"Azəryolservis"in rəhbəri: "4366 respublika əhəmiyyətli, 13155 kilometri yerli əhəmiyyətli yollar çəkilib"
«Son 10 il ərzində yol infrastrukturunun inkişafı
istiqamətində çox böyük işlər görülmüşdür. Həyata keçirilən məqsədyönlü və
sistemli tədbirlərin nəticəsi olaraq, avtomobil yollarının tikintisi, yenidən
qurulması, təmiri üzrə həyata keçirilən işlərin həcmi ildən-ilə artmışdır. Belə
ki, son 10 il ərzində ümumi istifadədə olan avtomobil yollarında tikilən,
yenidən qurulan, əsaslı və orta təmir olunan yolların uzunluğu 6974,9 km olmuşdur. Bu
dövrdə 207 ədəd yeni körpü tikilmişdir». Moderator.az xəbər verir ki, bu
fikirləri yap.org.az saytına «Azəryolservis» Açıq Səhmdar Cəmiyyətinin sədri,
Milli Məclisin deputatı Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, ölkənin ümumi istifadədə
olan 18994 kilometr avtomobil yolunun 17521 kilometrinə Nəqliyyat Nazirliyinin
tabeliyində fəaliyyət göstərən “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti
tərəfindən xidmət göstərilir. Onun 4366 kilometri respublika əhəmiyyətli, 13155
kilometri yerli əhəmiyyətlidir. Bu yollarda ümumi sayı 1285-a yaxın 46578 poqon
metr uzunluğunda körpülər var. Bakı şəhəri ərazisində olan yollar, prospektlər
və küçələrin ümumi uzunluğu isə 1552
km təşkil edir. «Bu gün qürur hissi ilə deyə bilərik ki,
ölkə başçısı cənab İlham Əliyev tərəfindən diqqət və qayğı nəqliyyat sektorunun
dinamik inkişafı üçün böyük imkanlar yaratmışdır. "Gələcəkdə tranzit ölkə
kimi bizim bölgədəki və dünyadakı mövqelərimiz daha da güclənəcəkdir". Ölkə
başçısının bu kəlamları ölkədə nəqliyyat sisteminə necə böyük diqqət
göstərdiyinin bariz nümunəsidir. Bu gün nəqliyyat infrastrukturunun mühüm
tərkib hissəsi olan avtomobil yolları şəbəkəsi yüksələn xətlə inkişaf edir. Bu
sahədə çox böyük işlər görülür»-deyə, C.Qurbanov vurğulayıb.
loading...