Xəbər lenti
06/08/2020 [00:22]:
"Türk ordusu Qafqazda separatizmin kökünü kəsmək, bölgədə barışı təmin etmək üçün Azərbaycanda qalmalıdır"
05/08/2020 [23:42]:
KİVDF-nin icraçı direktoruna AĞIR İTKİ...
05/08/2020 [23:13]:
“Orient Queen” Beyrutdakı partlayışdan sonra batıb - 2 ölü, 7 yaralı + Video
05/08/2020 [23:09]:
Baş Prokurorluq Milli Məclisdə ictimai asayişi pozaraq həbs olunanların görüntülərini yaydı - VİDEO
05/08/2020 [23:01]:
Avropa Liqası: Türkiyə çempionu mübarizəni dayandırdı
05/08/2020 [22:59]:
Beyrutdakı partlayış ölkəyə 15 milyard dollar maddi ziyan vurub
05/08/2020 [22:57]:
ÜST: Bir gündə COVID-19-dan 5 mindən çox insan ölüb
05/08/2020 [22:43]:
Ramin Bayramlı: “Modul tipli xəstəxanaların fəaliyyətə başlaması üçün heyət yox idi” - VİDEO
05/08/2020 [22:37]:
Peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası təsdiqlənib
05/08/2020 [22:32]:
Zaqatalanın asfalt zavodunda bədbəxt hadisə: Fəhlənin qolu amputasiya edildi
05/08/2020 [22:31]:
Süleyman Kərimovun ailəsi “Forbes Russia”nın ilk pilləsində qərarlaşdı
05/08/2020 [22:28]:
Qənirə Paşayeva aztəminatlı ailələrə dəstək proqramlarının artırılmasına çağırdı...
05/08/2020 [22:17]:
“MDB-nin bizim üçün o qədər də böyük əhəmiyyəti yoxdur, çünki...”
05/08/2020 [22:14]:
Azərbaycanda reanimasiyada olan xəstələrin sayı açıqlandı - FOTO
05/08/2020 [21:51]:
Rüsvayçılıq ömürdən uzun olur, Nikol Paşinyan! - VİDEO
05/08/2020 [21:51]:
"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq..." - VİDEO
05/08/2020 [21:49]:
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
05/08/2020 [21:42]:
Gürcüstan XİN: “Hərbi yüklərlə bağlı bütün beynəlxalq normalara ciddi riayət edirik”
05/08/2020 [21:40]:
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək - VİDEO
05/08/2020 [20:58]:
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
05/08/2020 [20:54]:
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
05/08/2020 [20:47]:
Azərbaycan Livana 1 milyon ABŞ dolları maliyyə yardımı göstərəcək
05/08/2020 [20:44]:
Azərbaycanda hüquqi şəxslərə və fərdi sahibkarlara icarə haqqı ilə bağlı güzəşt edildi - QƏRAR
05/08/2020 [20:25]:
Dəhşətli partlayış toy gününə təsadüf etdi: Bəylə gəlinin qaçma görüntüləri - VİDEO
05/08/2020 [20:24]:
Haaqada Xocalı abidəsi daha münasib yerə köçürülüb
05/08/2020 [20:19]:
Nadir şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair kitab nəşr olunub
05/08/2020 [20:14]:
“Nə tez məni xalq düşməni etdiniz?”- Elnarə Xəlilova
05/08/2020 [20:12]:
Şəbnəm dəbdəbəli villasını Könül Kərimovaya satıb?
05/08/2020 [20:10]:
QHT Şurası 7 qrant müsabiqəsinin nəticələrini elan etdi
05/08/2020 [20:08]:
Mingəçevir su anbarında daşlaşmış ağac parçası tapılıb - FOTO
05/08/2020 [20:06]:
Ədalət Vəliyev Azərbaycan Xalq Demokratik Partiyasının sədri Rafiq Turabxanoğlu ilə görüşüb
05/08/2020 [20:05]:
«Atılan addımlar ölkə iqtisadiyyatının möhkəm təmələ söykəndiyini əminliklə söyləməyə əsas verir"
05/08/2020 [20:02]:
Ermənistan xarici telekanalların yayımını məhdudlaşdırır
05/08/2020 [19:59]:
Beynəlxalq Qarabağ Forumu müharibə çağrışı ilə Prezidentə müraciət etdi
05/08/2020 [19:54]:
Milli Məclisin sabahkı iclasının gündəliyi açıqlanıb
05/08/2020 [19:52]:
Bakıda qan donduran cinayət: Ata körpəsinin boğazını kəsdi, sonra intihar etdi
05/08/2020 [19:50]:
Somalidə hərbi hissəyə hücum: 6 hərbçi ölüb, çoxlu sayda əsgər yaralanıb
05/08/2020 [19:48]:
Beyrutdakı partlayışdan sonra 70 metr diametrində krater əmələ gəlib - FOTO
05/08/2020 [19:47]:
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 109 mənzil verilib
05/08/2020 [19:44]:
Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərə müraciət edib
05/08/2020 [19:43]:
Bakıda masaj salonunun fəaliyyəti dayandırıldı, sahibi və işçiləri cərimələndi
05/08/2020 [19:29]:
Polad Həşimovun adı bu küçəyə verildi - FOTO
05/08/2020 [19:01]:
Azərbaycanda benzin bahalaşdı - FOTO
05/08/2020 [18:37]:
Baş nazirin iqamətgahı BƏRBAD HALA DÜŞDÜ...- FOTO
05/08/2020 [18:35]:
“Ədəbiyyat da, incəsənət də qəhrəmanlarımızla bağlı öz sözünü deməlidir”
05/08/2020 [18:30]:
Arda Turan "Qalatasaray"a qayıtdı
05/08/2020 [18:24]:
“Amerika vətəndaşıyam, orada evim var” – Yaqub Zurufçu
05/08/2020 [18:22]:
Azərbaycanda karantin rejiminin pozulmasına görə 45 nəfər həbs olunub
05/08/2020 [17:55]:
Ukrayna MDB-nin daha bir sazişindən çıxıb
05/08/2020 [17:52]:
Baş Prokurorluğun idarəsində struktur dəyişiklikləri aparılıb, yeni şöbələr yaradılıb
05/08/2020 [17:51]:
Maskotlar vətəndaşları məlumatlandıracaq - FOTO
05/08/2020 [17:47]:
İranda müxalifət nümayəndəsi edam olunub
05/08/2020 [17:44]:
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
05/08/2020 [17:35]:
Koronavirus payızda daha təhlükəli ola bilər - Ramin Bayramlı
05/08/2020 [17:32]:
Beyrut bu silahla vuruldu? – Şok video
05/08/2020 [17:30]:
Dövlət qulluğuna müsahibə elan edilib
05/08/2020 [17:26]:
“TurAz Qartalı - 2020” təlimlərinə döyüş helikopterləri də cəlb edilib - VİDEO
05/08/2020 [17:24]:
Beyrutu dağıdan partlayıcı maddə rus gəmisindən boşaldılıbmış
05/08/2020 [16:50]:
Deputatlar İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi TƏSDİQLƏDİ
05/08/2020 [16:47]:
Livanda dünyanı silkələyən partlayış - yeni siyasi böhran
05/08/2020 [16:43]:
"İran Türkiyəyə qarşı sağlam və dürüst siyasət yürüdərsə..."
05/08/2020 [16:39]:
Xüsusi karantin rejim qaydalarını pozanlar cərimələndilər - FOTO
05/08/2020 [16:32]:
"Məmurlar yaxşı edib sizin pulunuzu yeyir” - Nadir Qafarzadə
05/08/2020 [16:28]:
Emmanuel Makron Livana səfər edəcək
05/08/2020 [16:24]:
“O, həm təbabətin, həm də ədəbiyyatın vicdanı idi...”
05/08/2020 [16:23]:
"Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması təmin edilmiş..."
05/08/2020 [16:16]:
“Pik saatlarda avtobusların sayı maksimuma çatdırılmalıdır”
05/08/2020 [16:12]:
Azərbaycanda son sutkada 492 nəfər COVID-19-dan sağalıb, 193 nəfər yoluxub, 3 nəfər vəfat edib
05/08/2020 [16:09]:
Prokurorluqda özünüidarəetmə funksiyasını yerinə yetirən ad hoc qurumlar yaradılıb
05/08/2020 [16:07]:
Bakıda onlayn yolla narkotik vasitələrin alqı-satqısını həyata keçirən şəxs saxlanılıb
05/08/2020 [16:04]:
Partlayan amonium nitrat deyil – Sabiq kəşfiyyatçı
05/08/2020 [16:02]:
Sabah Milli Məclisin növbəti iclası keçiriləcək
05/08/2020 [15:59]:
Təhsil Nazirliyindən yeni tədris ilinin başlaması ilə bağlı AÇIQLAMA
05/08/2020 [15:58]:
Baş Prokurorluqda “İşin Təşkili Qaydaları” təsdiq olundu, 100-dən artıq əmr ləğv edildi
05/08/2020 [15:51]:
Prezident İlham Əliyev Livan Prezidentinə başsağlığı verib
05/08/2020 [15:44]:
TƏBİB sədri koronavirusdan vəfat edənlərin yaş göstəricisini açıqlayıb
05/08/2020 [15:43]:
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı taktiki təlimlərin növbəti mərhələsi icra olunub - VİDEO
05/08/2020 [15:41]:
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
05/08/2020 [15:37]:
Mərhum jurnalistin istifadə etdiyi mobil telefonu "Yeni klinika"da yoxa çıxdı - Ailəsindən etiraz...
05/08/2020 [15:33]:
"Bəzi hallarda hətta fiziki təzyiq də edirlər ki, qadın alimentdən imtina etsin..."
Bütün arxiv bir sırada
25/06/2020 [12:20] - Müsahibə - ( 1439 dəfə baxılıb)

"İnsanın xoşbəxtliyinin açarı isə öz əlindədir..." -Əməkdar artist



Moderator.az Kulis.az-a istinadən “Yuğ” Teatrının aktrisası, əməkdar artist Gülzar Qurbanova ilə müsahibəni təqdim edir.

- Gülzar xanım, karantin günlərini necə keçirirsiniz?

- Ev adamı olduğum üçün evdə qalmaq mənə rahatdır. Mən ümumiyyətlə elə bir insanam ki, aylarla evdən bayıra çıxmaya bilərəm. Karantinin bitməsini hərdən heç istəmirəm. Bu günlərdə həyatın, yaşamağın nə qədər dəyərli olduğunu bir daha anladıq. Höte deyirdi ki, istər kral olsun, istər kəndli, dünyada ən xoşbəxt adam evində hüzur tapandı.

Hər gün başımın üstündəki səmaya baxanda heyrətlənirəm. İndi artıq zamanım var, ona görə də istədiyim qədər göy üzünə baxa bilirəm. Bir də günəşin qürub etməsinə tamaşa edib, telefonumla şəklini çəkirəm. Bu, yalnız günəşli günlərdə olur. İstərdim, balaca şəhzadə kimi bu hal həyatımın sonuna qədər davam etsin. Günəşin doğması və qürub etməsi dünyadakı ən gözəl mənzərədir. Qəribə bir hüzur tapır insan. Bundan sonra həyatımın qalan hissəsini həyatdan zövq ala bilmək istərdim.

Bir də qəribədir ki, axır vaxtlar eşitmə qabiliyyətim zəifləmişdi, indi sükutun da səsini eşidə bilirəm. Sən demə sükutun da səsi varmış.

- Bu sükutda mütaliə etmək yəqin ki, rahat olar?

- Kitablardan yaranan işığı hiss edəndə xoşbəxt oluram. Belə vəziyyətdə klassiklərin həyatında baş vermiş hadisələrə bir daha diqqət etməli olursan. Məsələn, Herman Hesse müəyyən fikirlərinə görə həbsdə yatanda belə bir hadisə baş vermişdi. Gözətçi Hessenin kamerasına daxil olduqda divarda uzaqlara doğru yönələn qatar rəsmini görür və məhbusa müraciət edir: Herman Hesse, çıxışa doğru! O, isə cavab verir: “Herman Hesse bu qatar minib buralardan uzaqlaşdı”.

Bununla Hesse insanı monoton, yalnız maddiyyat üçün yaşanan həyatdan uzaqlaşdırır, daxili aləmə səyahətə dəvət edir. Kitablar bizə güc, motivasiya verməklə yanaşı həm də daxilimizdəki mərhəmət hissinin yaranmasına yardımçı olur. Baxmağı, sevməyi bacarsaq, görərik ki, dünya başdan-başa möcüzədir.

- Gülzar xanım, Herman Hessenin əsərinin adını çəkdiniz, bəs filmləri necə? izləyirsiniz?

- Karantin günlərində çox filmlərə baxdım. Onsuz da izləyirdim, çünki bu mənim işim, daha doğrusu həyat tərzimdi. Dünən baxdığım filmi gecə saat üçdə bitirib yatdım. Karantin günlərində Mövlanəni, Şəms Təbrizini oxumaq mənə çox kömək elədi.

- Siz namaz da qılırsınız. Belə vaxtlarda din nə dərəcədə insanlara kömək ola bilir?

- Bilirsən, mənə elə gəlir ki, insan təbiətdə, evdə və ya hansısa bir ağacın kölgəsində özünü yaxşı hiss edə bilər. Və yaxud da filmə baxanda, kitab oxuyanda rahatlıq tapa bilər. Bütün bunlar fərdi məsələlərdi. Əsas odur ki, insan ona lazım olan nəzər nöqtəsini tapıb orda rahatlaşa bilsin, özünü yaxşı hiss etsin. Mən harda, hansı nöqtədə özümü rahat hiss edirəmsə, orda oluram. Bəzən elə olur ki, heç filmə baxmaq, kitab oxumaq istəmirəm. Amma bu günlərdə Mövlanəyə minnətdaram. O, öz söhbətləri ilə əlimdən tutub səmimi yol yoldaşı, böyük qardaş, ağsaqqal kimi mənə kim olduğumu başa salır. İnsanın şəxsiyyətini və mənəviyyatını zənginləşdirib, onu ucaldır. İçindəki tərəddüdlərdən, müəmmalardan azad edib, dünyaya başqa gözlə baxmağına yardımçı olur. Onunla ünsiyyət xoşdur. İnsanın xoşbəxtliyinin açarı isə öz əlindədir.

Gallery

- İndi bir çox teatrların tamaşaları karantin günləri ilə əlaqədar onlayın göstərilir. Öz tamaşalarınıza baxırsınız?

- Düzü, mən tamaşalara internet vasitəsi ilə baxmağı sevmirəm. Hətta bir neçə dəfə Moskvada Vaxtanqovun “Maskarad”, “Vanya dayı” tamaşalarına gedib baxmışdım. Sonra onlara onlayn baxanda gördüm ki, canlı izləmək tamam başqadır. Həm dəm teatrda canlı ünsiyyətə, enerji mübadiləsinə öyrəşdiyimdən internet vasitələri mənim üçün canlılığı əvəz edə bilmir. Amma bütün hallarda tamaşa izləmək yaxşı haldır.

- Bu günlərdə evdən işləyən qadınlarımız var ki, onlar həm ev işini, həm də mənsub olduqları peşənin işini görürlər. Əslində, xeyli çətindir...

- Əlbəttə, bu gün məişətin yükü qadınlarımızn çiyninə düşür. Çünki ocaq qadındır. Qadınlar evdə onsuz da kişilərin nazını çəkirlər. Amma bu günlərdə bunu daha çox etsinlər. Qadın elədir ki, evdə olanda başını hər şeylə qata bilir. Amma kişilərin birdən-birə evdə oturması onlar üçün çox çətindir. Qadınlar bu günlərdə deyinməsinlər. Balaları ilə ünsiyyətdə olsunlar, onları qucaqlasınlar.

- Gülzar xanım, karantin günləri bitəndən sonra sənətə adaptasiya olmaqda hər hansı çətinlik yaşayacağınızdan ehtiyat etmirsiniz?

- Aktyorlar üçün çətinlik, mənə elə gəlir ki, bir az fiziki tərəfdən olacaq. Məndə elə çətinlik olmayacaq. Ola bilər, illərlə tamaşada iştirak etməyəsən. Eybi yox. Onsuz da yaradıcı adam həmişə baxır, oxuyur, öz-özünə analiz edir, insanlarla ünsiyyət qurur və s. Bütün bunlar hamısı onsuz da yaradıcılığın bir parçasıdır. Yəni bütün bunlar mənim həyat tərzimdir.

- Yəni insan istənilən situasiyada insan olaraq qalmağı bacarmalıdır...

- Mütləq. Əslində bütün bunlar - özünü sənətdə təsdiq etmək, realizə etmək ona görədir ki, biz insan olaraq qala bilək. Sabah bundan da ağır hadisə ola bilər, amma insanlığımızı mütləq saxlamağı bacarmalıyıq. Ən pisi nədir, ölümdür də. Deməli, ölümdürsə də ölməlisən. Çətin olan ölmək deyil, çətin olan simamızı qoruyub saxlamağımızdır. Çalışaq ki, bunları itirməyək

Görüntünün olası içeriği: 2 kişi, Эльхан Джафаров dahil

- Bir çox aktrisalarımız karantin günlərində sobada çörək bişirdilər. Siz necə, çörək bişirməyi bacarırsınız?

- Çörək bişirmədim, amma elə həmişəki qaydada xörəklərimi hazırlayıram. Bu günlərdə tərəvəzlərə daha çox üstünlük verirəm. Kahı, kələm, çuğundurdan salatlar hazırlayıram. İndi qızım evdədir, internet vasitəsi ilə fransız dilini öyrənir, mən də ona qulluq edirəm, onun üçün müxtəlif soklar çəkirəm ki, içsin. O, sokunu içəndə elə bilirəm mənə dünyanı bağışlayıblar, xoşbəxt oluram. Meyvə tərəvəz və qayğı məslələrinə mən, xəmir, piroq, tort işlərinə isə qızım baxır.

- Həyat yoldaşınız Elxan müəllim məişət işlərində sizə kömək edir?

- Yox, Elxan (rejissor Elxan Cəfərov – red.) ümumiyyətlə mənə heç vaxt məişətdə kömək etməyib. Biz avropalı deyilik axı, sovet adamlarıyıq. Ona görə evin yükünü paylaşmaq kimi məsələlərdə mən o mərhələni ötüb keçmişəm. Sovet insanını bir xatırla, nə qədər vurulsa da, yorulsa da, yenə özündə güc tapıb ayağa qalxırdı.

- Oğlunuz, bildiyimə görə, Budapeştdə təhsil alır və bu gün ondan ayrısınız. Ünsiyyətiniz indi yəqin daha çox olar?

- İndi orda təkdir, amma hər gün danışıram, yaxşı, maraqlı videolar göndərirəm ki, baxıb motivasiya olsun. Elə şeylər var ki, onlar bizim iradəmizdən kənardı, yalnız Allaha məxsusdur. Baş verən hər şeyin doxsan doqquz faiz səbəbkarı allah, bir faizi isə bizim qəlbimizdir. Mən bir dəfə onun yanına getmişdim, orda miqrenim bərk tutdu. Çox qorxdum. Fikirləşdim ki, insana nə olur-olsun, amma öz vətənində, doğmalarının yanında olsun. Vətən əzizlərinin yanında olub, onların əlindən tuta bilməkdir. Allahtəala heç kimi üzü divara eləməsin. Mən bunları bilirəm, hiss etmişəm. Ona görə də öz yaşadıqlarımdan danışıram. Bir də bilirsən biz sevgi verməyi bacarmalıyıq. Sevgi vermək - təqdim etmək və qarşılıq gözləməməkdir. Mən nə edirəmsə, sevgi ilə edirəm. Və heç nəyin əvəzini gözləmirəm. İndi sevgi ilə qalib çıxmağın məqamıdır. Hansı situasiya olur-olsun, insan ordan qalib çıxmağı özünə təbliğ etməli və bunu bacarmalıdır.

- İnsanlar üçün xüsusi bir tövsiyəniz var?

- İnsanlar məyus olmasınlar. Ətrafımızdakı hər bir canlıya mərhəmət hissi ilə yanaşaq ki, Allah da bizə rəhm etsin.

loading...
"Çimərliklərdəki yoluxma riski digər kütləvi toplanma yerlərindən daha yüksəkdir...”
"Biz bu prosesə mütəxəssislərlə yanaşı tələbələrimizi də qoşacağıq..."
“Əlbəttə, karantin rejiminin yumşaldılması bizim arzumuzdur...”
"Biz 600 min şəxsə 190 manatın verilməsini nəzərdə tutmuşuq, ancaq imkansız vətəndaş sayı daha çoxdur"
Ailə qurmağa hazırlaşırdılar, yan yana dəfn olundular - DƏHŞƏT...
Clean City Company
N.Tusi adına Klinika

Cəmiyyət
Plastik əməliyyat zamanı dünyasını dəyişdi, bir il sonra səbəbkar həkim də stressdən öldü...
Araşdırma
Nuran Abdullayevin 4 ay əvvəl koronavirusla bağlı dediyi elmi tədqiqatlar təsdiqlənir...
Cəmiyyət
"Bloklanmış kartlar problemi nə qədər tez həll olunsa, Nazirliyin imici üçün bir o qədər yaxşı olar"
İqtisadiyyat
“Kənd təsərrüfatı məhsullarının qiyməti fantastik dərəcədə artıb” – “Görün qışda nə olacaq”
Cəmiyyət
“Yaşadığım ömür yolumda çalışmışam ki, xalqıma sədaqətli olum...”
Yazar
İlham İsmayıl
"İsti iyul bitdi, amma Qarabağın işğaldan azad edilməsinin isti günləri qarşımızda..."
Seymur Verdizadə
"Bir kiloqram ətə görə insanları kamera qarşısında utandırmaq əxlaqsızlıqdır..."
Sultan Laçın
“Dildə Ana Dilimizi, Ana Vətənimizi sevib – əməldə anamızı ağladanlar...”
Həftənin ən çox oxunanları
Avqust ayında bu bürclər üçün göydən pul yağacaq - Vanqadan proqnoz
Moskva Paşinyanın yerinə adamını tapdı...
Gürcüstan Rusiyadan Ermənistana göndərilən partlayıcı dolu yük maşınlarını saxladı...
Hədəfimiz türk ordusunu mühasirəyə almaqdır - General
"Biz həmişə Ermənistanın yanındayıq..."
Ermənilər Lavrova babalarının qəbrini göstərdi - VİDEO
"Görünür, ermənilər son hadisələrdə Rusiyanın bir qədər neytral qalmasından narahat olublar"
“Ermənilərin Rusiyadan  kütləvi deportasiyası gözlənilir...”  -Erməni nəşri...
“Onlar burunlarını hər yerə soxurlar – Qafqaza da, Orta Asiyaya da, Ukraynaya da...”
"Vaxtilə onun qarşısında ikiqat əyilənlər, əlini öpənlər bu gün danışmağa başlayıb..."
Moderator.az-ın arxivi
Copyright©2020
"Moderator.az" MMC
Baş redaktor:
Zülfüqar Hüseynzadə
Saytda reklam, banner və digər işlər üçün əlaqə vasitələri:
Tel: 0502711225, Whatsapp: 0507440247