Gürcüstanda ermənilər növbəti dəfə Azərbaycana
qarşı təxribat törətməyə cəhd ediblər. Moderator.az-ın “Vesti.az”a istinadən
verdiyi xəbərə görə, paytaxt Tiflsin “Qorqosalin” küçəsində “Ermənistan”
mağazası açılıb. Həmvətənlərimiz üçün böyük əhəmiyyəti olan bu küçədə Azərbaycan
ədəbiyyatında özünəməxsus iz buraxmış Mirzə Fətəli Axundovun ev muzeyi, həmçinin
Azərbaycanın bu ölkədəki yeni səfirliyinin binası yerləşir.
Bundan başqa
vurğulamaq lazımdır ki, “Qorqosali” küçəsi Ortaçala rayonuna daxildir ki, burda
əsasən gürcülər və azərbaycanlılar yaşayır Şübhəsiz, yeni "Ermənistan"
üçün yer təsadüfən seçilməyib! Həm də bu hələ hər şey deyil. Belə ki, rayonda
yaşayan azərbaycanlılar üçün bu cür adlı fəaliyyət göstərəcək mağazanın açılışı
heç də bəyənilən deyil. Bu günlərdə bir neçə azərbaycanlı "Ermənistan"
mağazasından açılışı ilə bağlı anons lövhələrini qopardıb. Daha sonra mağaza
sahibləri lövhəni bərpa ediblər və onu əvvəlki yerindən asıblar.
Qeyd edək ki,
“Ermənistan” mağazası ilk dəfə 2011-ci ilin mayında paytaxt Tiflisin Aylabar ərazisində,
əhalisinin əsas hissəsini ermənilər təşkil edən bölgədə açılıb. Dükan əsasən,
erməni mallarının ticarəti ilə məşğul idi. Konservlər, kolbasalar, şirniyyatlar
və s. Bu dükandan sonra mağaza rəhbərliyi Tiflisin digər hissələrində də oxşar
obyektlərin açılışı həyata keçirib və bundan sonra da açmağı planlaşdırır. Gürcüstan
KİV-lərini məlumatına əsasən, “Ermənistan” rəhbərliyinin bu addımı Tiflisdə
ticarət nümayəndələri tərəfindən birmənalı qarşılanmayıb.
Hər halda necə
olsa da, Tiflis kiçik olmayan şəhərdir, və istəkdən asılı olaraq "Ermənistan"
mağazası üçün başqa yeri də seçmək olardı. Dükan niyə məhz azərbaycanlıların
kütləvi yaşadığı ərazidə açılıb? İndiki halda görünür, onlar bu addımla təxribata
varmaqla növbəti dəfə “qurban” rolunda olduqlarını göstərmək niyyətindədirlər.
Ermənilər
Gürcüstanın ərazisində, konkret olaraq Tiflisdə dəfələrlə Ermənistan-Azərbaycan
münaqişəsini alovlandırmağa qərar veriblər. Dağlıq Qarabağ, Ermənistan-Azərbaycan
münaqişəsi boyunca Gürcüstan erməniləri bir neçə dəfə səs-küylü təxribatlar həyata
keçiriblər. Onlardan biri “Şuşanın azad olması günü” münasibətilə bu ölkənin
paytaxtında qeyd edilən tədbirdir. Ermənilər bunun üçün şəhərdə vərəqlər
paylayıb və paytaxtın müxtəlif yerlərində reklam, anons lövhələri yerləşdirmişdilər.
Gürcüstanda silsilə təxribatlarla azərbaycanlıları da provokasiyaya cəlb etmək
istəyən ermənilər “Çoxmədəniyyətli Gürcüstan” xəritəsində azərbaycanlıları görkəmsiz
formada təqdim edərək atlasda qondarma Dağlıq Qarabağ Respublikasını nümayiş
etdirirdilər. Bədnamlar daha sonra Tiflisdə Heydər Əliyevin büstü yaxınlığında
Ermənistanın bayrağını asıblar.