, biri yox. Tarixdə qalan qadınlar var ki, heç zaman qadın xoşbəxtliyi yaşamayıblar. Frida kimi qadın belə sevgidə yanılıb. Dəlicəsinə sevgi artıq mənim üçün adiləşib. Hərdən düşünürəm, bəlkə də günah edirəm...

- Ən çox tənqid olunan məşhurlardansınız. Amma heç vaxt tənqid qarşısında susqunluğunuzun şahidi olmadıq.

- Tənqidi əslində çox gözəl qəbul edirəm. Amma bəzi insanlar tənqid düşünüb təhqir edirlər. Mən tənqidlə təhqiri ayırd edəcək qədər açıq gözlü insanam. Çünki özüm ən yaxşı tənqidçiyəm. Məni tənqid etmək fikrinə düşən insan ən az mən səviyyədə, mən savadda olmalıdır.

- Tənqiddən söz düşmüşkən, niyə peşəkar bəstəkarlarımız bu gün özgə xalqlara məxsus ritmlər üzərində bəstələnən mahnılara etiraz etmir. Hanı bizim musiqi tənqidçilərimiz?

- Bu, çox haqlı iraddır. Bu gün biz özümüzü koronavirusdan qoruyuruq, çarə axtarırıq. Musiqimizə xələl gətirən bəzi əcnəbi, bizə yad olan, hətta bizə ləkə vuran, musiqi ənənəmizi darmadağın edən bu yeni mahnılar koronavirusdan da betərdir. Hətta deyərdim atom bombasıdır. Mən peşəkar, ali savadlı bəstəkaram. Bu gün çıxıb efirdə Azərbaycanın müasir musiqisinin uçuruma getdiyini söyləyəndə, həmkarlarım bunu şəxsi müstəvidə dəyərləndirirlər. Aləm dəyir bir-birinə. Sözümü olduğu kimi heç kim qəbul etmək istəmir. Təkcə mübarizə aparıram, heç kim dəstək vermir. Bu gün bizim peşəkar bəstəkarlarımız var ki, mən danışanda gizlində gəlib alnımdan öpür, amma efirdə o adamlara təriflər yağdırır. Elə bir zaman gəlib ki, bu musiqiləri qoşub insanların zövqünü korlayanlara artıq “dur” demək lazımdır. Sovet vaxtı bu cür mahnılar, müğənnilər efirə çıxa bilmirdi, qalırdı elə avtobus dayanacaqlarında. Bu gün senzura yoxdur, yoldan keçən, musiqi təhsili olmayan, hətta orta məktəb təhsili olmayan insanlar gəlib efirə yol tapırlar, məşhur olurlar.

- Əsərlərinizin ilk dinləyicisi kim olur?

- Anam mənim bütün əsərlərimin ilk dinləyicisidir. Ən qəliz əsərlərimi ilk o dəyərləndirir. Bütün qərarlarımda hər zaman yanımda olub. Bir şeydə məni həmişə danlayır ki, heç kimə irad bildirmə. Mən efirdə olanda anam həddindən artıq həyəcan keçirir. Bilir ki, sözün düzünü deyənəm.

- Qulaq asırsınız ananıza?

- Yox, bu məsələdə anamı dinləmirəm. Mən ədalətli insanam və öz sahəmin peşəkarıyam. Elə ciddi səhvlər var ki, onu biz özümüz deməsək, kimsə bizə deməyəcək, başa salmayacaq.

- Şeirlərinizə necə reaksiya verir?

- “Tikim” şeirimi mən anamın yanında yazmışam. Şairlərlə bağlı bir müsabiqədə münsiflər heyətinin üzvü idim. Orda münsif olmağım da çox müzakirələrə səbəb oldu. Hamı deyirdi, Elzanın o müsabiqədə nə işi var. Onları susdurmaq üçün bu şeiri yazdım. Anamın çox xoşuna gəldi. Çünki o, mənim yaradıcılığımın fəlsəfəsini tutur.

- Şeirlərinizə nəzirə yazırlar, bəzən sizi parodiya edirlər. Bütün bunlar sizi qıcıqlandırmır?

- Yox, qətiyyən. Məni o qıcıqlandırır ki, adımdan anonim şeirlər yazırlar. Bəzi şeirlər siyasi istiqamətdə yazıldığı üçün hüquqi prosedur başlatımışam.

Məni parodiya da edə bilərlər. Amma məni parodiya edən adamlara hərdən təəccüblənirəm. Nə məcburdu bu qədər paltarları, saç düzümünü edirlər, şeiri əzbərləyirlər, videoya çəkib səhifələrində yerləşdirirlər. Həqiqətən də çox çətin prosesdir (gülür). Hərdən onlara acıyıram. Fikirləşirəm ki, gör, məni parodiya edən insan necə bəsit yanaşır mənim yaradıcılığıma. Pantomim Teatrı mənim bir şeirimi səhnələşdirdi. Bu, mənim uğurumdur. Mənə gülən adamların həyat tərzləri də məzmunsuzdur.

- Mütaliə edirsinizmi?

- Hər gün mütaliə edirəm. Bir abzas da olsa, mütləq nə isə oxuyuram. Azan vaxtı Quran oxuyuram. Əlimdə nə iş olur-olsun, yarımçıq buraxıb müqəddəs kitabı açıb oxuyuram.

- Millət vəkili olmaq fikri necə yarandı sizdə?

- Bu mənim vətəndaş olaraq haqqım idi. Seçmək və seçilmək hüququm var. Seçkilər dövrü mənim üçün bir məktəb oldu. Çox şey öyrəndim. Öz hüquqi bilgilərimi artırmış oldum. Mən bildim ki, məntəqə nədir, qərargah nədir, bülleten, protokol, akt, imza vərəqəsi, dislokasiya nədir. Məsuliyyət nədir anladım. Qanunlarla tanış oldum. Böyük bir həyat dərsi keçdim. Nə yaxşı bu yolu getdim.

- Seçki məntəqəsində fiziki zorakılığa məruz qalmağınıza dəyərdimi?

- Uğur elə-belə gəlib insanın ətəyində oturmur. Onu qazanmaq lazımdır. Bir insan universitetə girmək üçün imtahan verir, bir bala görə kəsilir. Ruhdan düşmək lazım deyil. İnsan özü-özünü sübut etməlidir. Mənə elə gəlir, mən özümü təsdiq etdim. İnşallah qismət olsa, üçüncü dəfə də seçkilərə qatılacam.

loading...
Bərdənin raket atəşinə tutulması nəticəsində yaralananlardan dördü azyaşlıdır - FOTOLAR
Koronavirusa yoluxaraq dəri rəngi dəyişən həkim sağlamlığına qovuşdu - VİDEO
Hamilə sevgilisini öldürüb yol kənarına atdı - VİDEO
90 yaşlı qadın təcavüzə məruz qaldı, bu da azmış kimi döyüldü - AĞLASIĞMAZ...+ FOTOLAR
“Azərbaycana gələndə hönkürtü ilə ağlamışdım” -Məşhur türkiyəli aktrisa-FOTOLAR
Aqro İnvest və İstehsalat MMC
N.Tusi adına Klinika

Cəmiyyət
Xəstədən 2500 rüşvət alan həkim koronavirusdan dünyasını dəyişdi -Şikayətçi halallıq vermədi...
Cəmiyyət
Vətəndaşın 505 manat dəyərində aldığı mobil telefon defekt çıxdı -“Kontakt Home” mağazalar şəbəkəsindən şikayət…
Cəmiyyət
“Əgər beynəlxalq qurumlar istəyirlərsə, Azərbaycan əhalisi həmin normalara hörmətini davam etdirsin...”
Siyasət
"II Qareginin müharibəyə çağırış etməsi təkcə dinin siyasiləşməsi deyil, eyni zamanda..."
Cəmiyyət
Erməni gəncləri polis gücüylə avtobusa mindirilib cəbhəyə göndərilir- RƏZALƏT...

Yazar
İlham İsmayıl
Arutunyan Putinə məktubunda Kim Kardaşyanın adını yazmağı unudub...
Seymur Verdizadə
Biz Şuşaya bayraq asanda, ermənilər Paşinyanı ipdən asacaqlar...
Sultan Laçın
“Şəhid balalarımıza “bədbəxt” deməyin!.. -Bədbəxt - qatillər, baiskarlardır...”
Həftənin ən çox oxunanları
İlham Əliyev Mehriban Əliyeva haqqında: "Ola bilsin mən bunu ilk dəfə deyirəm, onu inandırmaq üçün..."
“Ermənilər qızlarını cəbhəyə başqa məqsədlə göndərirlər” - Keçmiş döyüşçü qadından ÇAĞIRIŞ
"Ağdamı azad edəndən sonra 5 rayon geri alınmış olacaq, yerdə qalan 2 rayonu da..."
"Əgər kompromislərdən danışırıqsa bu, rus sülhməramlılarının iştirakı ola bilər"
Laçındakı ermənilər də yalvardı: “Qorxuludur, çox qorxuludur. Putin, bizi qurtar!..”
Ermənilərin atəşi 22 il sonra nitq qüsurlu gənci danışdırdı - Ağdamlı ailənin bomba “sevinci”...
Kəlbəcərdə ələ keçirilmiş düşmən avtomobillərini siz də görün... - VİDEO
Düşmənin artilleriya bölmələri və komanda məntəqəsi belə məhv edildi - VİDEO
Şuşadan görüntülər yayıldı: Ermənilər şəhəri tərk edib - VİDEO
"ABŞ-dan nə gözlənilirdisə, onu da etdi, sadəcə anlatdı ki, özünüz bilərsiniz..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247